Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1014/2023 07.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qızı X4 06 sentyabr 2022-ci il tarixdə intihar nəticəsində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, *984-cü ildə X5 ilə *984-cü ildə ailə qurmuşdur, birgə nikahdan *985-ci ildə Vüsalə, *987-ci ildə Mahmud və *989-cu ildə Aygün adlı üç övladları anadan olmuşdur, X3 ailə quraraq yaşadıqları evdən köçərək ər-evinə getmişdir. Digər övladları Mahmud və Aygün isə onunla birlikdə Bərdə şəhəri, H.Z.Tağıyev küçəsi ev 3-də yerləşən evlərində yaşayıb, Mahmud ailə qurmuşdur, Aygün isə subay olmuşdur. X** *5 yaşından sonra psixikasında problemlər yarandığından mütamadi olaraq Bərdə Rayon Xəstəxanasında həkim- psixiatr Afaq Qasımovanın müşahidəsi altında müalicələr almışdır. Qızı Aygünə “Şizofreniya” diaqnozu qoyulmuşdur. 06 sentyabr 2022-ci il tarixdə həyətdə maın düzəldən zaman həyat yoldaşı Mehriban mətbəxin kranının xarab olduğunu bildirərək, onu düzəltməyini xahiş etmişdir. O, da mətbəxin kranını düzəltmək üçün evin ikinci mərtəbəsinəçıxan zaman övladı X4 evin ikinci mərtəbəsində yataq otağında özü boğazını “lezva” ilə kəsərək intihar etdiyini aşkar etmişdir. Bu barədə dərhal Bərdə Rayon Polis Şöbəsinin növbətçi hissəsinə məlumat vermişdir. Hadisə ilə bağlı Bərdə rayonu Prokurorluğunun köməkçisi X*3 tərəfindən intihar hadisəsi ilə bağlı cinayət işi başlanmış, lakin cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Onlar övladları X7 Bərdə rayonu, Güloğlular (Şəhidlər) qəbristanlığında dəfn etmişlər. Keçirdikləri sarsıntılar, ailələrində baş vermiş hadisə, ailə üzvülərinin itkisi onlara mənfi təsir göstərmiş və bu səbəbdən dəövladı X4 ğlümü haqqında şəhadətnamə almışdır. Ölüm haqqında şəhadətnamə almaq üçün Bərdə Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, orada ona izah olundu ki, müddəti ötürdüyündən ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyil və məhkəməyə müraciət etməlidir, bu da öz növbəsində məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatından göstərmişdir ki, Ərizəçi qonşularıdır, Kamilin qızı Aygün psixi xəstə olub, intihar edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatından göstərmişdir ki, Ərizəçi kəndçiləridir. Kamilin qızı Aygün psixi xəstə olub, boğazını özü lezva ilə kəsərək intihar edib. Onun dəfn və yas mərasimində məndə iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE *5988656 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 24 may *989-cu ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx *959-cu ildə ünvan 1 ünvanınd qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 26 may *998-ci ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 *0 may *995-ci ildə doğulmuşdur. İş materiallarında olan Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 6645 nömrəli, 30 noyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə şəhəri, H.Z.Tağıyev küçəsi 38-də yaşayır. İş materiallarında olan XİV JQ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 24 may *989-cu ildə doğulmuşdur, atası Ərizəçi, anası X2r. İş materiallarında olan Aktdan müəyyən olunur ki, X8 06 sentyabr 2022-ci ildə naməlum səbələrdən intihar etmişdir. İş materiallarında olan *3 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, cinayət işinin başlanılması rədd edilmiş, həmin qərardad X4 intihar etməsi müəyyən edildiyi göstərilmişdir. İş materiallarında olan Bərdə şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 6652 nömrəli, 30 noyabr 2022-ci arayışdan müəyyən olunur ki, X* şəhəri, H.Z.Tağıyev küçəsi 38 nömrəli ünvanda yaşayıb, ünvan 3arında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 0* dekabr 2022-ci il tarixli, 73*-05/*5 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X4 06 sentyabr 2022-ci ildə ölməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ölüm faktının müəyyən olunması ərizəçinin lazımi sənədləri başqa qaydada ala bilməməsi üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 24 may *989-cu ildə doğulmuş X4 06 sentyabr 2022-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1014/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1014/2023
07.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver