Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-974/2023 25.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə Ərizəçi İddiaçı, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə aralarında Beyləqan rayon İHB-nin Əlinəzərli kəndi üzrə icra nümayəndəliyində bağlanmış nikahın pozulması və Cavabdeh xx.xx.2013-cü ildə anadan olan Xalidə, xx.xx.2014-cü ildə anadan olan Ramal və xx.xx.2021-ci ildə anadan olan Aylin adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 60 manat alimentin onun xeyrinə tutulması və həmin uşaqların onun himayəsində qalması barədə Cavabdeh ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o maraqlı şəxs Cavabdeh ilə nikahlarını xx.xx.2012-ci il tarixdə aralarında Beyləqan rayon İHBnin Əlinəzərli kəndi üzrə icra nümayəndəliyində qeydə aldırmışlar. Birgə nikahdan xx.xx.2013cü ildə Xalidə, xx.xx.2014-cü ildə Ramal və xx.xx.2021-ci ildə Aylin adlı uşaqları dünyaya gəlmişdir. Cavabdeh övladı ilə maraqlanır, özü tək ailənin və uşaqların maddi ehtiyaclarını, qayğısını çətinliklə ödəyir. Halbuki, valideynlər uşaqlarını birlikdə saxlamağa borcludurlar. Cavabdeh aliment tutulması ilə bağlı olaraq tərəfindən ilkin olaraq mediasiya şurasına müraciət olunmuş, Cavabdeh xx.xx.2013-cü ildə anadan olan Xalidə, xx.xx.2014-cü ildə anadan olan Ramal və xx.xx.2021-ci ildə anadan olan Aylin adlı uşaqları üçün hər ay hər uşağa görə 60 manat alimenti ödəməyə razılığını bildirmiş və bununla bağlı olaraq Mediasiya şurasında xx.xx.2023-ci il tarixdə Barışıq sazişi imzalanmışdır. Lakin Cavabdeh hazırda alimenti ödəmir. Ona görə də, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə aralarında Beyləqan rayon İHB-nin Əlinəzərli kəndi üzrə icra nümayəndəliyində bağlanmış nikahın pozulması və Cavabdeh xx.xx.2013-cü ildə anadan olan Xalidə, xx.xx.2014-cü ildə anadan olan Ramal və xx.xx.2021-ci ildə anadan olan Aylin adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 60 manat alimentin onun xeyrinə tutulması və həmin uşaqların onun himayəsində qalması barədə Cavabdeh ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Cavabdeh iddianı qəbul etdi və izahatında göstərdi ki, İddiaçı ilə xx.xx.2012-ci il tarixdə aralarında Beyləqan rayon İHB-nin Əlinəzərli kəndi üzrə icra nümayəndəliyində qeydə aldırmışlar. Birgə nikahdan xx.xx.2013-cü ildə Xalidə, xx.xx.2014-cü ildə Ramal və xx.xx.2021-ci ildə Aylin adlı uşaqları dünyaya gəlmişdir.İddiaçı ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını etirazı yoxdur. Ərzənin təmin edilməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2012-ci il tarixdə aralarında Beyləqan rayon İHB-nin Əlinəzərli kəndi üzrə icra nümayəndəliyində nikahlarını qeydə aldırmışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2013-cü ildə Xalidə, xx.xx.2014-cü ildə Ramal və xx.xx.2021-ci ildə Aylin adlı uşaqları anadan olmuşdur. Cavabdeh ("Birinci tərəf") və İddiaçı("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli Barışıq sazişinin surətindən görünür ki, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə aralarında Beyləqan rayon İHB-nin Əlinəzərli kəndi üzrə icra nümayəndəliyində bağlanmış nikahın pozulmasına və Cavabdeh xx.xx.2013-cü ildə anadan olan Xalidə, xx.xx.2014-cü ildə anadan olan Ramal və xx.xx.2021-ci ildə anadan olan Aylin adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 60 manat alimentin onun xeyrinə tutulmasına və həmin uşaqların onun himayəsində qalmasına razılaşmışdırlar. Sazişin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, Ərizəçi cavabdehə müraciət edərək, xx.xx.2023-ci il tarixli Banşıq sazişinin imzalandığı tarixdən bir aydan çox vaxtın keçməsinə baxmayaraq bu günə kimi heç bir aliment ödənilmədiyini bildirərək, sazişə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni xx.xx.2013-cü ildə Xalidə, xx.xx.2014-cü ildə Ramal və xx.xx.2021-ci ildə Aylin adlı uşaqların saxlanılması üçün 60 manat alimenti bu məktubu aldığı vaxtdan dərhal sonra ödəməyi tələb etmişdir. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, maraqlı şəxs xx.xx.2023-ci tarixli məktuba cavab olaraq, barışıq sazişin könüllü icra edilməsindən, yəni Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü ildə Xalidə, xx.xx.2014-cü ildə Ramal və xx.xx.2021-ci ildə Aylin a adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 60 manat alimenti ödəməkdən imtina etməsini bildirmişdir. Cavabdeh və İddiaçı arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli Barışıq sazişinin 2.4-cü bəndinə görə saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları iləmaraqlı şəxs Cavabdeh tərəfindən Ərizəçi İddiaçı ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-ci il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı ilə Cavabdeh xx.xx.2012-ci il tarixdə aralarında Beyləqan rayon İHB-nin Əlinəzərli kəndi üzrə icra nümayəndəliyində qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü ildə anadan olan Xalidə, xx.xx.2014-cü ildə anadan olan Ramal və xx.xx.2021-ci ildə anadan olan Aylinin anası İddiaçı yanında qalması müəyyən edilməsi və Cavabdeh İddiaçı xeyrinə xx.xx.2013-cü ildə anadan olan Xalidə, xx.xx.2014-cü ildə anadan olan Ramal və xx.xx.2021-ci ildə anadan olan Aylin adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 60 (altmış), cəmi 180(bir yüz səksən) manat alimentin tutulması barədə Cavabdeh ilə İddiaçı arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-ci il tarixli Barışıq sazişi təsdiq edilsin. Cavabdeh 41,60 (qırx bir manat altmış) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-974/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-974/2023
25.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver