Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1148/2023 18.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum X5 *3 oktyabr *996-cı ildə ölməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, vəfat etmiş X*0 onun qızıdr. X*0 *2 yanvar *996cı ildə andan olmuş, *3 oktyabr *996-cı ildə vəfat etmişdir. X2 rayonu, Dəymədağıldı kənd qəbirstanlığında dəfn edilmişdir. X* ölümünü qeydiyyata aldırmamışdırlar. Sosial məsələlərin həlli ilə bağlı X5 ölümü haqqında şəhadətnamə tələb olunur. X5 ölməsi faktının müəyyən olunmasını başqa qaydada həll edə bilmir. X9 ölümü haqqında şəhadətnamə alması ilə əlaqədar Asan Xidmət Mərkəzinə ərizə müraciət etmişdir, lakin vətəndaşın ölmüş elan edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməkləri məsləhət görülmüşdür. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X*2 ərizəni müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Qonşusunun övladı vəfat edib, lakin ölümü qeyd edilməyib. Onun dəfn və yas mərasimində o, da iştirak etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Ramil Vəzir oğlu izahatında göstərmişdir ki, ərizəçinin qonşusudur. Ərizəçinin qızı uzun illər bundan əvvəl vəfat edib. Lakin başları qarışıq olduğundan, başa düşmədiklərindən ölüm haqqında şəhadətnamə alınmayıb. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxxx *974-cü ildə Bərdə rayonunda doğulmuşdur, Bakı şəhəri, Ramana qəsəbəsi, *4-cü mədən ev 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ramil Vəzir oğlu 26 noyabr *977-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Dəymədağıldı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE *52**875 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 0* fevral *977-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Dəymədağıldı kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayonu Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2*59 nömrəli, 27 dekabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Dəymədağıldı kəndində qeydiyyatdadır. İş materiallarında olan 27 dekabr 2022-ci il tarixli, 492770 nömrəli arayışdan müəyyən olunur ki, X*0 *2 yanvar *996-cı ildə doğulmuşdur, atası Ərizəçi, anası X4r. İş materiallarında olan Bərdə rayonu Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2*58 nömrəli 27 dekabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Dəymədağıldı kənd sakini *2 yanvar *996-cı il təvəllüdlü mərhum X*0 *3 oktyabr *996-cı ildə vəfat edib, Dəymədağıldı kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, 759-05/*5 nömrəli məktubdan müəyyən olunur ki, X** ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X5 *3 oktyabr *996-cı ildə ölməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ölüm faktının müəyyən olunması ərizəçinin lazımi sənədləri başqa qaydada ala bilməməsi üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. *2 yanvar *996-cı ildə doğulmuş X5 *3 oktyabr *996-cı ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1148/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1148/2023
18.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver