Məhkəmə qərarları › İş №2(021)-1104/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1104/2024

12.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1104/2024 12.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə 12 iyun 2024cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X1 06 oktyabr 2023-cü il tarixdə vəfat edərək Bərdə rayon Zümürxan kəndində dəfn olunması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X3 12 dekabr 1993-cü il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Həyat yoldaşı Aytən Əliyeva 05 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti 112 ünvanında yerləşən beş mərtəbəli binanın sonuncu mərtəbəsində üzünü ataraq intihar etməsi nəticəsində aldığı xəsarət nəticəsində 06 oktyabr 2023-cü il tarixdə vəfat etmiş və Bərdə rayon Zümürxan kənd ərazisində yerləşən qəbirstanlığında dəfn olunmuşdur. Onlar baş qarışıqlığından mərhun həyat yoldaşına ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Hal-hazırda bir çox sənədlərin hazırlanmasında ondan həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini tələb edirlər. Lakin ölüm kağızı olmadığı üçün o sənədləri hazırlaya bilmir. O mərhum həyat yoldaşı X2 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edir, orda isə ölümdən uzun müddət keçdiyi üçün ölüm haqqında şəhadətnamə verməktən imtina etmişlər və məhkəməyə müraciət etməyini bildirmişlər.Bu faktı aşağıdakı şəxslər təsdiq edirlər: X4 və X5. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərdi ki, X3 5 il əvvəl xəstə idi. xx.xx.2023-cü il tarixdə vəfat edib. xx.xx.2023-cü il tarixdə dəfn ediblər. Dəfndə iştirak edib. Sonuncu Bərdə rayonu Zümürxan kəndində yerləşən qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərdi ki, ərizəçi İddiaçı qardaşıdır. X3 xx.xx.2023-cü il tarixdə vəfat edib. xx.xx.2023-cü il tarixdə Bərdə rayonu Zümürxan kəndində yerləşən qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1988-ci ildə Bərdə rayonu, Zümürxaç kəndində anadan olmuş, Bərdə rayonu, Zümürxan kəndində qeydiyyatdadır. AZE seriyalı 13197967 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 14 sentyabr 1963-cü ildə Bərdə rayonu, Zümürxaç kəndində anadan olmuş, Bərdə rayonu, Zümürxan kəndində qeydiyyatdadır. AZE seriyalı 15538974 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 20 dekabr 1976-cı ildə Bərdə rayonu, Zümürxaç kəndində anadan olmuş, Bərdə rayonu, Zümürxan kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 mart 2024-cü il tarixli 138 nömrəli arayışdan görünür ki, Bərdə rayon Zümürxan kəndində qeydiyyatda olan və yaşayan X3 xx.xx.2023-cü ildə vəfat edib. Həqiqətən Bərdə rayonu Zümürxan kəndində yerləşən qəbristanlığında dəfn edilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 dekabr 2023-cü il tarixli 475 nömrəli arayışdan görünür ki, X3 vəfat etmişdir. Bərdə Rayon Zümürxan kənd icra nümayəndəliyi tərəfindən 03 fevral 2011-ci il tarixli AZ-İ 648279 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X3 arasında Bərdə Rayon Zümürxan kənd icra nümayəndəliyində 03 fevral 2011-ci il tarixdə 04 nömrəli qeyd ilə nikahları bağlanmışdır. Bərdə Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin 20 oktyabr 20223-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü l tarixdə xx.xx.1993-cü il təvəllüdlü X2, Bərdə rayon Zümürxan kəndində TTTYS çağırışı olmuşdur.Kəllə beyin travmasın diaqnozu ilə xəstə Bakı şəhərinə təxliyə olunub. Daha sonra vəfat etmişdir. Maraqlı şəxs tərəfindən X6 ünvanlanan xx.xx.2024-cü il tarixli 3-16-5/8-xx-xx/2024 saylı məktubdan görünür ki, İddiaçı mərhum arvadı üçün ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından ölümün qeydiyyat şöbəsində qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. 04 noyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 947-C-23 material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. 05 fevral 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə vermək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi dəqiqləşmə verərək mərhum arvadı X1 06 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonunda ölməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X1 07 oktyabr 2023-cü il tarixdə ölməsi faktı ərizəçinin və şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X1 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə mərhum arvadına ölümü haqqında şəhadətnamənin alınması və sosial məsələlərin həlli ilə əlaqədar olaraq lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, ərizəçi İddiaçı öz tələbini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı mərhum arvadı X1 06 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar