Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1138/2024 11.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qаrşı “Əmlak” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə mürаciət edərək Cavabdeh ərizənin təsviri hissəsində sadalanan ata evindən apardığı cehiz əşyalarının və nikah dövründə hədiyyə olunmuş 3940 manat qızıl-zinət əşyaları, cehiz əşyaları-5364 manat dəyərindəki əşyaların qaytarılması və Bərdə rayon Tumaslı kəndində yerləşən gəlin köçdüyü evə yaşamaq hüququnun ona və övladlarına verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixdə o İddiaçı,Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, cavabdehin yaşadığı evə gəlin köçmüşdür. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 adlı övladları anadan olmuşdur. Son bir neçə ay ərzində cavabdehin təkidi ilə ailələri dağılmış və o heç bir əsas olmadan evdən qovulmuş, cavabdeh onun əmlakını özünə vermək fikrində deyildir. Həyat yoldaşı alkoqol aludəçisidir. Bütün günü spirtli içki qəbul edir. Bütün əsəbləri pozulmuşdur. Evdən çıxarkən bütün əmlakı gəlin köçdüyü evdə qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək yalnız qızıl-zinət əşyalarının qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh məhkəmə iclasında heç bir üzrlü səbəb olmadan iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci ildə Laçın rayonu, Şamkənd kəndində anadan olmuşdur, Laçın rayonu, Minkənd kəndində qeydiyyatdadır. AA seriyalı 276255 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 792 nömrəli arayışdan görünür ki, İddiaçı hal-hazırda Bərdə rayonunun Tumaslı kəndində yaşayır. xx.xx.2023-cü il tarixli,MŞQ/MT007/2023-03740 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. "xxxx" MMC-nin qeyd edilən qızıl-zinət əşyalarının qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, Boyunbağı 583 əyar-1 ədəd çəkisi 12 qram 960 manat; Sırga dəsti 583 əyar-1 ədəd çəkisi 4 qram 320 manat; Sırga 583 əyar-1 ədəd çəkisi 2 qram 180 manat; Nişan üzyü 583 əyar-1 ədəd çəkisi 3.5 qram 700 manat; Üzük 583 əyar-1 ədəd çəkisi 2,5 qram 200 manat; Üzük 583 əyar-1 ədəd çəkisi 2 qram 160 manat; Üzük 583 əyar-1 ədəd çəkisi 2,2 qram 176 manat; Boyunbağ 583 əyar-1 ədəd çəkisi 7 qram 560 manat; Sırğa dəsti 583 əyar-1 ədəd çəkisi 3 qram 240 manat; Üzük 583 əyar-1 ədəd çəkisi 3 qram 240 manat; Üzük 583 əyar-1 ədəd çəkisi 2,3 qram 184 manat; Cehiz əşyaları Mebel dəsti 1 dəst 1000 manat Divan-kreslo dəsti 1 dəst 500 manat Qabaq stoıu-1 ədəd, stulu 6 ədəd 300 manat Tozsoran-1 ədəd 70 manat Qoşa krovat-1 ədəd 200 manat Tək krovat-1 ədəd 100 manat Sandıq- 1 ədəd 50 manat Soyuducu-1 ədəd 700 manat Paltaryuyan-1 ədəd 200 manat Stolüstü qaz -1 ədəd 50 manat Karniz pərdə-4 ədəd 240 manat Qoşa döşək-1 ədəd 50 manat Qoşa yorğan- 1 ədəd 50 manat Tək döşək-6 ədəd 180 manat Tək yorğan-6 ədəd 120 manat Ocaq qırağı döşək-4 ədəd 80 manat Balaca döşək-6 ədəd 42 manat Mütəkkə-1 ədəd 8 manat Pakrıval-1 ədəd 25 manat Yastıq-8 ədəd 120 manat Xalça-2 ədəd 240 manat Qalın adyal-3 ədəd 90 manat Ət çəkən-1 ədəd 50 manat Sok çəkən-1 ədəd 60 manat Servis-2 dəst 100 manat Kofeyni servis-1 dəst 50 manat Bakal dəsti-5 dəst 25 manat Xrustal dəst-1 dəst 30 manat Bogema dəsti-1 dəst 40 manat Vaz-2 ədəd 30 manat Boşqab dəsti 3 dəst 45 manat Stəkan dəsti 2dəst 10 manat Nəlbəki dəsti 2 dəsti 10 manat Tuc qazan-7 ədəd 84 manat Yemək qazanı-4 ədəd 60 manat Tuc vedrə 1 ədəd 25 manat Mikser 1 ədəd 30 manat Mətbəx üçün termustat 1 ədəd 300 manat Cehiz əşyaların cəmi dəyəri 5364 manat Ümumi qızıl-zinət və cehiz əşyalarının cəmi dəyəri 9304 manat təşkil edir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi mediasiya prosesində 50 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. İddiaçının cavabdehlə ailə münasibətlərinin qeyri-formal xarakter daşıması, evdən qovularkən sözügedən əşyaları götürmək imkanına malik olmaması həmin əşyaların həqiqətən cavabdehdə saxlanılmasını müəyyən etmək üçün əsas hesab olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiası təmin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
1. Ərizə təmin edilsin.
2. Cavabdeh boyunbağı 583 əyar-1 ədəd çəkisi 12 qram 960 manat; sırga dəsti 583 əyar-1 ədəd çəkisi 4 qram 320 manat; nişan üzyü 583 əyar-1 ədəd çəkisi 3.5 qram 700 manat; üzük 583 əyar-1 ədəd çəkisi 2,5 qram 200 manat; üzük 583 əyar-1 ədəd çəkisi 2 qram 160 manat; üzük 583 əyar-1 ədəd çəkisi 2,2 qram 176 manat; boyunbağı 583 əyar-1 ədəd çəkisi 7 qram 560 manat; sırğa dəsti 583 əyar-1 ədəd çəkisi 3 qram 240 manat; üzük 583 əyar-1 ədəd çəkisi 3 qram 240 manat; üzük- 1 ədəd, 583 əyar, 2,5 qram 200 manat; üzük 583 əyar-1 ədəd çəkisi 2,3 qram 184 manat; ümumi qızıl-zinət əşyalarının cəmi dəyəri-3940 (üç min doqquz yüz qırx) manat natura şəklində, naturada verilməsi mümkün olmadığı təqdirdə qətnamə icra olunan vaxt həmin əmlakların dəyəri alınaraq İddiaçı verilsin.
3. İş üzrə ödənilməmiş 50 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin.
4. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər.
5. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim:Ziya Abdullayev