Məhkəmə qərarları › İş №2(021)-1154/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1154/2025

30.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1154/2025 30.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədovfa Aypara Adil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X5 xx.xx.1973-cü il tarixdə Bərdə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş anası X7 miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün Bərdə regional Asan Xidmət Mərkəzində notariat ofisinə müraciət etmişdir. Notarius miras qoyanın birinci növbədə vərəsələrin müəyyən edərkən anasının birinci növbədə vərəsəsi olan o, bacıları ( Hacıyeva) X13, X14 və X6 adları Ədliyyə Nazirliyinin elektron bazasında çıxmışdır. X1 xx.xx.1972-ci ildə dünyaya gəlmişdir. 1973-cü ilin qış ayında da, vəfat etmişdir. Bugünədək elə düşünmüşdür ki, bacısı ölümü dövlət tərəfindən qeydə alınmışdır. Çünki, bir dəfə də, olsun onun adına hər hansı sənəd tərtib edilməmiş və ya hər hansı sənəd daxil olmamışdır. Hazırda bacısı X5 vəfat etməsi faktının müəyyən edilməsi zəruridir. Zərurət isə, ondan ibarətdir ki, notarius şəxsin ölməsini təsdiq edən rəsmi sənəd tələb edir. Bacısının ölüm faktını təsdiq edən sənədi alması üçün qeydiyyat şöbəsinə müraciət etmişdir, orada ona məktubla rəsmi qaydada cavab verilərək, məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və məhkəmə iclasında dəqiqləşdirmə ərizə verərək, bildirdi ki, X16 xx.xx.1972-ci il tarixdə vəfat etmişdir. Məhkəmədən ərizədən təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 izahat verərək bildirdi ki, ərizəçinin əmisi arvadıdır. Şəfaqət Hacıyeva dünyaya gəldikdən 3 aydan sonra xəstələnərək rəhmətə getmişdir. İmamzadə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəfaqət Hacıyeva onun bacısı uşağıdır, dünyaya gəldikdən 3 ay sonra vəfat etmişdir. Məhkəmə iclasında şahid X26 şahid Dilqəm Kərimovun izahatına uyğun eyni məzmunlu izahat verdi. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli Maraqlı şəxs tərəfindən X8 ünvanlanmış məktubdan görünür ki, mərhum vətəndaşın (bacısı) ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alınaraq Qeydiyyat şöbəsində ərizələrinin təmin edilməsinin mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. AZ-İİ 454042 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. AZ №1123936 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Bəhrəm oğlu xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. X11, anası X17r. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX Bərdə Ərazi İdarəsinin 13578 nömrəli texniki pasportudan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hüquqi subyekti X17r. 0003217 nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın X20 görünür ki, X18 Bərdə şəhəri R.Axundov küçəsində istifadədə olan 0.0113 ha torpaq sahəsində yerləşən 29 nömrəli,1 mərtəbəli binanın 1-ci girişində,1-ci mərtəbəsində yerləşən 56.3 kv.m ümumi, 31.9 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə X18 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin ******* nömrəli çıxarışından görünür ki, X12 xüsusi mülkiyyətində ünvan 3 ünvanında fərdi yaşayış evi 0.0308 ha torpaq sahəsi ilə **********87-10301 nömrəli reyestr nömrəsi ilə 2 mərtəbəli,161.7 kv.m ümumi sahəsi, 69.8 kv.m yaşayış sahəsi, 91.9 kv.m yardımçı sahəsi 4 yaşayış otaqlarının sayı ilə qeydiyyata alınaraq, hüquqi sahibləri olan X12, Ərizəçi, X2, X9 və X10 umumi birgə mülkiyyətindədir. İ-UE 488870 nömrəlii nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X30 ilə X27 arasında xx.xx.1966-cı il tarixdə Bərdə rayon ZAQS bürosuda rəsmi nikah akt qeydi bağlanmışdır. AZ-1851357 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. X4r. X3r. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ Bərdə rayon Mərkəzi Xəstəxanası PHŞ xx.xx.2025-ci il tarixli Ərizəçi qızına ünvanlanmış məktubundan görünür ki, ona xx.xx.1972-ci il təvəllüdlü bacısı X31 ölümü ilə baöğlı Brdə RMX-da hər hansı bir məlumat ( xəstəlik tarixi, tibbi şəhadətnamə və s. ) aşkar olunmadığı bildirilmişdir. AZ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. Seriya AZE 13190150 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X29 xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Bərdə rayonu Yenidaşkənd kəndində yaşayır. Seriya AZE 06806861 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X24 xx.xx.1939-cu il tarixdə İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur. Bərdə şəhəri Nüşabə küçəsi ev 53-də yaşayır. Seriya AZE 07574722 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki. X26 xx.xx.1954-cü il tarixdə Bərdə rayonu Yenidaşkənd kəndində anadan olmuşdur. Abşeron rayonu Ceyranbatan qəsəbəsində Təbrik Məhəlləsi ev 3 mənzil 28-də yaşayır. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X16 xx.xx.1972-ci il tarixdə vəfat etməsi ərizəçinin və şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə müəyyən olunduğundan ərizə təmin edilməli, X16 xx.xx.1972-ci il tarixdə Bərdə şəhərində vəfat etməsi faktı müəyyən olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə mərhum atasının ölümü haqqında şəhadətnamənin alınması və sosial məsələlərin həlli ilə əlaqədar olaraq lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi:

1. Ərizə təmin edilsin.

2. X5 xx.xx.1972-ci il tarixdə Bərdə şəhərində vəfat etməsi faktı müəyyən edilsin.

3. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin.

4. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar