Məhkəmə qərarları › İş №2(020)-843/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-843/2025

09.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-843/2025 09.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Cavabdeh- Cavabdeh3, Cavabdeh və digər Cavabdeh1 vəkalətli nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 əmlak və qızıl-zinət tələbinə dair mülki iş açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada boyunbağı 8 qram və ya dəyəri-760 manat qolbağı 6 qram və ya dəyəri- 570 manat, sırğa 5 qram və ya dəyəri 475 manat üzük, 4.5 qram və ya dəyəri 427.50 manat taxt 1 ədəd və ya dəyəri 196 manat, tumba 2 ədəd və ya dəyəri 35 manat, şifoner 1 ədəd və ya dəyəri 392 manat, termo 1 ədəd və ya dəyəri 84 manat və ya dəyəri, paltaryuyan 1 ədəd və ya dəyəri 154 manat, pərdə 2 ədəd və ya dəyəri 52 manat, xalça 3 ədəd və ya dəyəri 150 manat, yorğan 2 ədəd və ya dəyəri 44 manat, döşək 2 ədəd və ya dəyəri 36 manat, yastıq 4 ədəd və ya dəyəri 35.20 manat, yastıq örtüyü 2 ədəd və ya dəyəri 20 manat, cəmi 3430.50 manatlıq əmlak və ya onun dəyəri, mediasiya üçün ödənilmiş 60 manatın, qiymətləndirmə rəyinin alınması üçün ödənilmiş 125 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə nikahlarını rəsmi qeydə aldırmqala evlənmişdir. Birgə nikahlarından 2 uşaqları olmuşdur. Uşaqlar onun yanında qalaraq yaşayırlar. O, cavabdehdən məhkəmə qaydasında boşanmışdır. O, əmlaklarını cavabdehlərin evində qoyub atası evinə getmişdir. Dolana bilmədiyi üçün evdən çıxmışdır. Bundan başqa Cavabdeh1 və ailə üzvləri qızıl və əmlaklarını vermək istəmirlər. Ona aid bütün əmlakları yəni 760 manat dəyərində 8 qram çəkidə boyunbağısı, 570 manat dəyərində 6 qram çəkidə qolbağısı, 475 manat dəyərində 5 qram çəkidə bir cüt sırğası, 427.50 manat dəyərində 4.5 qram çəkidə üzüyü, 196 manat dəyərində 1 ədəd taxt, 35 manat dəyərində 2 ədəd tumba, 392 manat dəyərində 1 ədəd şifoner, 84 manat dəyərində 1 ədəd termosu, 154 manat dəyərində 1 ədəd paltaryuyanı, 52 manat dəyərində 2 ədəd pərdəsi, 150 manat dəyərində 3 ədəd xalçası, 44 manat 2 ədəd yorğanı, 36 manat dəyərində 2 ədəd döşəyi, 35.20 manat dəyərində 4 ədəd yastığı, 20 manat dəyərində 2 ədəd yastıq örtüyü cavabdehlərin evində qalmışdır. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada boyunbağı 8 qram və ya dəyəri-760 manat qolbağı 6 qram və ya dəyəri- 570 manat, sırğa 5 qram və ya dəyəri 475 manat üzük, 4.5 qram və ya dəyəri 427.50 manat taxt 1 ədəd və ya dəyəri 196 manat, tumba 2 ədəd və ya dəyəri 35 manat, şifoner 1 ədəd və ya dəyəri 392 manat, termo 1 ədəd və ya dəyəri 84 manat və ya dəyəri, paltaryuyan 1 ədəd və ya dəyəri 154 manat, pərdə 2 ədəd və ya dəyəri 52 manat, xalça 3 ədəd və ya dəyəri 150 manat, yorğan 2 ədəd və ya dəyəri 44 manat, döşək 2 ədəd və ya dəyəri 36 manat, yastıq 4 ədəd və ya dəyəri 35.20 manat, yastıq örtüyü 2 ədəd və ya dəyəri 20 manat, cəmi 3430.50 manatlıq əmlakın əmlaklar olmadıqda onlarını dəyərinin, mediasiya üçün ödənilmiş 60 manatın, qiymətləndirmə rəyinin alınması üçün ödənilmiş 125 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə iclasında cavabdehlər işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə işə mahiyyəti üzrə baxılmasını qanuni və əsaslı hesab etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında iştirak edərkən iddianı müdafiə etdiyini göstərmiş və iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən cavabdeh və digər Cavabdeh1 vəkalətli nümayəndəsi Cavabdeh2 göstərdi ki, qardaşı Malik 2019-cu ildə İddiaçı ilə ailə qurmuş, birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Qardaşı ilə Sevincin münasibətləri pozulduğundan ayrılmışlar. Məhkəmənin qətnaməsinə əsasın nikahları pozulmuşdur. Toy olarkən iddiaçı qızıl-zinət əşyaları almamışlar. Qohumlarından qızılı müvəqqəti olaraq iddiaçıya taxmışlar ki, boynunda qızıllar görünsün. Toydan sonra da həmin qızılları sahibinə geri qaytarmışlar. Çünki qızıl almağa maddi cəhətdən imkanları olmamışdır. Sevincin cehizləri hazırda evdədir. İstədiyi vaxt iddiaçı cehizlərini evdən götürə bilər. Həmçinin xalça 2 ədəd olmuş, pərdə isə olmamışdır. Evdəki əmlakın siyahısını məhkəməyə təqdim etmişlər. İddianın qızıl- zinət əşyaları tələbinə dair hissəsinin rədd edilməklə qalan hissədə təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh3 da eyni məzmunlu izahat verərək iddianın qızıl zinət əşyaları tələbinə dair hissəsinin rədd edilməklə qalan hissədə qismən təmin edilməsinə etirazı olmadığını göstərdi. yoxdur. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Cavabdeh4 məhkəmə iclasına gəlmədiyindən və əvvəlki məhkəmə iclasında iştirak etdiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, cavabdehlərin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamədən çıxarışlardan görünür ki, İddiaçı ilə Cavabdeh1 Ağamməd oğlunun birgə nikahlarından 03 may 2020-ci ildə Aylin, 06 avqust 2021-ci ildə Ömür adlı uşaqları anadan olmuşdur. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1063/2022 saylı 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, Nəsirova (Süleymanova) Sevinc Tərlan qızı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə 25 saylı akt qeydi ilə Beyləqan rayon Qeydiyyat Şöbəsində qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2020-ci ildə anadan olan Aylin və xx.xx.2021-ci ildə anadan olan Ömürün anaları X1 yanında qalmaları müəyyən edilmiş, Cavabdeh1 27 oktyabr 2022-ci il tarixdən başlayaraq qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq xx.xx.2020-ci ildə anadan olan Aylin və xx.xx.2021-ci ildə anadan olan Ömür adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün X2 verilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən oldu ki, iddiaçı X3 Cavabdeh1 ilə ailə quraraq, nikahlarını xx.xx.2019cu il tarixdə 25 saylı akt qeydi ilə Beyləqan rayon Qeydiyyat Şöbəsində qeydə aldırmışlar. Tərəflərin birgə nikahlarından xx.xx.2020-ci ildə Aylin və xx.xx.2021-ci ildə Ömür adlı uşaqları doğulmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Beyləqan rayon məhkəməsinin 2(020)-1063/2022 saylı 27 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh1 arasında qeyd edilmiş nikah pozulmuşdur. Tərəflərin toyları olarkən iddiaçıya iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyaları hədiyyə olaraq alınmışdır. Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iddianı özləri də qismən etiraf etmiş, iddiaçıya qızıl taxıldığını, lakin həmin qızılları yaxın qohumlarından müvəqqəti olaraq toyda gəlinin üzərində yaxşı görünməsi üçün iddiaçıya taxdıqlarını göstərsə də, məhkəmə hesab edir ki, həmin fakt iddianın qızıl-zinət tələbinə dair hissəsinin rədd olunması üçün əsas sayıla bilməz. Çünki iddiaçının bundan məlumatı olmamış, qızıl-zinət əşyalarını ona hədiyyə olaraq verilməsi kimi qəbul etmiş, cavabdehlərin həmin qızılları ondan geri alması ilə razılaşmamış və hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəmədə müəyyən edildi ki, iddiaçı cehiz olaraq pərdə aparmamış, iki ədəd xalça aparmış, həmin xalçalar da cavabdehlərin evindədir. İddiaçı nın vəsatəti ilə iş üzrə qiymətləndirmə ekspertizasının təyin edilməsini üçün 8 iyul 2025-ci il tarixli qərardad qəbul edilmişdir. İş üzrə “Meyar Ekspertiza MMC” tərəfindən verilmiş rəydən görünür ki, 4 əddə qızıl-zinət əşyasının bazar satışı qiymətinin hal-hazırda nəzəri qaydada ümumi dəyəri 3995 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəlləsinin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və vərəsəlik qaydasında aldığı əmlak onun mükiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə görə daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də, bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88.1-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmədə müəyyən edildi ki, “Meyar Ekspertiza MMC” tərəfindən qiymətləndirmə rəyində iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının iddia ərizəsində göstərildiyi məbləğdən yüksək olduğu göstərilsə də, iddiaçı iddia ərizəsində göstərilən qiymətlə razılaşmış, həmin qiymətləndirmə rəyindən sonra iddia həcminin artırılması ilə bağlı məhkəməyə ərizə təqdim etməmişdir. Həmçnin işdə olan birinci qiymətləndirmə rəyində qızılların qiyməti iddia ərizəsində olan qiymətlərlə eynilik təşkil etmişdir. Ona görə də qızıllar olmadığı təqdirdə onların dəyəri iddia ərizəsində göstərilən qaydada müəyyən edilməlidir. Həmçinin iddiaçı bir ədəd xalça və 2 ədəd pərdə tələbinə dair hissədə təmin edilməməlidir. İddia tələbi təmin olunduğuna görə iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 54 manat cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Həmçinin məhkəmədə müəyyən edildi ki, iddiaçıya məxsus əmlaklar “Meyar Ekspertiza MMC” tərəfindən qiymətləndirilmiş və rəy verilmişdir. İddia təmin edildiyinə görə qiymətləndirmə rəyi üçün müəyyən edilimiş 350 manat dəyəri cavabdehlərdən alınıb “Meyar Ekspertiza MMC”-nin hesabına keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 760 manat dəyərində 1 ədəd 8 qram qızıldan boyunbağı, 570 manat dəyərində 1 ədəd 6 qram qızıldan qolbağı, 475 manat dəyərində 1 cüt 5 qram qızıldan sırğa, 427 manat dəyərində 1 ədəd 4.5 qram qızıldan üzük, 196 manat dəyərində 1 ədəd taxt, 35 manat dəyərində 2 ədəd tumba, 392 manat dəyərində 1 ədəd şifoner, 84 manat dəyərində 1 ədəd termo, 154 manat dəyərində 1 ədəd paltaryuyan maşın, 100 manat dəyərində 2 ədəd xalça, 44 manat dəyərində 2 ədəd yorğan, 36 manat dəyərində 2 ədəd döşək, 35.20 manat dəyərində 4 ədəd yastıq, 20 manat dəyərində 2 ədəd yastıq örtüyü, həmin əmlaklar olmadıqda onların 3328.70 (üç min üç yüz iyirmi səkkiz manat yetmiş qəpik) manat, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat, dövlət rüsumu kimi ödənilmiş 54 (əlli dörd) manat alınıb İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada qiymətləndirmə rəyi verilməsi üçün müəyyən edilmiş 350 (üç yüz əlli) manat alınıb “Meyar Ekspertiza MMC”-nin hesabına keşirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar