Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1210/2025 13.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, Ərizəçi X3 iştirakı ilə, Ərizəçi X3 Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X6 Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X7nun 08 dekabr 2024-cü il tarixdə Bərdə rayon Yenidaşkənd kəndində yerləşən qəbirsanlıqda dəfn olunması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi X6 ərizəsini onunla əsaslandırmışdır ki, X13 ilə birgə nikahda olan zaman 10 dekabr 1992-ci il təvəllüdlü X14 adlı bir övladları anadan olmuşdur. X7 08 dekabr 2024-cü il tarixdə ani ürək dayanmasından vəfat etmiş və Bərdə rayon Yenidaşkənd kəndində yerləşən qəbirstanlığında dəfn olunmuşdur. Onlar baş qarışıqlığından mərhum oğluna ölüm haqqında şəadətnamə ala bilməmişdirlər. Hazırda onlara bir çox sənədlərin hazırlanmasında mərhum oğlunun ölüm haqqında şəhadətnaməsini tələb edirlər. Lakin ölüm haqqında şəhadətnamə olmadığı üçün isə sənədləşdirmə aparmaqda çətinliklər yaranır. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bərdə rayon Qeydiyat Şöbəsinə müraciət etsə də müddət keçdiyinə görə imtina edilmişdir. Məhkəmə iclasında ərizəçi X6 ərizəsini müdafiə edərək, ərizəsinin təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, ölüm haqqında şəhadətnamə ona mərhum oğlunun övladlarına birdəfəlik müavinət verilməsi üçün lazımdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Bərdə rayon Yeni Daşkənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya №014473 nömrəli vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 “Şəhid ailəsi” statusu verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X1 rayon Yenidaşkənd kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Seriya AZE №17726309 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X14 xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. Bərdə rayon Yenidaşkənd kəndində qeydiyyatda olmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Aryışdan görünür ki, X14 xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. X8, anası X6 olmuşdur. İş materiallarına əlavə edilmiş Həkimə qədər ölüm halını təsdiq edən Aktdan görünür ki, X10 ölümü xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 20 nömrəli arayışda qeyd olunmuşdur ki, X14 xx.xx.2024-cü ildə vəfat etmişdir və Bərdə rayon Yenidaşkənd kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş qəbir daşının əks olunduğu foto-şəkildən görünür ki, X14 qızının ölüm tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X6 mərhum övladının ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 bildirmişdir ki, ərizəçi X6 onun anasıdır. Mərhum qardaşı X14 07 dekabr 2024-cü il tarixdə işdən qayıdarkən yolda qəflətən vəfat etmişdir. 8 dekabrda Bərdə rayon Yenidaşkənd kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 bildirmişdir ki, ərizəçi X6 onun bacısıdır. X5 07 dekabr 2024-cü il tarixdə işdən qayıdarkən yolda qəflətən vəfat etmişdir. 8 dekabrda Bərdə rayon Yenidaşkənd kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə şəxsin ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, ərizəçi X3 mərhum övladı – X10 08 dekabr 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, X10 08 dekabr 2024-cü il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 10 dekabr 1992-ci il tarixdə anadan olmuş X10 08 dekabr 2024-cü il tarixdə vəfat etməsi və Bərdə rayonu Yenidaşkənd qəbirstanlığında dəfn olunması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-1210/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1210/2025
13.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver