Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-865/2023 15.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ İddiaçı* və qeyrisinin Cavabdeh* və qeyrilərinə qarşı əmlak tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı* və qeyrisi Cavabdeh* və qeyrilərinə qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin *49.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən şəxslərin,şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı,atasının adı (hüquqi şəxsə münasibətdə adı) , şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki , həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan,olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətandaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Lakin cavabdehlərin şəxsiyyətini təsdiq edən sənəd və həm faktiki həmdə ki, qeydiyyatda olduğu ünvan dəqiq göstərilməmiş, bu barədə iddia ərizəsinə müvafiq sənədlər əlavə edilməmişdir. Eyni zamanda hazırki iddia ərizəsinə Dövlət aktıının, Şəhadətnamənin və ölüm haqqında şəhadətnamənin əsli və ya notariat qaydada təsdiq olunmuş surəti əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır . Belə olan halda Azərbaycan Respublikası MPM-nin *52-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin *52.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin *52-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı* və qeyrisinin Cavabdeh* və qeyrilərinə qarşı əmlak tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan onun surəti rəsmi qaydada verildiyi vaxtdan *0 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №2(020)-865/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-865/2023
15.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver