Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1153/2025 31.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qаrşı “Barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçinin tələbi: Ərizəçi ərizə ilə məhkəməyə mürаciət edərək aralarında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə Maraqlı şəxs ilə qeyrirəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Qeyri-rəsmi nikahlarından 3 mart 2020-ci il təvəllüdlü X6 və 21 yanvar 2022-ci il təvəllüdlü X7 adlı övladları olmuşdur. xx.xx.2024-cü il tarixdə aliment tələbinə dair mübahisənin həll edilməsi üçün mediasiya şurasına müraciət etmişdir. Mediasiya prosesində, qeyri-rəsmi nikahlarından olan 3 mart 2020-ci il təvəllüdlü X6 və 21 yanvar 2022-ci il təvəllüdlü X7 adlı azyaşlı övladlarının saxlanılması üçün hər ay bir uşağa 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment tələbinə dair Maraqlı şəxs ilə qarşılıqlı razılığa gəliblər. Bu səbəbdən Barışıq sazişini imzalayıblar. Maraqlı şəxs ilə mediasiya prosesində bağladıqları xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbəbdən sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin izahatı: Məhkəmə iclasında ərizəçi izahatında barışıq sazişinin bütün tələblərinin icra olunduğunu, maraqlı şəxslə aralarında sazişin icrası ilə bağlı heç bir anlaşılmazlığın olmadığını, barışıq sazişində qeyd edilmiş maraqlı şəxsin öhdəliklərinin onun tərəfindən icra edildiyini, birgə nikahlarından olan uşaqlarının qarşılıqlı razılaşmalarına əsasən onun himayəsində qaldığını, alimentin vaxtlı-vaxtında ödənildiyini, sadəcə barışıq sazişinin təsdiq edilməsi barədə ərizə vermək qərarına gəldiyini bildirərək, sazişin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsin izahatı: Məhkəmə iclasında maraqlı şəxs izahatında ərizəçi onun dayısı qızıdır, barışıq sazişi ilə öhdəliklər götürmüşdür, həmin öhdəlikləri icra edir, ərizəçi ilə aralarında bağlanmış barışıq sazişinin icrasına heç bir maneçilik törətmir, aliment ödəməkdən imtina etmir, məhkəmə tərəfindən barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. İcraat materiallarına istinad: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1990-cı ildə Bərdə rayonu Hacallı kəndində doğulmuşdur, Bərdə şəhəri B.Tərəvəzçilik qəsəbəsində yaşayır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Ərizəçi xx.xx.2003-cü ildə Bərdə rayonunda doğulmuşdur. Bərdə Regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İV 548012 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2020-ci ildə doğulmuşdur atası Maraqlı şəxs, anası Ərizəçidır. Bərdə Regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İV 706025 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2020-ci ildə doğulmuşdur atası Maraqlı şəxs, anası Ərizəçidır. Bərdə Regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli AZ-İ 409284 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs 3 mart 2020-ci ildə Ərizəçi doğulmuş X2 atası hesab edilmişdir. Bərdə Regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 fevral 2022-ci il tarixli AZ-İ 432914 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs 21 yanvar 2022-ci ildə Ərizəçi doğulmuş X3 atası hesab edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu, Hacallı kəndində qeydiyyatdadır. X1 iştirakı ilə tərtib edilən 6 dekabr 2024-cü il tarixli MŞA/MT044-2024-00016 saylı Barışıq Sazişinin: 1.Birinci tərəf bildirdi ki, ikinci tərəf Hə qeyri rəsıni nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin qeyri rəsmi nikahlarından 3 mart 2020-ci il təvəllüdlü X6 və 21 yanvar 2022-ci il təvəllüdlü X7 adlı övladları olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamışlar. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Birinci tərəf Mediasiyaya müraciət edərək İkinci tərəf ilə uşaqların himayədə salxamlması və aliment tələbi ilə təklif vermişdir. 2.İkinci tərəf Mediasiya prosesində könüllü iştirak edərək, birinci tərəfin verdiyi təkliflə tanış olaraq qismən razılaşdığım bildirdi. Aparılmış söhbət zamanı ikinci tərəf bildirdi ki, qeyri rəsmi nikahlarından olan, 3 mart 2020-ci il təvəllüdlü X6 və 21 yanvar 2022-ci il təvəllüdlü X7 adlı övladlarının birinci tərəfin himayəsində saxlatlmasma heç bir etirazı olmadığını, azyaşlı övladlarının saxlanılması üçün həray bir uşağa 120 manat olmaqla cəmi 240 manat məbləğində aliment! birinci tərəfin xeyrim ödəməyə gücünün çatacağım bildirdi. 3.X4 şərtləri izah olundu və aşağıdakı şərtlərlə barışıq sazişim razılaşdılar. İkinci tərəf qeyri rəsmi nikahlarından olan, 3 mart 2020-ci il təvəllüdlü X6 və 21 yanvar 2022-ci il təvəllüdlü X7 adlı övladlarının birinci tərəfin himayəsində saxlaılmasma tam razı olduğunu bildirdi və birinci tərəflə qarşılıqlı razılığa gəldilər. İkinci tərəf qeyri rəsmi nikahlarından olan, 3 mart 2020-ci il təvəllüdlü X8 və 21 yanvar 2022-ci il təvəllüdlü X7 adlı azyaşl övladlarının saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başalayaraq hər ay hər uşağa 120 manat olmaqla cəmi 240 (iki yüz qırx) manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyi öz öhdəsinə götürdü və birinci tərəflə qarşılıqlı razılığa gəldilər. Barışıq sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. İstinad edilən hüquq: Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа Аzərbаycаn Respublikаsının MPM və ya MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə görə, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə ərizəçinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ailə mübahisəsi ilə bağlı Ağdam 2 saylı Mediasiya təşkilatına müraciət etmiş və X1 iştirakı ilə 6 dekabr 2024-cü il tarixdə tərtib edilən Barışıq Sazişinə əsasən tərəflər arasında barışıq sazişi imzalanmışdır. Ərizəçi ərizəsində maraqlı şəxsin barışıq sazişinin icrasından boyun qaçırdığını bildirsə də bu barədə ərizəsinə mötəbər sübut əlavə etməmiş, məhkəmə iclasında isə maraqlı şəxs tərəfindən barışıq sazişinin icra olunduğunu, maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtləri icra edilsə də, sazişi məhkəmə qaydasında təsdiqləmək qərarına gəldiyini, buna görə məhkəməyə ərizə ilə müraciət etdiyini, Maraqlı şəxs isə məhkəmə iclasında barışıq sazişinin təsdiq edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərinin maraqlı şəxs tərəfindən pozulması barədə ərizəçi məhkəməyə sübut təqdim etmədiyindən və tərəflər hər ikisi barışıq sazişinin şərtlərinin icra olunduğunu ifadələri ilə təsdiq etdiyindən Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 6 dekabr 2024-cü il tarixli MŞA/MT044-2024-00016 reyestr nömrəli barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ : Ərizəçi Maraqlı şəxs qаrşı “Barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında verilmiş ərizəsi təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 6 dekabr 2024-cü il tarixli MŞA/MT044-2024-00016 reyestr nömrəli barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-1153/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1153/2025
31.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver