Məhkəmə qərarları › İş №2(021)-1188/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1188/2024

22.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1188/2024 22.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə aralarında olan nikah Bərdə rayon məhkəməsinin 2(021)-2397/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Qeyd edir ki, Bərdə rayon məhkəməsinin 2(021)-2397/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X5 Maraqlı şəxs himayəsində saxlanılmalıdır. xx.xx.2023-cü il tarixdə birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsi və usaqla ünsiyyət tələbinə dair könüllü olaraq mediasiyaya müraciət etdilər. Mediasiya prosesində qarşılıqlı razılığa gələrək birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılmasına va Maraqlı şəxs övladı ilə günün istənilən vaxt qalmaq şərti ilə ünsiyyət hüququnun verilməsi tələbinə dair qarşılıqlı razılığa gəldilər. Bu səbəbdən Barışıq sazişini imzaladılar. Maraqlı şəxs mediasiya prosesində bağladıqları xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbəbdən sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında marketdə satıcı işlədiyini, iş prosesi ilə bağlı uşağın atada olduğunu, indi uşağının onun himayəsinə verilməsini və uşağın atası ilə ünsiyyət saxlamağı ilə bağlı maraqlı şəxslə razılığa gəldiklərini bildirmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahatında uşağın əvvəl onda olduğunu, indi isə anasının himayəsinə verdiyini, ərizəçinin onun uşaqla ünsiyyətinə maneə olmayacağı ilə bağlı razılığa gəldiklərini bildirmişdir. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizə tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. Bərdə rayon İHB-nın Bərdə şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1337 nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən Bərdə şəhəri, ünvan 1 ünvanında yaşayır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ 465038 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra kişiyə Kərimov, qadına Quliyeva soyadı verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 263 nömrə ilə qeydə alınmışdır. Bərdə Regional “Asan Xidmət” mərkəzi QŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İV 600736 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonunda anadan olmuşdur. Atası Maraqlı şəxs, anası isə Ərizəçidır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1291 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(021)-2397/2023 nömrəli qətnamənin surətindən görünür ki, ərizənin təmin edilməsi, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, Ərizəçi və Maraqlı şəxs adlı övladlarının Maraqlı şəxs himayəsində və yanında saxlanılması, Maraqlı şəxs Ərizəçi hər ayın istənilən günü Maraqlı şəxs adlı övladı ilə görüşüb ünsiyyətdə olmasına maneəçilik törətmək vəzifəsinin həvalə edilməsi, ödənilmiş dövlət rüsumunun ərizəçinin özünə aid edilməsi qət edilmişdir. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. İş materiallarında olan Birinci tərəf Ərizəçi, İkinci tərəf Maraqlı şəxs və mediator X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞG/MT032/2023-01555 nömrəli Barışıq Sazişindən görünür ki: Birinci tərəf bildirdi ki, xx.xx.2023-cü il tarixdə Bərdə rayon məhkəməsinin 2(021)- 2397/2023 nömrəli qətnaməsi ilə aralarında bağlanmış rəsmi nikah pozulmuşdur. Birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X5 ikinci tərəfin himayəsində saxlanılmışdır. Tərəflər mediasiyaya könüllü müraciət edərək bildirdilər ki, Bərdə rayon məhkəməsinin 2(021)-2397/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ikinci tərəfin himayəsində saxlanılmış birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X5 adlı övladlarının birinci tərəfin himayəsinə verilməsi və uşaqla ünsiyyət hüququnun verilməsi tələbi ilə müraciət etdilər. Birinci tərəf mediasiya prosesi zamanı bildirdi ki, xx.xx.2023-cü il tarixdə Bərdə rayon məhkəməsinin 2(021)-2397/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ikinci tərəfin himayəsinə verilmiş birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X5 adlı övladlarının onun himayəsinə verilməsi tələbi ilə ikinci tərəf ilə qarşılıqlı razılaşdıqlarını və ikinci tərəf övladı ilə günün istənilən vaxtı qalmaq şərti ilə ünsiyyət hüququnun verilməsinə heç bir etirazı olmadığını və övladının 18 yaşına çatanadək ikinci tərəfdən heç bir aliment tələbi olmadığını bildirmişdir. İkinci tərəf mediasiya prossesi zamanı bildirdi ki, xx.xx.2023-cü il tarixdə Bərdə rayon məhkəməsinin 2(021)-2397/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun himayəsində saxlanılmış birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X5 adlı övladlarının birinci tərəfin himayəsinə verilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Tərəflər razılığa gələrək birgə nikahlarınan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X5 adlı övladlarının birinci tərəfin himayəsində saxlanılmasına tam razılaşır, ikinci tərəfin övladı günün istənilən vaxtı qalmaq şərti ilə ünsiyyət hüququnun verilməsinə tam razılaşır və birinci tərəf bildirdi ki, övladının 18 yaşına çatanadək saxlanılması üçün ikinci tərəfdən heç bir aliment tələbi olmayacaqdır. X3 şərtləri izah olundu. Tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM) 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi qismən təmin edilməklə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin bir hissəsi təsdiq edilməli, Bərdə rayon məhkəməsinin 2(021)-2397/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs himayəsində saxlanılmış tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X5 Ərizəçi himayəsinə verilməli, Maraqlı şəxs övladı ilə günün istənilən vaxtı qalmaq şərti ilə ünsiyyət hüququ verilməlidir. Məhkəmə hesab edir ki, barışıq sazişinin digər hissəsi aliment tələbindən imtina ilə bağlıdır və buna görə həmin hissəni sazişin təsdiq edilən hissəsindən ayrılması mümkündür. Belə ki, sazişin təsdiq edilən hissəsi uşaqla ünsiyyət və uşağın himayədə qalması ilə bağlıdır və göstərilən tələblər üzrə sazişin hissələrinin ayrılması mümkündür. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli barışıq sazişinin Ərizəçi xx.xx.2020-ci il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs heç bir aliment tələbinin olmayacağı ilə bağlı razılaşması qanunaziddir və həmin hissədə sazişin təsdiqindən imtina edilməlidir. Çünki, alimentdən uşaq 18 yaşına çatanadək imtina ilə bağlı razılaşma əsassız olaraq Ərizəçi gələcəkdə Maraqlı şəxs aliment tələb etmək hüququnun qanunsuz olaraq məhdudlaşdırılmasıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tələb edilmədiyindən ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin bir hissəsi təsdiq edilsin. Bərdə rayon məhkəməsinin 2(021)-2397/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs himayəsində saxlanılmış tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X5 adlı övladları Ərizəçi himayəsinə verilsin və onun yanında saxlanılsın. Maraqlı şəxs övladı xx.xx.2020-ci il təvəllüdlü X5 ilə günün istənilən vaxtı qalmaq şərti ilə ünsiyyət hüququ verilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin Ərizəçi xx.xx.2020-ci il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs heç bir aliment tələbinin olmayacağı ilə bağlı hissəsinin təsdiqindən imtina edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar