Məhkəmə qərarları › İş №2(020)-993/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-993/2023

06.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-993/2023 06.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi, Maraqlı tərəf Maraqlı şəxs rəisi X4 iştirakı ilə, Ərizəçi qızı X2 25.*2.*997-ci ildə ölməsi faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qızı X3 *7.06.2000-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, X8 ilə birgə nikahlarından 24 mart *995-ci: ildə anadan olan Pəri adlı qızı *7.06.2000-ci ildə ölmüşdür. Qızı Beyləqan rayonunun Milabad qəsəbəsində qəbiristanlıqda dəfn edilmişdir. Səhlənkarlıqdan qızının ölməsinə dair Qeydiyyat orqanından ölüm sənədi alınmamışdır. Qızının vafatından sonra başları dəfn mərasiminə qarışmış, sonra isə səhlənkarlığından ölüm haqqında şəhadətnamə almaq üçün qeydiyyat orqanına müraciət etməmişdir. Ona görə də qızının ölməsi qeydə alınmamışdır. Torpaq sahəsi ilə bağlı bəzi sənədləşmələrdə qızının ölümünü təsdiq edən sənədə ehtiyac vardır. Qızının ölümünü təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ona bildirmişlər ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidir. Odur ki, qızı X3 *7.06.2000-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs rəisi Malik Mahmudov ərizənin təmin edilməsinə etiraz etmədi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmaasını xahiş etdi. Məhkəmə ərizəçinin və maraqlı tərəfin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır. Məhkəmə iclasına ifadə verən şahidlər X5 və X* Ərizəçi qızı Pərinin həqiqətən də *7.06.2000-ci ildə ölməsini təsdiq etdilər. Onlar həmçinin Pərinin dəfn mərasimində iştirak etmələrini də bildirdilər. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 24 mart *994-ci ildə anadan olmuşdur. İşdə olan Maraqlı şəxs *0 aprel 2023-cü il tarixli ölüm haqqında akt qeydinin alınmasından imtina haqqında rəydən görünür ki, Ərizəçi mərhum qızı X3 ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilməsi faktının müəyyən olunmasına dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi ərizəçi tələb olunan sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmədə müəyyən edildi ki, ərizəçiyə həmin faktın təsdiqi mülkiyyətlərində olan əmlaklara dair hüquqlarını həyata keçirməkdən ötrü lazımdır. Ərizəçi qızına ölüm haqqında şahadətnaməsi götürmədiyindən müəyyən sənədləşmə işlərinin aparılmasında çətinliklərlə üzləşir. Ona görə də həmin faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 305.*.*, 308-3**-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, Ərizəçi 24 mart *995-ci ildə anadan olmuş qızı X3 *7 iyun 2000-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 24 mart *995-ci ildə anadan olmuş qızı X3 *7 iyun 2000-ci ildə ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar