Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1028/2025 25.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qаrşı “Barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçinin tələbi: Ərizəçi ərizə ilə məhkəməyə mürаciət edərək Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, hazırkı iş, üzrə Maraqlı şəxs ilə 10 avqust 2016-cı tarixdə Bərdə regional “ASAN xidmət" mərkəzinin Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 692 nömrə ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdurlar. Birgə nikahlarından 28 sentyabr 2016-cı il təvəllüdlü X9 və 10 iyul 2018-ci il təvəllüdlü X10 adlı övladları doğulmuşdur. Ər-arvad kimi ailə münasibətləri normal olmuşdur. Daha sonra münasibətləri pisləşmiş, xasiyyətləri uyğun gəlməmiş və bu səbəbdən ailə münasibətləri pozulmuşdur. Ər-arvad kimi yaşamaqları mümkün deyildir. Xeyli müddətdir ki, ayrı yaşayırlar. xx.xx.2024cii il tarixdə aralarında olan nikahın pozulması, uşağın onun himyəsində saxlanılması və aliment tələbinə dair mübahisənin həll edilməsi üçün mediasiya şurasın müraciət etmişdir. Mediasiya prosesində 10 avqust 2016-cı il tarixdə Bərdə regional "ASAN xidmət mərkəzinin Qeydiyyat Şöbəsi akt qeydlər kitabında № 692 ilə rəsmi nikahlarının pozulmasına, 28 sentyabr 2016-cı il təvəllüdlü X9 və 10 iyul 2018-ci il təvəllüdlü X10 adlı övladlarının onun himayəsində saxlanılmasına və uşaqların saxlanılmasına görə hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat alimentin onun xeyrinə ödənilməsi tələbinə dair maraqlı şəx Maraqlı şəxs ilə qarşılıqlı razılığa gəlmişlər. Bu səbəbdən Barışıq sazişini imzalayıblar. Maraqlı şəxs mediasiya prosesində bağlanılan xx.xx.2024-cü il tarixil barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbəbdən sazişi məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə miiracitə etmək məcburiyyətimi qaldım. Ərizəçinin izahatı: Ərizəçi məhkəməyə ərizə göndərərək, Bakı şəhərində çalışdığını və himayəsində iki azyaşlı övladları olmasını, məhkəmədə üzürlü səbəbdən iştirak edə bilmədiyini göstərərək, işə onun iştirakı olmadan baxılmasını, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsin izahatı: Məhkəmə iclasında Maraqlı şəxs izahatında göstərdi ki, ərizəçi ilə aralarında bağlanmış barışıq sazişinin icrasına heç bir maneçilik törətmir, birgə nikahdan olan uşaqları ərizəçinin himayəsindədir, aliment ödəməkdən imtina etmir, məhkəmə tərəfindən barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Sazişi təsdiqində əsas məqsəd nikahın pozulması olduğunu bildirdi. Belə ki, o xarici ölkəyə gedəcəyini, bu prosedurun tezləşdirilməsini istədiyini bildirdi. İş materiallarına istinad: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü ildə doğulmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1987-ci ildə doğulmuşdur. 4 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV 153337 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2018-ci ildə doğulmuşdur atası Maraqlı şəxs, anası Ərizəçidır. Bərdə Regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 126300 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X6 10 avqust 2016-cı il tarixdə 692 nömrəli akt qeydi nikahlarını qeyd etdirməklə evlənmişlər, nikahdan sonra arvada Behbudova soyadı verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi vətəndaşın qeydiyyatda oldu ünvan barədə Elektron Arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. X2 iştirakı ilə tərtib edilən 16 oktyabr 2024-cü il tarixli MŞB/MT039-2024-01088 saylı Barışıq Sazişinin:
1. Birinci tərəfin etibarnamə üzrə nümayəndəsi (X11 AA3611817; 1J0LWK9; xx.xx.1987) Mediasiyaya müraciət edərək bildirdi ki, Birinci tərəf (Ərizəçi Təvəkkül qızı; AA*******; xxxxxxx; xx.xx.1994), İkinci tərəf (Maraqlı şəxs; AA*******; xxxxxxx; xx.xx.1987) ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları 10 avqust 2016-cı il tarixdə Bərdə regional "ASAN xidmət" mərkəzinin Qeydiyyat Şöbəsi akt qeydlər kitabında №692-ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından 28 sentyabr 2016-cı il təvəllüdlü X9 və 10 iyul 2018-ci il təvəllüdlü X10 adlı övladları olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Hal-hazırda birinci tərəf, ikinci tərəfdən ayrılmış və azyaşlı övladı ilə birlikdə ayrı yaşayırlar. Tərəflər aralarında bağlanmış 10 avqust 2016-cı il tarixdə Bərdə regional "ASAN xidmət" mərkəzinin Qeydiyyat Şöbəsi akt qeydlərİ kitabında №692-li rəsmi nikahın pozulmasını, birgə nikahlarından 28 sentyabr 2016-cı il təvəllüdlü X9 və 10 iyul 2018-ci il təvəllüdlü X4 Birinci tərəfin (Ərizəçi Təvəkkül qızı; AA*******; xxxxxxx; xx.xx.1994 himayəsində saxlanılmasını və onların saxlanılmasına görə İkinci tərəfdən (X15; AA*******; xxxxxxx; xx.xx.1987) hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment məbləğinin Birinci tərəfin xeyrinə ödənilməsi tələbi ilə təklif verdilər. 2.İkinci tərəf (Maraqlı şəxs; AA*******; xxxxxxx; xx.xx.1987) Mediasiya prosesinə dəvət olunmuş və Mediasiya sessiyasında iştirak edərək təkliflə tam razılaşdığını bildirdi: a) Tərəflər arasında bağlanmış 10 avqust 2016-cı il tarixdə Bərdə regional "ASAN xidmət" mərkəzinin Qeydiyyat Şöbəsi akt qeydlər kitabında №692-li rəsmi nikahın pozulmasına tam razılaşır və öz öhdələrinə götürürlər. b) Birgə nikahlarından olan 28 sentyabr 2016-cı il təvəllüdlü X12 və 10 iyul 2018-ci il təvəllüdlü X4 Birinci tərəfin (Ərizəçi Təvəkkül qızı; AA*******; xxxxxxx; xx.xx.1994), himayəsində saxlanılmasına tam razılaşaraq öz öhdələrinə götürürlər. c) Birgə nikahlarından olan 10 iyul 2018-ci il təvəllüdlü X10 və 28 sentyabr 2016-cı il təvəllüdlü X1 görə İkinci tərəfdən (Maraqlı şəxs; AA*******; xxxxxxx, xx.xx.1987) hər ay hər uşaq üçün 150 (biryüz əlli) manat, ümumilikdə 300 (üç yüz, manat sabit pul məbləğində aliment məbləğinin Birinci tərəfin (X7; AA*******; xxxxxxx; xx.xx.1994) xeyrinə ödənilməsinə tam razılaşaraq öz öhdələrinə götürürlər.
3. Barışıq Sazişi tərəflərin sözləri ilə yazıldı və doğruluğunu öz imzaları ilə təsdiq edirlər.
4. X8 şərtləri izah olundu.
5. Tərəflər arasında digər mübahisə yoxdur. Barışıq sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. İstinad edilən hüquq: Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа Аzərbаycаn Respublikаsının MPM və ya MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə görə, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə ərizəçinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ailə mübahisəsi ilə bağlı Bərdə 1 saylı Mediasiya təşkilatına müraciət etmiş və X2 iştirakı ilə 16 oktyabr 2024-cü il tarixdə tərtib edilən Barışıq Sazişinə əsasən tərəflər arasında barışıq sazişi imzalanmışdır. Ərizəçi ərizəsində maraqlı şəxsin barışıq sazişinin icrasından boyun qaçırdığını bildirsə də bu barədə ərizəsinə mötəbər sübut əlavə etməmiş, məhkəmə iclasında isə Maraqlı şəxs isə barışıq sazişini icra etdiyini, heç bir maneə törətmədiyini, barışıq sazişinin təsdiq edilməsinə etirazının olmadığını bildirmişdir. Ərizəçi və maraqlı şəxsin barışıq sazişini təsdiq etməkdə əsas məqsədləri nikahın pozulmasıdır. Qanunvericilik isə nikahın xüsusi icraat qaydasında pozulması ilə bağlı tənzimləmə müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərinin maraqlı şəxs tərəfindən pozulması barədə ərizəçi məhkəməyə sübut təqdim etmədiyindən və maraqlı şəxs barışıq sazişinin şərtlərinin icra olunduğunu izahatı ilə təsdiq etdiyindən Ərizəçi Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 16 oktyabr 2024cü il tarixli MŞB/MT039-2024-01088 reyestr nömrəli barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ : Ərizəçi Maraqlı şəxs qаrşı “Barışıq sazişinin təsdiq edilməsi” nə dair xüsusi icraat qaydasında verilmiş ərizəsi təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 16 oktyabr 2024-cü il tarixli MŞB/MT039-2024-01088 reyestr nömrəli barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Bayram Məhərrəmov