Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1127/2025 27.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə baxış iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməklə Maraqlı şəxs ilə aralarında olan Bərdə rayon Kətəlparaq kənd İƏD-i üzrə nümayəndəliyində 25 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan xx.xx.2009-cu ildə anadan olmuş X11, xx.xx.2010-cu ildə anadan olmuş X5 və xx.xx.2016-cı ildə anadan olmuş X6 onun himayəsində saxlanılması, xx.xx.2009-cu ildə anadan olmuş X11, xx.xx.2010-cu ildə anadan olmuş X5 və xx.xx.2016-cı ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 240 manat alimentin Maraqlı şəxs tutularaq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə ailə həyatı qurmuş, nikahlarını 11 avqust 2011-ci ildə rəsmiləşdirmişlər, birgəyaşayış dövründə xx.xx.2009-cu il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X8 anadan olmuşdur. Aralarında olan narazılığa görə ailə münasibətləri xeyli vaxtdır ki, pozulmuşdur. Belə ki, həyat yoldaşı Maraqlı şəxs onu bir həyat yoldaşı kimi saymamış, əsassız sözsöhbətlər salmış, yaşayışlarını mümkünsüz etmişdir. Ailə münasibətləri tamamilə pozulmuşdur. Ailəsinin bərpasına çalışsa da heç bir nəticəsi olmamışdır. Onların nikahı formal xarakter daşıyır. Belə ki, xeyli vaxtdır ayrı yaşayırlar. Bunun üçün də o, ilkin prosedur kimi Mediasiya təşkilatına müraciət etmişlər və orada aralarında olan nikahın pozulması, birgə nikahdan olan uşaqların onun himayəsində qalması, hər ay hər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 80 manat olmaqla, cəmi 240 manat alimentin onun xeyrinə tutulması ilə bağlı razılığa gəlmişlər. Bunun üçün də barışıq sazişinin təstiq olunmasını istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə Ərizəçi və Maraqlı şəxs məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Ərizəçi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb, tədqiq edərək yoxlayıb və ərizə tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İşdə olan ödəniş qəbzlərindən görünür ki, Ərizəçi 60 manat mediasiya xərci və 40 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu, Kətəlparaq kəndində yaşayır. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1983-cü il təvəllüddür. İş materiallarında olan Bərdə RİHB-nın Kətəlparaq kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 814 saylı arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu, Kətəlparaq kəndində yaşayır. İş materiallarında olan AZ-İ 670261 saylı 11 avqust 2011-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X3 arasında 11 avqust 2011-ci ildə 25 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Səfərov, arvada Səfərova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli doğum qeydi haqqında arayışdan və AZE seriyalı 12119747 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.2009-cu ildə Bərdə rayonunda anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 66 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan AA seriyalı ******* saylı və AA seriyalı ******* saylı şəxsiyyət vəsiqələrinin surətindən və AZ-İİİ 754086 saylı və AZ-İİ 714775 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X8 xx.xx.2016-cı ildə, X5 isə xx.xx.2010-cu ildə doğulmuşdur. Ataları Maraqlı şəxs, anaları Ərizəçidır. İş materiallarında olan Birinci tərəf Ərizəçi, İkinci tərəf Maraqlı şəxs və mediator X4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/MT039-2024-01413 nömrəli Barışıq Sazişindən görünür ki: 2.1. Ərizəçi və Maraqlı şəxs aralarında xx.xx.2011-ci il tarixdə Bərdə rayon Kətəlparaq kənd İƏD-i üzrə nümayəndəliyində 25 nömrəli akt qeydi ilə bağlanmış rəsmi nikahın pozulmasına razılaşır və öz öhdələrinə götürürlər. 2.2. Ərizəçi və Maraqlı şəxs birgə nikahlarından anadan olmuş xx.xx.2009-cu ildə anadan olmuş X11, xx.xx.2010-cu ildə anadan olmuş X5 və xx.xx.2016-cı ildə anadan olmuş X6 anası Ərizəçi himayəsində və yanında saxlanılmalarına tam razılaşaraq öhdələrinə götürürlər. 2.3. Tərəflər birgə nikahlarından anadan olmuş xx.xx.2009-cu ildə anadan olmuş X11, xx.xx.2010-cu ildə anadan olmuş X5 və xx.xx.2016-cı ildə anadan olmuş X1 görə İkinci tərəfdən hər ayın 1-10 arası hər uşaq üçün 80 manat olmaqla ümumilikdə, cəmi 240 manat sabit pul məbləğində aliment məbləğinin Birinci tərəfin xeyrinə ödənilməsinə tam razılaşaraq öz öhdələrinə götürürlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM) 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməklə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə xüsusi icraat qaydasında baxılan ərizələr üzrə 100 manat dövlət rüsumu ödənilməli olduğundan, hazırki işdə dövlət rüsumu 40 manat ödənildiyindən, 60 manat ödənilmədiyindən və ərizə təmin edildiyindən, habelə dövlət rüsumunun ödənilmiş 40 manatlıq hissəsi və 60 manat mediasiya xərci maraqlı şəxsdən tələb edilmədiyindən ərizəçinin özünə aid edilməli, iş üzrə ödənilməli olan 60 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmaqla Bərdə rayon Kətəlparaq kənd İƏD-i üzrə nümayəndəliyi tərəfindən xx.xx.2011-ci il tarixdə 25 nömrə ilə qeydə alınmış rəsmi nikah pozulsun. Tərəflərin birgə nikahından xx.xx.2009-cu ildə anadan olmuş X11, xx.xx.2010-cu ildə anadan olmuş X5 və xx.xx.2016-cı ildə anadan olmuş X8 ərizəçi (anaları) Ərizəçi himayəsində (yanında) saxlanılsın. Maraqlı şəxs xx.xx.2009-cu il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2016cı il təvəllüdlü olmuş X8 adlı övladların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Alimentin tutulmasına ərizə ilə məhkəməyə müraciət edildiyi xx.xx.2025-ci il tarixdən etibarən hesablanmağa başlansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Ödənilmiş 40 manat dövlət rüsumu və 60 manat mediasiya xərci ərizəçiyə aid edilsin. Ödənilməli olan 60 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-1127/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1127/2025
27.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver