Məhkəmə qərarları › İş №2(021)-1106/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1106/2025

30.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1106/2025 30.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədovfa Aypara Adil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı X3 xx.xx.1980-ci il tarixdə Bərdə rayonu Alaçadırlı kəndində yerləşən qəbirstanlıqda dəfn olunması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəsinə dəqiqləşmə verərək X2 01 fevral 1980-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə tərəfindən onunla əsaslandırılmışdır ki, X8 ilə birgə nikahda olan zaman xx.xx.1979-cu il təvəllüdlü X4 adlı bir övladları anadan olmuşdur. X1 xx.xx.1980-ci il tarixdə 3 aylıq olan zaman vəfat etmiş və Bərdə şəhər Alaçadırlı kəndində yerləşən qəbirtanlıqda dəfn olunmuşdur. Onlar baş qarışıqlığından mərhumə qızına ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Hazırda bir çox sənədlərin hazırlanmasında onlardan məhrumə qızlarının ölüm haqqında şəhadətnaməsini tələb edirlər. Lakin ölüm haqqında şəhadətnamə olmadığı üçün isə sənədləşdirmə aparmaqda çətinliklər yaradır. O mərhumə qızı Sevinc Cümşüdovaya ölüm haqqında şəhadətnamə alması üçün qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verərək bildirdi ki, ərizəçinin həm qohumu, həm qonşusudur. Yoldaşı xalası gəlinidir. Ərizəçinin qızı xəstə idi. X4 xx.xx.1980-ci il tarixdə Bərdə rayonu Alaçadırlı kəndində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X10 izahat verərək bildirdi ki, ərizəçi onun xalası oğludur. Onun övladı anadan olduğu andan xəstə olmuşdur. X4 xx.xx.1980-ci il tarixdə vəfat edib Bərdə rayonu Alaçadırlı kəndində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X11 eyni məzmunlu izahat verdi. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli Maraqlı şəxs Bərdə rayon Bağçılıq qəsəbəsində yaşayan Ərizəçi ünvanlanmış məktubundan görünür ki, mərhum vətəndaş (X1nın) ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizələrinin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. 01 nömrəli arayışdan görünür ki, Bərdə şəhəri H.Əliyev küçəsi ev 2-də yaşayan Ərizəçi Adişirin oğlunun qız övladı mərhumə X4 vəfat etmişdir və Bərdə rayonu Alaçadırlı kənd qəbirstanlığında dəfn edilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki, Ərizəçi iddia ərizəsinin verilməsi üçün 100 AZN məbləğində dövlət rüsumu ödəmişdir. AZ-İİ 460512 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X4 xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. Atası Ərizəçi, anası X6r. AZ-İ 470439 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə sosial məsələlərin həlli ilə əlaqədar olaraq lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi:

1. Ərizə təmin edilsin.

2. X2 xx.xx.1980-ci ildə il tarixdə ölməsi faktı müəyyən edilsin.

3. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin.

4. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar