Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1093/2025 12.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum arvadı X1 07 noyabr 2024-cü il tarixdə Bərdə rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə şəhər sakini, xx.xx.1964-cü ildə anadan olmuş X5 ilə 09 dekabr 2002-ci il tarixdə evlənmişdirlər və 2024-cü ilin oktyabr ayının ortalarınadək Bərdə rayonu Zümürxan kəndində ona məxsus olan evdə yaşamışdırlar. Nikahları qeydə alınarkən həyat yoldaşı öz soyadı olan "Əliyeva" soyadında qalmış, lakin xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini alarkən onun soyadını qəbul edərək “Xəlilova” soyadına keçmişdir. X3 ilə birgə nikahdan övladları olmamışdır. 2011-ci ildə isə beyin insultu keçirdiyinə görə sağ ayağı və sol qolu iflic olmuşdur. Əlavə olaraq ağır formalı şəkərli diabet xəstəliyinə də tutulmuşdu. 2011-ci ildən başlayaraq 13 il ərzində həmin xəstəliklərdən dəfələrlə Bərdə Rayon Mərkəzi Xəstəxanasında statsionar müalicələr almış, genekoloji probleminə görə cərrahiyə əməliyyatları keçirmiş, son 3 ildə demək olar ki, daima ambulator müalicələr almışdır. Aldığı statsionar və ambulator müalicələrə baxmayaraq sağlamlıq vəziyyəti 2024-cü ilin oktyabr ayının ortalarında kəskin surətdə ağırlaşmış, öz xahişi ilə onu Bərdə şəhəri ünvan 1 ünvanında yaşayan qardaşı X4 evinə aparmışdır ki, ona qulluq göstərilsin. Həyat yoldaşı X3 07 noyabr 2024-cü il saat 04 radələrində həmin evdə vəfat etmişdir. Həmin vaxt Bərdə RMX-nın təcili tibbi yardım şöbəsindən çağırışla gələn tibb işçisi onun meyitinə baxaraq ölmüş olduğunu bildirərək çıxıb getmişdirlər. Lakin bu barədə onlara hər hansı bir tibbi sənəd verilməsini tələb etməmişdirlər. Həyat yoldaşı mərhum X2 öz vəsiyyətinə uyğun olaraq Bərdə rayonu Güloğlular kənd qəbristanlığında mərhum ata-anasının məzarları yanında 07 noyabr 2024-cü il tarixdə dəfn etmişdirlər. Zümürxan kənd həkim məntəqəsinin həkimi X9 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Ölüm haqqında məlumat vərəqəsi”ndə göstərilir ki, xx.xx.1964-cü ildə anadan olmuş, Bərdə rayon Zümürxan kənd sakini X1 ölümünün ilkin səbəbi beyin insultu keçirməsi və İİ tip şəkərli diabet xəstəsi olmasıdır. Həmin məlumat vərəqəsinin Zümürxan kənd həkim məntəqəsinin möhürü ilə təsdiq edilməməsinin səbəbini isə həkim Şəhla Qarayeva onunla izah etmişdir ki, TƏBİB-in yaranması ilə əlaqədar bütün həkim məntəqələrindən möhürlər alınmışdır. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bərdə rayon Qeydiyat Şöbəsinə müraciət etsə də imtina edilmişdir. Həmin Şəhadətnamə isə ona gələcəkdə vərəsəlik və miras əmlak məsələlərini həll etmək, həmçinin şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1966-ci il tarixdə anadan olmuşdur. Bərdə rayon Zümürxan kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş №067825 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi müharibə veteranıdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Zümürxan kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Seriya AZE №16039964 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. Bərdə rayon Zümürxan kəndində qeydiyyatda olmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Çıxarıdan görünür ki, Ərizəçi ilə X5 xx.xx.2002-ci il tarixdə nikah bağlamışdırlar. İş materiallarına əlavə edilmiş Ölüm haqqında məlumat vərəqəsindən görünür ki, X3 07 noyabr 2024-cü ildə ölmüşdür. Ölümün ilkin səbəbi “Beyin insultu. Şəkərli diabet İİ tip” olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Zümürxan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 210 nömrəli arayışda qeyd olunmuşdur ki, X8 qizi xx.xx.2024-cü ildə vəfat etmişdir və Bərdə rayon Güloğlular kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş qəbir daşının əks olunduğu foto-şəkildən görünür ki, X1 ölüm tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi mərhum arvadının ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 bildirmişdir ki, Ərizəçi onun yeznəsidir. Mərhum bacısı X3 şəkər xəstəsi idi. 3 aydı rəhmətə gedib. Bərdə şəhərində qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə şəxsin ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum arvadı – X1 07 noyabr 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, X1 07 noyabr 2024-cü il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 28 iyun 1964-cü il tarixdə anadan olmuş X1 07 noyabr 2024-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-1093/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1093/2025
12.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver