Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1070/2023 28.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 22 aprel *979-cu il tarixdə Ağdam şəhərində anadan olmuş X8 *8 noyabr 2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 onun qardaşıdır. X9 *8 noyabr 2022ci ildə özünü yaşadığı evin 5-ci mərtəbəsindən ataraq intihar etmişdir. Həmin hadisə ilə bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi başlanmışdır. Bərdə Rayon Prokurorluğunun 06 dekabr 2022-ci il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir. X3 Bərdə rayonu, Kətəlparaq kənd qəbirstanlığında dəfn edilmişdir. X5 qızının ölümünü qeydiyyata aldırmamışdır. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE № *8650447 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.*96*-ci il tarixdə Xankəndi rayonu Xocalı kəndində anadan olmuşdur. Ağdam rayon Eyvazxanbəyli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş *466 saylı 23.*2.2022-ci il tarixli Arayışdan görünür ki, Ərizəçi Ağdam rayon Eyvazxanlı kəndində məcburi köçkündür, hazırda ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Seriya AZE № *8650447 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 22.04.*979-cu il tarixdə Ağdam rayonunda anadan olmuşdur. Ağdam şəhəri 20 yanvar küçəsi ev *67 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarına əlavə edilmiş Ağdam Rayon Qeydiyyat Şöbəsi tərəfindən 24.06.20*9-cu il tarixdə verilmiş AZ-T № 098256 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 22.04.*979-cu il tarixdə Ağdam rayonunda anadan olmuşdur. X6, anası X2 olmuşdur. İş materiallarına əlavə edilmiş Ağdam rayon Polis Şöbəsi tərəfindən verilmiş fərdi uçot kartoçkasından görünür ki, X8 doğum tarixi 22.04.*979-cu il, doğum yeri Ağdam rayonu, ata adı X**, ana adı X* qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Ağdam rayon Polis Şöbəsi tərəfindən verilmiş fərdi uçot kartoçkasından görünür ki, Ərizəçi doğum tarixi xx.xx.*96*-ci il, doğum yeri Xaankəndi rayonu Xocalı kəndi, ata adı X**, ana adı X* qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Ağdam Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş № *49-05\*6 nömrəli Arayışdan görünür ki, X9 22.04.*979-cu il tarixdə Ağdam rayonunda anadan olmuşdur. X6, anası X2 olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Prokurorluğunun 06.*2.2022-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X8 *8.**.2022-ci il tarixdə intihar etməsi ilə bağlı araşdırma aparılmış, material üzrə aparılmış araşdırma zamanı cinayət hadisəsi və cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.*.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 2*.*2.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi mərhum qardaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi qardaşı X8 *8 noyabr 2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizəsi təmin edilməli, X8 *8 noyabr 2022-ci il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X8 *8 noyabr 2022-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1070/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1070/2023
28.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver