Məhkəmə qərarları › İş №2(020)-797/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-797/2023

14.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-797/2023 14.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quluyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi: İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci ildə anadan olan Vaqif, xx.xx.2014-cü ildə anadan olan Elcan adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 80 (səksən) manat, cəmi 160 (bir yüz altmış) manat alimentin onun xeyrinə tutulması üçün Cavabdeh ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, maraqlı şəxs Cavabdeh ilə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2012-ci ildə Vaqif və xx.xx.2014-cü ildə isə Elcan adlı 2 uşaqları dünyaya gəlmişdir. Cavabdeh övladı ilə maraqlanır, özü tək ailənin və uşaqlarının maddi ehtiyaclarını, qayğısını çətinliklə ödəyir. Halbuki, valideynlər uşaqlarını birlikdə saxlamağa borcludurlar. Cavabdeh aliment tutulması ilə bağlı olaraq tərəfindən ilkin olaraq mediasiya şurasına müraciət olunmuş, Cavabdeh xx.xx.2012-ci ildə Vaqif və xx.xx.2014-cü ildə isə Elcan adlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 80 manat alimenti ödəməyə razılığını bildirmiş və bununla bağlı olaraq Mediasiya şurasında xx.xx.2023-cü il tarixdə Barışıq sazişi imzalanmışdır. Lakin Cavabdeh hazırda alimenti ödəmir. Ona görə də, Cavabdeh xx.xx.2012-ci ildə anadan olan Vaqif, xx.xx.2014-cü ildə anadan olan Elcan adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 80 (səksən) manat, cəmi 160 (bir yüz altmış) manat alimentin onun xeyrinə tutulması üçün Cavabdeh ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin maraqlı şəxs Cavabdeh məhkəməyə teleqram göndərərək ərizəni qəbul etdiyini bildirmiş və məhkəmə iclasının onun iştiraı olmadan keçirilməsini və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, ərizəçininn izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan uşaqların doğum haqqında arayışlarından görünür ki, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh birgə nikahlarından xx.xx.2012-ci ildə Vaqif, xx.xx.2014-cü ildə isə Elcan adlı uşaqları anadan olmuşdur. Cavabdeh ("Birinci tərəf") və İddiaçı ("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-cüi il tarixli Barışıq sazişinin surətindən görünür ki, tərəflər nikahdan xx.xx.2012-ci ildə Vaqif və xx.xx.2014-cü ildə isə Elcan adlı uşaqıarən saxlanması üçün ana İddiaçı xeyirinə 160 (bir yüz altmış) AZN aliment verilməsinə razılaşmışdırlar. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Ərizəçi İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi cavabdehə müraciət edərək, xx.xx.2023-ci il tarixli Banşıq sazişinin imzalandığı tarixdən bir aydan çox vaxtın keçməsinə baxmayaraq bu günə kimi heç bir aliment ödənilmədiyini bildirərək, sazişə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni xx.xx.2012-ci ildə Vaqif və xx.xx.2014-cü ildə isə Elcan adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat alimenti bu məktubu aldığı vaxtdan dərhal sonra ödəməyi tələb etmişdir. Maraqlı şəxs Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, maraqlı şəxs xx.xx.2023-cü tarixli məktuba cavab olaraq, barışıq sazişin könüllü icra edilməsindən, yəni Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci ildə anadan olan Vaqif və xx.xx.2014-cü ildə anadan olan Elcan adlı uşaqların saxlanılması hər ay hər uşaq üçün 80 manat alimenti ödəməkdən imtina etməsini bildirmişdir. Cavabdeh və İddiaçı arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə büər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə maraqlı şəxs Cavabdeh tərəfindən ərizəçi İddiaçı ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 216-220, 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2012-ci ildə anadan olan Vaqif, xx.xx.2014-cü ildə anadan olan Elcan adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 80 (səksən) manat, cəmi 160 (bir yüz altmış) manat alimentin tutulması barədə Cavabdeh ilə İddiaçı arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar