Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1019/2022 18.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək övladı X4 14 may 2018-ci ildə Bərdə rayonu, Kətəlparaq kəndindı ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X** ilə 2015-ci il tarixində qeyri-rəsmi olaraq ailə həyatı qurub evləniblər. Nikahlarını 24 yanvar 2017-ci il tarixində rəsmiləşdiriblər. Birgə nikahlarından 22 dekabr 2016-ci il təvəllüdlü X12 anadan olmuşdur . Övladı 14 may 2018-ci il tarixində xəsətlikdən vəfat edərək, Bərdə rayonu Kətəlparaq kənd ərazisində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Onlar baş qarışılıqlığından mərhum övladına ölüm haqqında şəhadətnamə ala bilməmişlər. O, mərhum övladı X6 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edir, orda isə ölümdən uzun müddət keçdiyi üçün ölüm haqqında şəhadətnmaə verməkdən imtina edirlər və məhkəməyə müraciət etməsini bildiriblər. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X3 ərizəni müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində X5 izahatında göstərdi ki, Ərizəçi qızı onun bacısının qızıdır. Ayşənin övladı vəfat etmişdir, lakin uşağa ölüm haqqında şəhadətnamə almamışdırlar. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 07102842 nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 01 aprel 1959-cu ildə Bərdə rayonu, Kətəlparaq kəndində doğulmuş, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 18 fevral 1963-cü ildə Cəliləbad rayonunda doğulmuş, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ 248**7 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Bayramov Məhəmməd Vüsal oğlu 09 avqust 2021-ci ildə ölmüşdür. İş materiallında olan Xəstəlik tarixindən müəyyən olunur ki, Bayramov Tuncay Vüsal oğlu Bərdə rayon uşaq xəstəxanasına 2018-ci ilin aprel - may aylarında qızdırmadan qıc olmalarla müraciət etmişdir. İş materiallarında olan X9 xəstəxanası tərəfindən verilmiş statistik kartadan müəyyən olunur ki, X12 ** sentyabr 2017-ci il, 13 yanvar 2018-ci il tarixdə yuxarı tənəffüs yollarının çox saylı və dəqiqləşdirilməmiş lokalizasiyalı kəskin infeksiyası ilə xəstəxanaya müraciət etmişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1994-cü ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayonu, Kətəlparaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 274 nömrəli, 15 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Bayramov Tuncay Vüsal oğlu Bərdə rayonu, Kətəlparaq kənd qəbirstanlığında dəfn edilib. İş materiallarında olan AZ-İİİ 833319 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Bayramov Tuncay Vüsal oğlu 22 dekabr 2016-cı ildə doğulmuşdur, atası Bayramov Vüsal Bayram oğlu, anası Babayeva Ayşən Ramiz qızıdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Bayramov Vüsal Bayram oğlu ilə X13 24 yanvar 2017-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş, nikahdan sonra qadına Bayramova soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 fevral 2022-ci il tarixli 83-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, ona ölüm faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X4 14 may 2018-ci ildə ölməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 22 dekabr 2016-cı ildə doğulmuş X4 14 may 2018-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1019/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1019/2022
18.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver