Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1190/2023 16.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X*2 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum arvadı X* 24 yanvar 20*4-cü il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum arvadı X5 0* yanvar *972-ci ildə Ağdam şəhərində anadan olmuşdur. X** ilə 02 oktyabr *990-cı il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Ailə həyatı qurandan sonra Rahilə Əliyeva onunla bərabər Bərdə rayonu Xanxanımlı kəndində yaşamış və həmin kənddə qeydiyyatda olmuşdur. Mərhum arvadı X5 24 yanvar 20*4-cü il tarixdə xəstəlikdən ölmüş və Bərdə rayonu Xanxanımlı kənd qəbristanlığında dəfn edilmişdir. Həmin fakt Bərdə RİHB-nın Şirvanlı kənd İƏD üzrə nümayəndəliyinin *6.0*.2023-cü il tarixli 30 nömrəli arayışı ilə təsdiq olunmuş və həmin faktı şahidlər də təsdiq edə bilərlər. Lakin yas ərəfəsində və bundan sonrakı günlərdə mərhum arvadı Rahilə Əliyevanın ölüm faktını qeydiyyat şöbəsində qeyd etdirməmiş və onun barəsində ölüm haqqında şəhadətnamə almağı lüzum bilməmişlər. Hazırda mərhum arvadı Rahilə Əliyevanın ölümü ilə bağlı heç bir qeyd yoxdur. Bu səbəbdən də bəzi problemlər yaranmışdır. Belə ki, mərhum arvadı Rahilə Əliyevanın mülkiyyətində müəyyən əmlaklar vardır. Arvadı öləndən sonra miras əmlakını faktiki qəbul etməsinə baxmayaraq onun barəsində ölüm haqqında şəhadətnamə olmadığına görə gələcəkdə miras qalan əmlaka Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməyəcək. Ona görə də Rahilə Əliyevanın mülkiyyəti olan əmlaklar haqqında Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Bu səbəbdən də vərəsəliyin və miras əmlakın təyin edilməsi ilə bağlı bəzi problemlər yaranmışdır. Bu problemi aradan qaldırmaq üçün Bərdə Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsində isə arvadının ölümü barədə şəhadətnamə verilməsindən *6.0*.2023-cü il tarixli, 25-05/*3 nömrəli məktubla imtina edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsinin *6.0*.2023-cü il tarixli, 25-05/*3 nömrəli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Mərhum vətəndaşın ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ölümün qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyil, ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi məsləhət görülür. Göstərilən səbəbdən mərhum arvadı X* ölüm faktının qeyd edilməsini və ölüm haqqında şəhadətnaməni başqa yolla əldə edə bilmədiyindən məhkəməyə hazrırkı ərizə ilə müraciət etməyə məcbur olmuşdur. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən xüsusi icraat qaydasında arvadı X* ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bərdə Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzürlü səbıb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) *85.*-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in *85.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı *454789 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*968-ci ildə Bərdə rayonu Xanxanımlı kəndində anadan olmuşdur və Bərdə rayonu Xanxanımlı kəndində qeydiyyatdadır. AZE seriyalı 04048437 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 0*.0*.*972-ci ildə Ağdam şəhərində anadan olmuşdur və Bərdə rayonu Xanxanımlı kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş *6 yanvar 2023-cü il tarixli 29 saylı arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Xanxanımlı kəndində yaşayır. Ağdam rayon VVAQ şöbəsi tərəfindən verilmiş 20 yanvar *972-ci il tarixli İ-ЖГ 332072 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 0* yanvar *972-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X2, ana qrafasında anası kimi X4 qeyd edilmişdir. Bərdə rayon Şirvanlı kənd Sovetliyi tərəfindən verilmiş 02 oktyabr *990-cı il tarixli V- ЖГ 357799 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X3 02 oktyabr *990-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra ərə Əliyev, qadına Əliyeva soyadı verilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş *6 yanvar 2023-cü il tarixli 30 saylı arayışdan görünür ki, Bərdə rayonu Xanxanımlı kənd sakini 0*.0*.*972-ci il təvəllüdlü mərhum X5 24.0*.20*4cü ildə vəfat etmiş və Xanxanımlı kənd qəbristanlığında dəfn olunmuşdur. Fotoşəkildən görünür ki, X* Qəbir daşı üzərində ölüm tarixi olaraq 24 yanvar 20*4-cü il qeyd edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanan *6 yanvar 2023-cü il tarixli 25-05/*3 saylı məktubdan görünür ki, Ərizəçi arvadına ölüm haqqında şəhadətnamə almaq üçün Bərdə Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından ölümün qeydiyyat şöbəsində qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının MPM-nin: 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X* 24 yanvar 20*4-cü il tarixdə ölməsi faktı ərizəçinin məhkəmə iclasında verdiyi izahatı və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X* ölüm faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə mərhum arvadının ölümü haqqında şəhadətnamənin alınması və mərhumdan miras qalmış əmlak üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün lazımdır. MPM-nin: *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.*-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 2*7.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.*-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3*.0*.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 2*3, 2*4, 2*6-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilisin. Ərizəçi arvadı X* 24 yanvar 20*4-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-1190/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1190/2023
16.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver