Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1076/2025 08.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi: Ərizəçi oğlu Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1nın 09 sentyabr 2013-cü il tarixdə vəfat edərək Bərdə rayon Güloğlular kənd qəbristanlığında dəfn olunması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 01 iyun 1965-ci il tarixdə Laçın rayonu Soyuqbulaq kəndində anadan olmuşdur.X1 09 sentyabr 2013-cü ildə qəflətən vəfat etmiş, və Bərdə rayonu Güloğlular kənd qəbristanlığında dəfn olunmuşdur. Həmin vaxt baş qarışıqlığından təssüfki bu keçən müddət ərzində onlar bacısının ölümünə dair şəhadətnamə ala bilməmişdir. Hazırda kommunal xidmətlərdə daxil olmaqla bir çox sənədlərin hazırlanmasında ondan bacısının ölüm haqqında şəhadətnaməsini tələb edilər. Lakin ölüm haqqında şəhadətnamə olmadığı üçün o sənədləri hazırlaya bilməmişdir. Mərhum X1na ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş olsa da, adıçəkilən dövlət qurumundan bacısının ölümünü təsdiq edən sənədlər olmadığı üçün ölümə dair şəhadətnamə verilə bilmir. Mərhum bibisinə ölümə dair şəhadətnamənin verilməsi onun üçün hüquq yaradan sənədlərin əldə edilməsi üçün üçün zəruri tələbdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, bildirdi ki, bacısının iki övladı olsa da övladları Rusiya Federasiyasında yaşıyır. Bacısı xərçəng xəstəliyindən əziyyət çəkmiş bacısı son altı ay onun yanında qalıb yaşamış və onun yanında vəfat etmişdir. Lakin ona ölüm haqqında şəhadətnamə almamışdır. Ölüm haqqında şəhadətnamənin olmaması isə bəzi sosial məsələlərin həllində problem yaratmışdır. Ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına istinad: İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1962-ci ildə Laçın Soyuqbulaq kəndində anadan olmuş, Bərdə rayonu Qaradağlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər yaşayış yeri üzrə Qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Qaradağlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ0841249 nömrəli, 15 iyun 1965-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 01 iyun 1965-ci ildə doğulmuş, atası X11, anası X8 olmaqla bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 15 iyun 1965-ci ildə 35 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ278338 nömrəli, 14 avqust 1962-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1962-ci ildə doğulmuş, atası X11, anası X8 olmaqla bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 14 avqust 1962-ci ildə 34 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi bölmələrini İdarə etmə Birliyi” Publik Hüquqi şəxs “ Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxs tərəfindən verilmiş 11 fevral 2025-ci il tarixli, 18-1-28/2-308/2025 nömrəli məktubdan görünür ki, 01 iyun 1965-ci il təvəllüdlü X2 ölümü ilə bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanasında hər hansı bir məlumat, xəstəlik tarixi, tibbi şəhadətnamə və.s aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayonu Qaradağlı Bələdiyyəsi tərəfindən verilmiş 46 nömrəli, 24 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi X1nın dəfn olunduğu Bərdə rayon Güloğlular kənd qəbristanlığına baxış keçirilmiş və həqiqətən X4 09 sentyabr 2013-cü il tarixdə Bərdə rayonu Güloğlular kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 25 dekabr 2024-cü il tarixli, 3-16-5/8-15-708/2024 nömrəli məktubdan görünür ki, mərhum bacısının ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq Qeydiyyat Şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçi X12 məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X13 bildirmişdir ki, ərizəçi X12 onun arvadıdır. X5 onun baldızıdır. X19 Rusiya Federasiyasında yaşamış, xərçəng xəstəliyindən əziyyət çəkmiş, Son 6 ayda yaşadıqları Bərdə rayonu Qaradağlı kəndində gələrək orada yaşamış və 09 sentyabr 2013-cü ildə vəfat etmişdir. Bərdə rayonu Güloğlular kənd qəbristanlığında dəfn olunmuşdur. Dəfn və yas mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X9 bildirmişdir ki, ərizəçi X14 və mərhum X5 onun bacılarıdır. X19 Rusiya Federasiyasında yaşamış, ankoloji xəstəlikdən əziyyət çəkmiş, son vaxtlar yaşadıqları Bərdə rayonu Qaradağlı kəndində gələrək orada yaşamış və 09 sentyabr 2013-cü ildə vəfat etmişdir. Bərdə rayonu Güloğlular kənd qəbristanlığında dəfn olunmuşdur. Dəfn və yas mərasimində o, da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X10, X15, X6 şahid X9 ilə eyni məzmunda izahat vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum X1nın 09 sentyabr 2013-cü il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi qismən təmin edilməli, X2 09 sentyabr 2013-cü il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi qismən təmin edilsin. 1 iyun 1965-ci il təvəllüdlü X2 9 sentyabr 2013-cü il tarixdə Bərdə rayonunda vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-1076/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1076/2025
08.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver