Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1189/2023 28.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X* *7 avqust 2022-ci il tarixdə vəfat etməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X8 qizı *5 mart *965-ci ildə Bərdə rayonu, Xanxanımlı kəndində anadan olmuşdur. O, mərhum Güləbətin Cabbarova ilə *9 aprel *984-cü il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşdur. Ailə həyatı qurandan sonra G.Cabbarova onunla bərabər Bərdə rayonu, Xanxanımlı kəndində yaşamış və həmin kənddə qeydiyyatda olmuşdur. Mərhum həyat yoldaşı X2 *7 avqust 2022-ci il tarixdə xəstəlikdən ölmüş və Bərdə rayonu, Xanxanımlı kənd qəbiristanlığında dəfn edilmisdir. Həmin fakt Bərdə rayon İHB-nin Sirvanll kənd İƏD üzrə nümayəndəliyinin *6 yanvar 2023-cü il tarixli 32 nömrəli arayışı ilə təsdiq olunmuş və həmin faktı şahidlər də təsdiq ede bilərlər. Lakin yas ərəfəsində və bundan sonrakı günlərdə həyat yoldaşı Güləbətin Cabbarovanın ölüm faktını qeydiyyat söbəsində qeyd etdirməmiş və onun barəsində ölüm haqqında səhadətnamə alınmasını lüzum bilməmişdir. Mərhum həyat yoldaşı Güləbətin Cabbarovanın ölümü ilə bağlı heç bir qeyd yoxdur. Bu səbəbdən də bəzi problemlər yaranmışdır. Belə ki, mərhum həyat yoldaşı Güləbətin Cabbarovanın mülkiyyətində müəyyən əmlaklar vardır. Həyat yoldaşı öləndən sonra miras əmlaklrı faktiki qəbul etməyinə baxmayaraq onun barəsinda ölüm haqqnda səhadətnamə olmadığına göre gələcəkdə miras qalan əmlaka qanun üzrə vərəsəlik hüququ haqqnda şəhadatnamə ala bilməyəcək və Güləbətin Cabbarovanın mülkiyyəti olan əmlaklar haqqında qanun üzrə vərəsəlik səhadətnaməsi almaq istəyir. Bu səbəbdən də vərəsəliyin və miras əmlakın təyin edilməsi ilə bağlı bızi problemlər yaranmışdır. Bu problemi aradan qaldlrmaq üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Bərdə rayon Qeydiyyat Söbəsində isə həyat yoldaşının ölümü barədə səhadətnamə verilməsindən imtina edilmiş və Qeydiyyat Söbəsinin *6 yanvar 2023-cü il tarixli, 24-05\*5 nömrəli arayışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*oktyabr 2003-cü il tarixli qərarə ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatə ölüm faktını tasdiq edən tibbi səhadətnamə və ya vətandasın ölmüş elan edilməsi baradə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Mərhum vətəndaşın ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ölümün qeydə alınaraq ölüm haqqında sahadətnamə verilməsi mümkün deyil, ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, ərizəçinin kürəkənidir. Ərizəçi arvadı Güləbətin *7 avqust 2022-ci ildə vəfat edib. Onun dəfn və yas mərasimində o, da iştirak etmişdir. Lakin ölümü qeyd edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*0 izahatında göstərmişdir ki, bacısı Güləbətin vəfat edib. Lakin başları qarışıq olduğundan ölüm haqqında şəhadətnamə alınmayıb. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx *958-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 *6 mart *986-cı ildə doğulmuşdur. İş materiallarında olan *454789 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X*0 ** avqust *968-ci ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayonu Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3* nömrəli, *6 yanvar 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Xanxanımlı kəndində yaşayır. İş materiallarında olan İİİ-JQ 389690 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi və X4 *9 aprel *984-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Nikahdan sonra arvada Cabbarova soyadı verilmişdir. İş materiallarında olan AZE *727*686 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X2 *5 mart *965-ci ildə ünvan 1ində qeydiyyatda olmuşdur. İş materiallarında olan AZ-0842347 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 *5 mart *965-ci ildə doğulmuşdur, atası X**, anası X5r. İş materiallarında olan Bərdə rayonu, Şirvanlı kənd inzibati ərazi dairəsi ü zrə nümayəndəliyi tərəfindən verilmiş 32 nömrəli, *6 yanvar 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X2 *7 avqust 2022-ci ildə vəfat edib və Xanxanımlı kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan qəbrin fotoşəkilindən müəyyən olunur ki, X2 *7 avqust 2022-ci ildə vəfat etmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *6 yanvar 2023-cü il tarixli, 24-05/*5 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X* *7 avqust 2022-ci ildə ölməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ölüm faktının müəyyən olunması ərizəçinin lazımi sənədləri başqa qaydada ala bilməməsi üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. *5 mart *965-ci ildə doğulmuş X* *7 avqust 2022-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1189/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1189/2023
28.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver