Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1155/2025 19.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “atalıq faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X4 onun və mərhum bacısı X3 atası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə ərizənin dəqiqləşdirilməsinə dair ərizə verərək X4 onun və mərhumə X3 onun bacısı olması (qohumluq münasibəti) faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o 28 mart 1960-cı il təvəllüdlüdür. X2 ilə anası X10 qeyri-rəsmi ailə qurub evlənmişlər. Birgə yaşayış dövrqndə o 2 bacı 3 qardaşı anadan olmuşdur. X2 13 iyun 2024-cü il tarixdə vəfat etmişdir. Anası ona 21 noyabr 1960cı il tarixdə 59 nömrə ilə qeydiyyata alınmış İ-İE910837 nömrəli doğum haqqında şəhadətnamə alsa da lakin atası ilə anasının rəsmi nikahları olmadıqlarından ona verilmiş olan doğum haqqında şəhadətnaməsində atasının adı qeyd edilməmişdir. Bundan başqa 25 avqust 1958-ci il təvəllüdlü bacısı X5 14 iyun 2011-ci il tarixdə vəfat etmişdir. Anası ondan əvvəl bacısına 20 sentyabr 1958-ci il tarixdə 37 nömrə ilə qeydiyyata alınmış İ- İE629283 saylı doğum haqqında şəhadətnamə alsa da lakin atası ilə anasının rəsmi nikahları olmadıqlarından bacısına da verilən doğum haqqında şəhadətnaməsində atasının adı qeyd edilməmişdir. Hal-hazırda anasından və atasından miras qalmış əmlakları adına rəsmiləşdirmək istəyir. Lakin onun və bacısının doğum haqqında şəhadətnaməsində ata qrafaları boş olduğundan sənədləşmə işlərində çətinlik yaranmışdır. Bunun üçündə o atalı kimi doğum haqqında şəhadətnamə almaq istyir lakin atası vəfat etdiyi üçün ona atalı kimi doğum haqqında şəhadətnamə verməkdən imtina edilər və bu barədə məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına istinad: İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xəsili kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 dekabr 2024-cü il tarixli 328 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Xəsili kəndində yaşayır. Maraqlı şəxs tərəfindən verilmiş 24 dekabr 2024-cü il tarixli, 639283 nömrəli arayışdan görünür ki, X8 25 avqust 1958-ci il tarixdə anadan olmuş, ana qrafasında X13 qeyd olunasa da ata qrafası boş saxlanmışdır. 24 dekabr 2024-cü il tarixli 910837 nömrəli arayışdan görünür ki, X9 xx xxxxxxx 1960-cı il tarixdə anadan olmuş, ana qrafasında X13 qeyd olunasa da ata qrafası boş saxlanmışdır Maraqlı şəxs tərəfindən verilmiş 24 dekabr 2024-cü il tarixli, nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 25 dekabr 2017-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 aprel 2018-ci il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 13 avqust 2024-cü il tarixli, 1211-05/69 nömrəli arayışdan görünür ki, X5 14 iyun 2011-ci il tarixdə ölmüşdür. Bu barədə Maraqlı şəxs tərəfindən 21 iyun 2011-ci il tarixli 144 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş 17 iyul 2024-cü il tarixli, AZ-İİ 434478 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 13 iyun 2024-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 iyul 2024-cü il tarixdə 589 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 24 dekabr 2024-cü il tarixli 3-16-5/8-15-699/2024 saylı və 24 dekabr 2024-cü il tarixli 3-16-5/8-15-700/2024 məktubdan görünür ki, Ərizəçi Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. 26 fevral 2025-ci məhkəmə iclasında şahid qismində izahat vermiş X14 bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Ailədə 5 uşaq olmuşlar. O 1965-ci ildə anadan olmuşdur. X1, anaları isə X6r. Atası ilə anası 1963-cü ildə nikah bağlayıblar. Bacısı Gülnar 1958-ci ildə bacısı Fəridə isə 1960-cı ildə nadan olmuşdur. Bacısı Gülnar 2011-ci ildə atası 2017-ci ildə anası isə 2024-cü ildə vəfat etmişdir. 26 fevral 2025-ci məhkəmə iclasında şahid qismində izahat vermiş X11 bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Ailədə 5 uşaq olmuşlar. O 1963-cü ildə anadan olmuşdur. X1, anaları isə X6r. Atası ilə anası 1963-cü ildə nikah bağlayıblar. Bacısı Gülnar 1958-ci ildə bacısı Fəridə isə 1960-cı ildə nadan olmuşdur. Bacısı Gülnar 2011-ci ildə atası 2017-ci ildə anası isə 2024-cü ildə vəfat etmişdir. 26 fevral 2025-ci məhkəmə iclasında şahid qismində izahat vermiş X14 bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Ailədə 5 uşaq olmuşlar. O 1965-ci ildə anadan olmuşdur. X1, anaları isə X6r. Atası ilə anası 1963-cü ildə nikah bağlayıblar. Bacısı Gülnar 1958-ci ildə bacısı Fəridə isə 1960-cı ildə nadan olmuşdur. Bacısı Gülnar 2011-ci ildə atası 2017-ci ildə anası isə 2024-cü ildə vəfat etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin (bundan sonra AM) 158.1-ci mаddəsinə əsаsən, vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və ictimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. Həmin Məcəllənin 158.2-ci mаddəsinə əsаsən, dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci mаddəsinə əsаsən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 162.1-ci mаddəsinə əsаsən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci mаddəsinə əsаsən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. 307.2.10-cu maddəsinə əsasən, atalığın etiraf olunması faktına dair hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 11-ci hissəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Həmin qərarın 11.2-ci bəndinə əsasən atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. Həmin qərarın 11.3-cü bəndinə əsasən ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda qeyd olunan normaların tələblərinə və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Ərizəçi və mərhum X3 doğum haqqında şəhadətnamələrində anaları X10 qeyd edilmişdir. Bu səbəbdən qeyd edilən faktın müəyyən edilməsinə zərurət yoxdur. Ərizəçi və mərhum X3 atalarının X7 olması həmçinin mərhum X3 Ərizəçi bacısı olması (qohumluq) faktının müəyyən olunması isə işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizə qismən təmin edilməli, Ərizəçi və mərhum X3 atalarının X7 olması həmçinin mərhum X3 Ərizəçi bacısı olması (qohumluq) faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi “atalığın etiraf edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. Ərizəçi və mərhum X3 atalarının X7 olması, həmçinin mərhum X3 Ərizəçi bacısı olması (qohumluq) faktı olması müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-1155/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1155/2025
19.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver