Məhkəmə qərarları › İş №2(021)-1160/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1160/2025

23.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1160/2025 23.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, Ərizəçi Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi ” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyənetdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli ******* saylı barışıq sazişinin təsdiq ediləsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Ərizəçi qeydiyyat ünvanı Kəlbəcər rayonu Çəpli ƏD İlyaslar kəndidir. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikasanın 04 aprel 1996-cı il tarixli Qanunun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılmalıdır. MPM-nin tələbinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiqinə dair tələblərə ərizəçinin yaşadığı yer üzrə baxılır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd olunan prossesual normalara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi ” tələbi barədə ərizəsinə ərazi aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsində baxılmalı olmadığından, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən Ərizəçi Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi ” tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: • Ərizəçi Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi ” tələbinə dair ərizəsi geri qaytarılsın. • Ərizəçi tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu ona geri qaytarılsın. • Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim : Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar