Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1361/2022 25.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi rayon məhkəməsinə vermiş olduğu ərizəsində qardaşı-18 noyabr 1973-cü il təvəllüdlü X1 1986-cı ilin iyun ayında, qardaşı-25 fevral 1981-ci il təvəllüdlü X2 1982-ci ilin yanvar ayında ölməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək hazırlıq iclasından sənədlərinin özünə geri qaytarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki işin materialları nəzərədən keçirib, Ərizəçi ərizəsini müzakirə edib, hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinin tələbinə əsasən ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261-0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair vermiş olduğu ərizəsi Ərizəçi qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1361/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1361/2022
25.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver