Məhkəmə qərarları › İş №2(021)-1216/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1216/2025

24.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1216/2025 24.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlu, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin tədiq edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ərizəçi Maraqlı şəxs qızına qarşı ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında olan formal bağlanmış nikahın etibarsız hesab edilməsi üçün 21 yanvar 2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Lakin, iş materiallarından göründüyü kimi ərizəçi ərizəyə 100 manat məbləğində dövlət rüsumunu təsdiq edən sənədi təqdim etməmişdir. Təqdim edilmiş ərizədə ərizəçi yalnız mediasiya təşkilatına sazişin bağlanması ilə bağlı 100 manat ödəniş etmişdir. Ərizəçi məhkəmədə xüsusi icraat qaydasında işə baxılması ilə bağlı 100 manat dövlət rüsumunun ödənilməsinə dair sənədi iş materiallarına əlavə etməlidir, yalnız bundan sonra ərizəyə baxıla bilər. MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə xatırladır ki, “X1” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən dövlət rüsumu dövlət orqanlarının müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət büdcəsinə ödənilən məcburi ödənişdir. Bundan başqa ərizəçi məcburi köçkün olması və ya dövlət rüsumundan azad edilməsi aid edilən kateqoriyaya daxil olan şəxs olmasını sübut edən sənədləri də ərizəyə əlavə etməmişdir. Belə olan halda ərizə geri qaytarılmalıdır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə xatırladır ki, “X1” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən dövlət rüsumu dövlət orqanlarının müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət büdcəsinə ödənilən məcburi ödənişdir. Bundan başqa İddiaçı məcburi köçkün olması və ya dövlət rüsumundan azad edilməsi aid edilən kateqoriyaya daxil olan şəxs olmasını sübut edən sənədləri də ərizəyə əlavə etməmişdir. Belə olan halda ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Eyhullah qızının Maraqlı şəxs qarşı “barışıq sazişinin tədiq edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar