Məhkəmə qərarları › İş №2(021)-1128/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1128/2022

04.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1128/2022 04.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum atası XX.XX.1933-cü ildə Azərbaycan Respublikası Kəlbəcər rayonu, Lev kəndində doğulmuş olan X3 20 iyul 2009-cu il tarixdə Bərdə rayonu, Cəyirli kəndi ərazisində vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsinə və onun adına ölüm haqqında şəhadətnamənin verilmməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X6 1993-cü ildə Kəlbəcər rayonu, Lev kəndində anadan olmuşdur, Kəlbəcərin işğalındsan sonra isə onlar Bərdədə, Cəyirli kəndində məskulaşmışlar. X1 20 iyul 2009-cu ildə Bərdə rayonu, Cəyirli kəndində vəfat etmiş və Bərdə rayonu, Qaradəmirçi kəndində dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamə verilməsi üçün Bərdə rayonu, Qeydiyyat Şöbəsinə müraciət etmiş, ölümə dair tibbi sənəd olmadığından şəhadətnamə verilməmişdir. Ölüm faktının müəyyən edilməsi ona vərəsəliklə bağlı zəruri tələbdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə izahatında ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində X5 izahatında göstərdi ki, Ərizəçi bacısıdır, ataları X6 20 iiyul 2009-cu ildə Bərdə rayonu, Cəyirli kəndində vəfat etmişdir, Bərdə rayonu, Qaradəmirçi kəndində dəfn edilmişdir, lakin ölüm haqqında şəhadətnamə almayıblar. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, ataları X6 20 iiyul 2009-cu ildə Bərdə rayonu, Cəyirli kəndində vəfat etmişdir. Bərdə rayonu, Qaradəmirçi kəndində dəfn edilmişdir. Lakin ölüm haqqında şəhadətnamə almayıblar. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ******** nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1976-cı ildə Kəlbəcər rayonu, Lev kəndində doğulmuşdur, Kəlbəcər rayonu, Qalaboyun kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 15086984 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 25 iyul 1964-cü ildə Kəlbəcər rayonu, Təkəqaya kəndində doğulmuşdur, Kəlbəcər rayonu, Lev kəndidndə qeydiyyatdadır. İş materiallarında olan AA1890779 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 01 aprel 1970-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Nümayəndə xx xxxxxxxx 1976-cı ildə Bərdə rayonu, Yeni Əyricə kəndində doğulmuşdur, Bərdə şəhəri, Q.B.Zakir küçəsi ev 6-da qeydiyyatdadır. İş materiallarında olan hərbi biletin surətindən müəyyən olunur ki, X6 19333-cü ildə Kəlbəcər rayonunda doğulmuşdur. İş materiallarında olan XX-JQ 300380 doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1976-cı ildə doğulmuşdur, atası X8, anası X2r. İş materiallarında olan Bərdə Rayon Qqaradəmirçi kənd inzibagti ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1343 nömrəli, 24 dekabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, mərhum X8 20 iyul 2009-cu ildə Qaradəmirçi kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Bərdə rayon, Güloğlular kənd İnzibti Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş 2025 saylı, 21 dekabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Kəlbəcər rayonundan köçkün, Bərdə rayonu, Cəyirli kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Bərdə rayonu Bölməsinin 3276 nömrəli, 21 dekabr 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi Kəlbəcər rayonundan köçkün, Bərdə rayonu, Cəyirli kəndində müvəqqəti məskunlaşıb. İş materiallrında olan qəbrin fotoşəkillərindən müəyyən olunur ki, X8 1933-cü ildə doğulmuş, 20 iyul 2009-cu ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 yanvar 2021-ci il tarixli 797-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, ona ölüm faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X3 20 iyul 2009-cu ildə ölməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. XX.XX.1933-cü ildə Azərbaycan Respublikası Kəlbəcər rayonu, Levv kəndində doğulmuş X3 20 iyul 2009-cu ildə Bərdə rayonu, Cəyirli kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar