Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1081/2024 15.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi vəkili və nümayəndəsi X1 , Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı ”mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi “ barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ÜƏ Y Y Ə N E T D İ : Ərizəçi Maraqlı şəxs qarşı ”mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi “ barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi vəkili və nümayəndəsi X2 ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs bildirdi ki, 10 yanvar 2020-ci il təvəllüdlü Cahangirli Əlinin onun oğlu olmasını qəbul edir, lakin uşağın saxlanılması üçün 235 manat aliment ödəyə bilməyəcəkdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, iş materiallarında olan barışıq sazişi mübahisənin predmeti atalığın müəyyən edilməsi, aliment və uşaqla ünsiyyət tələbinə dair bağlanmışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı uşaqla ünsiyyət hüququnun təmin edilməsi tələbinə dair iddia ərizəsi hazırda məhkəmənin icraatındadır və həmin mülki iş üzrə tərəflər arasında mübahisə vardır. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs qarşı ”mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi “ barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Ərizəçi Maraqlı şəxs qarşı ”mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi “ barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1081/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1081/2024
15.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver