Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1371/2024 05.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə 05 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X2 xx.xx.2024cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi faktının təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X5 xx.xx.1953-cü il tarixində anadan olmuşdur. X5 xx.xx.2024-cü il tarixdə uzun sürən xəstəlikdən sonra vəfat etmiş, Bərdə rayon Alaçadırlı qəbirsanlığında dəfn olunmuşdur. Onlar baş qarışdığından mərhum həyat yoldaşına ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Hal-hazırda bir çox sənədlərin hazırlanmasında ondan həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini tələb edirlər. Lakin ölüm kağızı olmadığı üçün o sənədlərini hazırlaya bilmir. O, mərhum həyat yoldaşı X4 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edib, orda isə ölümdən uzun müddət keçdiyi üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina edirlər və məhkəməyə bu faktı aşağıdakı şəxslər təsdiq edirlər: X9 və X10. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərdi ki, Ərizəçi qonşusudur. X5 xx.xx.2024-cü il tarixdə vəfat edib. xx.xx.2024-cü il tarixdə dəfn ediblər. Dəfndə iştirak edib. Sonuncu Bərdə şəhəri Təbriz küçəsində yerləşən qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 göstərdi ki, Ərizəçi qardaşı oğludur. X5 xx.xx.2024-cü il tarixdə vəfat edib. xx.xx.2024-cü il tarixdə Bərdə şəhəri Təbriz küçəsində yerləşən qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1950-ci ildə Bərdə rayonu, Ərəblər kəndində anadan olmuş, Bərdə şəhəri Füzuli küçəsi ev 1/11 qeydiyyatdadır. AZE seriyalı 16654346 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 06 dekabr 1981-ci ildə Bərdə şəhərində anadan olmuşdur və Bərdə şəhəri ünvan 1 ünvanında qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 09 may 1987-ci ildə Bərdə rayonu, Ərəblər kəndində anadan olmuşdur və Bərdə rayonu, Ərəblər kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 fevral 2024-cü il tarixli 1020 nömrəli arayışdan görünür ki, X1 şəhəri Füzuli küçəsi ev 1/11 yaşayıb. xx.xx.2024-cü ildə vəfat edib. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 fevral 2024-cü il tarixli 1022 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə şəhəri Füzuli küçəsi ev 1/11 yaşayır. Maraqlı şəxs tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli 308478 nömrəli arayışdan görünür ki, Ərizəçi ilə X5 arasında Bərdə rayonu Güloğlular Kənd İƏD-də 29 mart 1976-cı il tarixdə 11 nömrəli qeyd ilə nikahları bağlanmışdır. Bərdə Rayon Bələdiyyəsi tərəfindən 05 iyun 2024-cü il tarixli 22 saylı arayışdan görünür ki, Bərdə çəhər Füzuli küçəsi döngə 1 ev 11-də qeydiyyatda olan Ərizəçi, onun mərhum həyat yoldaşı X5 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Bərdə şəhər Təbriz küçəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan 23 fevral 2024-cü il tarixli 3-16-5/8-xxxx/2024 saylı məktubdan görünür ki, Ərizəçi mərhum arvadı ümün ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından ölümün qeydiyyat şöbəsində qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. 27 fevral 2024-cü il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə vermək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X3 07 yanvar 2024-cü il tarixdə ölməsi faktı ərizəçinin və şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X3 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə mərhum qardaşına ölümü haqqında şəhadətnamənin alınması və sosial məsələlərin həlli ilə əlaqədar olaraq lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi mərhum arvadı X2 07 yanvar 2024-cü il tarixdə Bərdə şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-1371/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1371/2024
05.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver