Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1107/2025 29.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, İddiaçı cavabeh Cavabdeh qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın bölünməsi və ondan payın ayrılması” tələbinə dair mülki işə 29 oktyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə ərizə verərək paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 26 saylı və ünvan 2 mənzillərdə qanunda nəzərdə tutulmuş qaydada ardıcıllığı gözləməklə (yəni əvvəlki üsul mümkün olmadığı halda növbəti üsula keçməklə) aşağıdakı mümkün üsullardan biri vasitəsilə İddiaçı payının ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək cavabdehə qarşı qaldırdığı əmlak tələbi ilə bağlı verdiyi iddia ərizəsini könüllü geri götürməyi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona görə də iddia Azərbaycan Respublikası MPM-nin 259.0-11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra cavabdeh ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabeh Cavabdeh qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın bölünməsi və ondan payın ayrılması” tələbi barədə vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-1107/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1107/2025
29.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver