Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1105/2024 15.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 2006-cı il tarixdə qeyrirəsmi olaraq ailə qurub evlənmişlər. Nikahlarını 02 dekabr 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikah dövründən 23 iyul 2007-ci il təvəllüdlü X8, 09 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2012-ci il təvəllüdlü X6 adlı 3 (üç) övladları anadan olmuşdur. Aralarında olan narazılığa görə ailə münasibətləri xeyli zamandırki pozulmuşdur. Belə ki, həyat yoldaşı Maraqlı şəxs onu bir həyat yoldaşı kimi saymır, tez-tez evdə əsassız sözsöhbətlər yaradır. Aralarında olan ər-arvad münasibətləri tamamilə pozulmuşdur. Cavabdehə birlikdə ailə kimi yaşamaqlarını bildirsədə heç bir nəticəsi olmamışdır. Dahada əksinə cavabdeh onunla normal yaşamaq istəmir. Bunun üçündə nikahları formal xarakter daşıyır, nikahın pozulmasında israrlıdır. Ayrılmaqlarına səbəb də cavabdehin ona heç bir maddi yardım etməməsidir. Cavabdeh nə ona, nə də ki, övladlarına ayrıldıqları gündən bu vaxta qədərdə heç bir köməklik etməmişdir. O, isə övladlarını təkbaşına saxlamaqda çətinlik çəkir, cavabdeh isə övladlarının saxlanılması üçün heç bir yardım və maddi köməklik etmir. Bunun üçündə İlkin presedur kimi Mediasiya şurasına müraciət etmiş və Mediasiya təşkilatından işlərinə baxılması üçün X2 təyin edilmişdir. İlkin mediasiya prosesində cavabdeh onunla ortaq fikrə gələrək aralarında bağlanmış 02 dekabr 2011-ci il tarixli Bərdə rayon Hacallı kənd İ.Ə.V üzrə icra nümayəndəliyinin akt qeydləri kitabında №14-li rəsmi nikahın pozulmasına, birgə nikah dövründə dünyaya gəlmiş 23 iyul 2007-ci il təvəllüdlü X8, 09 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2012-ci il təvəllüdlü X4 birinci tərəfin himayəsində saxlanılmasınına heç bir etitrazının olmadığını və birinci tərəfin təklif etdiyi hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi 150 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Bununla bağlı öz aralarnda xx.xx.2024-cü il tarixdə Mediasiya təşkilatında öz aralarında ******* sayl barışıq sazişi bağlanmışdır. Bunun üçündə barışıq sazişinin təstiq olunmasını istəyir. Maraqlı şəxs ilə mediasiya prosesində bağladıqları xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbəbdən sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs göstərdi ki, Ərizəçi ilə 2006-cı il tarixdə qeyri-rəsmi olaraq ailə qurub evlənmişlər, 02 dekabr 2011-ci il tarixdə nikah bağlamışlar. Birgə nikahdan 23 iyul 2007-ci il təvəllüdlü X8, 09 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2012-ci il təvəllüdlü X6 adlı 3(üç) övladları anadan olmuşdur. Aralarında olan narazılığa görə ailə münasibətləri xeyli zamandırki pozulmuşdur. Hazırda ayrı yaşayırlar və uşaqları Ərizəçi yanında qalır. Uşaqlarının Ərizəçi yanında saxlanılmaqla Ərizəçi ilə aralarında bağlanmış nikahın pozulmasına etirazı yoxdur. Uşaqların saxlanması üçün Ərizəçi hər ay hər uşağa görə 50 manat olmaqla cəmi 150 manat aliment ödəyə bilər. Odur ki, Ərizəçi ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizə tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş sənədlər: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə doğulmuşdur. AZE №******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1981-ci il tarixdə Bərdə rayonu, Hacallı kəndində doğulmuşdur, Bərdə rayonu, Hacallı kəndində qeydiyyatdadır və yaşayır. Bərdə rayon Hacallı kənd İnzibati Ərazi Vahidi Üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZ-İ 716560 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə Maraqlı şəxs arasında xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada isə Hacıyeva soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 14 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 791190 nömrəli arayışdan görünür ki, X8 23 iyul 2007-ci il tarixdə Bərdə rayonunda doğulmuşdur. Atası Maraqlı şəxs, anası isə Ərizəçidır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 1808 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 911369 və 911368 nömrəli arayışlardan görünür ki, 09 iyul 2012-ci il tarixdə X9 və X3 rayonunda əkiz doğulmuşlar. Atası Maraqlı şəxs, anası isə Ərizəçidır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 17 və 18 nömrə ilə qeydə alınmışlar. Mediasiya prosesinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MŞG/MT032/2024-00116 reyestr, ******* nömrəli protokoldan görünür ki, mediasiya sessiyasında iştirak edən tərəflər Maraqlı şəxs və Ərizəçidır. Mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildiyindən mediasiya prosesinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi 60 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumu (məhkəmə xərci) ödəmişdir. İş materiallarında olan Birinci tərəf Ərizəçi, İkinci tərəf Maraqlı şəxs və X2 arasında bağlanmış Mediasiya Şurasının xx.xx.2024-cü il tarixli, MŞG/MT032/2024-00116 reyestr, ******* nömrəli Barışıq Sazişindən görünür ki, birinci tərəf bildirdi ki, ikinci tərəf ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları xx.xx.2011-ci il tarixdə Bərdə rayon Hacallı kənd İnzibati Ərazi Vahidi Üzrə İcra Nümayəndəliyi tərəfindən 14 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından 23 iyul 2007-ci il təvəllüdlü X8, 09 iyul 2012-ci il təvəllüdlü əkiz X9 və X6 adlı övladları anadan olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Hal-hazırda birinci tərəf ikinci tərəfdən ayrılmış və azyaşlı övladları ilə birlikdə ayrı yaşayırlar. Birinci tərəf Mediasiyaya müraciət edərək ikinci tərəf ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasını, birgə nikahlarından olan 23 iyul 2007-ci il təvəllüdlü X8, 09 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2012-ci il təvəllüdlü X4 onun himayəsində saxlanılması və birgə nikahlarından doğulmuş 3 (üç) övladlarının 23 iyul 2007-ci il təvəllüdlü X8, 09 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 50 manat olmaqla ümumilikdə 150 manat aliment verilməsi tələbi ilə təklif vermişdir. İkinci tərəf mediasiya prosesinə dəvət olunmuş və birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığını bildirmişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirdi ki, Birinci tərəf ilə aralarında xx.xx.2011-ci il tarixdə Bərdə rayon Hacallı kənd İnzibati Ərazi Vahidi Üzrə İcra Nümayəndəliyi tərəfindən 14 nömrə ilə qeydə alınmış rəsmi nikahın pozulmasına tam razıdır, birgə nikahlarından olan 23 iyul 2007-ci il təvəllüdlü X8, 09 iyul 2012-ci il təvəllüdlü X9 və X4 birinci tərəfin himayəsində saxlanılmasına, uşaqların saxlanması üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 150 manat aliment ödəməsinə heç bir etirazı olmadığını bildirdi. Tərəflərə barışıq sazişinin şərtləri izah olundu. Tərəflər xx.xx.2011-ci il tarixdə Bərdə rayon Hacallı kənd İnzibati Ərazi Vahidi Üzrə İcra Nümayəndəliyi tərəfindən 14 nömrə ilə qeyd edilmiş rəsmi nikahlarının pozulmasına tam razı olduqlarını bildirərək qarşılıqlı razılığa gəldilər. Tərəflərin birgə nikahlarından doğulmuş 23 iyul 2007-ci il təvəllüdlü X8, 09 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2012-ci il təvəllüdlü X6 adlı övladlarının birinci tərəfin himayəsində saxlanılmasına ikinci tərəf tam razı olduğunu bildirərək qarşılıqlı razılığa gəldilər. İkinci tərəf birgə nikahlarından doğulmuş 23 iyul 2007-ci il təvəllüdlü X8, 09 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2012-ci il təvəllüdlü X4 birinci tərəfin himayəsində saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 150 manat aliment məbləğini ödəyəcəyi bildirmiş və tərəflər qarşılıqlı razılığa gəlmişdirlər. Tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra Konvensiya) 7 saylı Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən, nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəlləsinin 19.2-ci maddəsinə əsasən, ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM) 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair”Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. AM-in 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Elşolts Almaniyaya qarşı» işi üzrə Avropa Məhkəməsinin qərarına əsasən Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valildeynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2011-ci il tarixdə Bərdə rayon Hacallı kənd İnzibati Ərazi Vahidi Üzrə İcra Nümayəndəliyi tərəfindən 14 nömrə ilə qeydə alınmış rəsmi nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş 23 iyul 2007-ci il təvəllüdlü X8, 09 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2012-ci il təvəllüdlü X6 adlı övladları Ərizəçi himayəsində və yanında saxlanılmalı, Maraqlı şəxs 23 iyul 2007-ci il təvəllüdlü X8, 09 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi xeyrinə verilməli, qətnamə alimentə dair hissədə dərhal icra edilməli, alimentin tutulma müddəti məhkəməyə müraciət edildiyi gündən xx.xx.2024-cü il tarixdən etibarən hesablanmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, ərizəçi tərəfindən 60 manat mediasiya xərci və 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 60 manat mediasiya xərci və 100 manat dövlət rüsumu maraqlı şəxsdən tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs və Ərizəçi arasında Bərdə rayon Hacallı kənd İnzibati Ərazi Vahidi Üzrə İcra Nümayəndəliyi tərəfindən xx.xx.2011-ci il tarixdə 14 nömrə ilə qeydə alınmış rəsmi nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş 23 iyul 2007-ci il təvəllüdlü X8, 09 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2012-ci il təvəllüdlü X6 adlı övladları ərizəçi (anası) Ərizəçi himayəsində və yanında saxlanılsın. Maraqlı şəxs 23 iyul 2007-ci il təvəllüdlü X8, 09 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi xeyrinə verilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Alimentin tutulma müddəti ərizə ilə məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixdən etibarən hesablansın. Ərizəçi tərəfindən ödənilmiş 60 manat mediasiya xərci və 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-1105/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1105/2024
15.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver