Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-138/2023 14.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı ASC - nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borc tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia tələbi ilə müraciət edərək :
1. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 08 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 10520,73 ABŞ dolları əsas, 12236,28 ABŞ dolları faiz, 693,91 ABŞ dolları cərimə borcu və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 1534,15 ABŞ dolları əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 24985,07 ABŞ dolları borcun və 217,42 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi;
2. Tutmanın Cavabdeh mülkiyyətində olan Bərdə şəhəri, Babək küçəsində yerləşən 4 otaqlı, 103.2 kv.m ümumi sahədən ibarət 3/3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bərdə şəhəri, Babək küçəsində yerləşən 4 otaqlı, 103.2 kv.m ümumi sahədən ibarət 3/3 nömrəli fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi;
3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi;
4. Cavabdeh mülkiyyətində olan Bərdə şəhəri, Babək küçəsində yerləşən 4 otaqlı, 103.2 kv.m ümumi sahədən ibarət 3/3 nömrəli fərdi yaşayış evinə yönəldikdə və satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin Bərdə şəhəri, Babək küçəsində yerləşən 4 otaqlı, 103.2 kv.m ümumi sahədən ibarət 3/3 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini belə əsaslandırmışdır ki, 08 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "Nikoyl” İKB ASC-dən (hazırkı "xxxx" ASC) illik 25 %-lǝ 36 ay müddətinə 12750 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin qaytarılma müddəti 08 aprel 2019-cu il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki Bərdə şəhəri, Babək küçəsində yerləşən 4 otaqlı, 103.2 kv.m ümumi sahədən ibarət 3/3 nömrəli fərdi yaşayış evi 08 dekabr 2014- cü il tarixli ipoteka müqaviləsilə və 08 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsinə Əlavə Sazişə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2022-ci il martın 11dək Cavabdeh 08 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 10520,73 ABŞ dolları əsas, 12236,28 ABŞ dolları faiz, 2775,63 ABŞ dolları cərimə borcu və xx.xx.2019cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 1534.15 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 27066.79 ABŞ dolları borcu vardır. Cavabdeh 08 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 2775.63 ABŞ dolları təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 % miqdarında olmaqla, yəni 693.91 ABŞ dolları məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehǝ bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeyə alınmışdr. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC- nin nümayəndəsi X2 iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib iş materiallarındakı sənədləri hərtərəfli və tam tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş xx.xx.2014-cü il tarixli 12-G-1-0-1581-14 saylı Kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC tərəfindən Cavabdeh illik 25% olmaqla 36 ay müdddətinə 12750 USD məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2014-cü il tarixli 12-G-1-0-1581-14 saylı İpoteka müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh xx.xx.2014-cü il tarixli 12-G-1-0-1581-14 saylı kredit müqaviləsi üzrə illik 25% olmaqla 36 ay müdddətinə 12750 USD məbləğində verilmiş kreditin təminatı olaraq Cavabdeh mülkiyyətindəki Bərdə rayon Babək küçəsində 3/3 ünvanında yerləşən 4 otaqlı, 103.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti 30000 (otuz min ) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2014-cü il tarixli 12-G-1-0-1581-14 saylı Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli Əlavədən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 12-G-1-0-1581-14 saylı, xx.xx.2014 tarixli Kredit müqaviləsinə aşağıdakı qaydada dəyişiklik aparılması barədə xx.xx.2015 tarixində razılığa gəlmişdirlər.
1. Bu Saziş qüvvəyə mindiyi tǝrixdən etibarǝn: 1.1 Müqavilənin 1.6.-ci bəndində göstərilmiş «36 ay sözləri «46 ay » sözləri ilə əvəz edilsin və kreditin müddəti 46 ay hesab edilsin. 1.2 Müqavilənin 1.8.-ci bəndində göstərilmiş “xx.xx.2017” sözləri “xx.xx.2019” sözləri ilə əvəz edilsin və Kreditin bağlanma tarixi “xx.xx.2019” hesab edilsin.
2. Müqavilənin digər bəndləri dəyişdirilmədən saxlanılır.
3. Bu Saziş üzrə edilmiş dəyişikliklər 12-G-1-0-1581-14 saylı, xx.xx.2014 tarixli Kredit müqaviləsinin tərkib hissəsi olmaqla hazırkı saziş imzalandığı tarixdən qüvvəyə minir. Mülki işə əlavə edilmiş xx.xx.2014-cü il tarixli 12-G-1-0-1581-14 saylı İpoteka müqaviləsinə xx.xx.2015-ci il tarixli Əlavədən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 12-G-1-0-1581-14 saylı,xx.xx.2014 tarixli İpoteka müqaviləsinə aşağıdakı qaydada dəyişiklik aparılması barədə tarixində razılığa gəlmişdirlər:
1. Bu Saziş qüvvəyə mindiyi tarixdən etibarən: 1.1 Müqavilənin 1.1.-ci bəndi aşağıdakı redaksiyada oxunsun: <<İpotekasaxlayanla Borc alan arasında xx.xx.2014 tarixli, 12-G-1-0-1581-14 saylı Kredit müqaviləsinə əsasən 12750 məbləğdə 36 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin xx.xx.2015 tarixli 1 saylı əlavəsi olan Ödəniş cədvəlində göstərilmiş xx.xx.2015 tarixa olan qalıq məbləği 11574.19 USD məbləğdə, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi Tərəflər bu Müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. 1.2 Müqavilənin 3.3.-cü bəndi aşağıdakı redaksiyada oxunsun: “İpoteka ilə təmin edilmiş öhdəlik “46 ay”, xx.xx.2014 tarixindən “xx.xx.2019” tarixinədək icra edilməlidir.
2. Müqavilənin digər bəndləri dəyişdirilmədən saxlanılır. 3.4 Saziş üzrə edilmiş dəyişikliklər 12-G-1-0-1581-14 saylı, xx.xx.2014 tarixli İpoteka müqaviləsinin tərkib hissəsi olmaqla hazırkı saziş imzalandığı tarixdən qüvvəyə minir. Mülki işə əlavə edilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli, **********65-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan Bərdə rayon Babək küçəsində yerləşən 3/3 №- li fərdi yaşayış evi 0.05 ha torpaq sahəsi ilə birlikdə "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. (Yüklülüyün müddəti -xx.xx.2015-46 ay) Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Bildirişdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını ipoteka predmetinə “məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Ərizədən görünür ki, "xxxx" QSC Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bərdə rayon Babək küçəsində yerləşən 3/3 №- li fərdi yaşayış evinə və 0.05 ha torpaq sahəsi ilə birlikdə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş Maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə olan borcu cəmi 27066.79 AZN təşkil edir. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqının ödənilmişdir. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 217.82 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 9\7925 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli 12-G-1-0-1581-14 saylı Kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2019- cu il tarixinə olan borcu əsas borc üzrə 11172.16 ABŞ dolları, faiz borcu üzrə 8815.94 ABŞ dolları, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 11172.16 ABŞ dolları , faiz borcu üzrə 10496.42 ABŞ dolları təşkil etdiyi göstərilmişdir. (Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir) Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş Fərdi yaşayış evinin Qiymətləndirilməsinə dair №0884/22/YB nömrəli xx.xx.2022-ci il tarixli Hesabatdan görünür ki, Bərdə rayon Babək küçəsində 3/3 ünvanda 0.05 ha torpaq sahəsində yerləşən yerləşən 2 mərtəbəli, 2 otaqlı, 254.90 kv.m ümumi, 51.60 kv.m yaşayış, 203.30 kv.m yardımçı sahədən və tikintialtı sahəsi 2.90 kv.m olan tualet və darvazadan ibarət fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə real bazar dəyəri 65000 (altmış beş min) manat dəyərində, likvid dəyəri isə 54000 (əlli dörd min) manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, 08 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "Nikoyl” İKB ASC-dən (hazırkı "xxxx" ASC) illik 25 %-lǝ 36 ay müddətinə 12750 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin qaytarılma müddəti 08 aprel 2019-cu il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki Bərdə şəhəri, Babək küçəsində yerləşən 4 otaqlı, 103.2 kv.m ümumi sahədən ibarət 3/3 nömrəli fərdi yaşayış evi 08 dekabr 2014- cü il tarixli ipoteka müqaviləsilə və 08 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsinə Əlavə Sazişə əsasən yüklü edilmişdir. İş üzrə iddiaçı "xxxx" ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər müqavilələr üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarnı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqavilələrii üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində ekspert rəylərini nəzərə alaraq iddia tələbləri həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi əsas borc 10520.73 ABŞ dolları, faiz borcu 12236.28 ABŞ dolları olmuş, lakin ekspert rəyində xx.xx.2019-cu il tarixə müqavilə müddətinin bitdiyi tarixə əsas borc məbləğ 11172.16 ABŞ dolları, faiz borcu üzrə 8.815,94 ABŞ dolları müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Ekspert rəyi əsasında Cavabdeh banka olan əsas borcunun məbləğinin tələb olunan məbləğdən yüksək həddə olması müəyyən edilsə də, iddiaçı bank tərəfindən iddia tələbinin əsas borc məbləğinə münasibətdə həcmi artırılmadığından məhkəmə hesab edir ki, iddiaçının verdiyi tələb üzrə iddia tələbinin həmin kredit müqaviləsi üzrə əsas borc məbləğinə münasibətdə tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Ekspert rəyi əsasında Cavabdeh banka olan kredit müqaviləsi üzrə faiz borcu məbləğinin tələb olunan məbləğdən az olması müəyyən edildiyindən iddia tələbi faiz borc məbləğinə münasibətdə ekspert rəyi əsas götürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və İddiaçı ASC -nin iddiasının 693.91 ABŞ dolları məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 50 ABŞ dolları məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən 1534,15 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 12-G-1-0-1581-14 saylı İpoteka müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli 12-G-1-0-1581-14 saylı kredit müqaviləsi üzrə kredit və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi Cavabdeh mülkiyyətində olan Bərdə rayon Babək küçəsində 3/3 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 103.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi yerləşdiyi torpaq sahəsi ilə birlikdə bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin Cavabdeh mülkiyyətindəki Bərdə rayon Babək küçəsində 3/3 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 103.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və 0.05 ha torpaq sahəsinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmiş, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətindəki Bərdə rayon Babək küçəsində 3/3 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 103.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və 0.05 ha torpaq sahəsinə yönəldilməli, həmin fərdi yaşayış evi hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə ipoteka qoyulmuş Bərdə rayon Lək kəndində 0.08 ha torpaq sahəsində yerləşən 3 otaqlı, 55.9 kv.m yaşayış sahəsindən, 120.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə qiymətini müəyyən edərkən hesab edir ki, ipoteka qoyulmuş əmlakın likvid qiyməti 54000 (əlli dörd min) manat məbləğində müəyyən olunmalıdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmeti olan mənzilin qiyməti ilə bağlı suala aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və ekspert rəydən görünür ki, ipoteka ilə yükli edilmiş Bərdə rayon Babək küçəsində 3/3 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 103.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə likvid bazar dəyəri 54000 (əlli dörd min) manat təşkil edir. Bu səbəbdən də, ipoteka predmetinin ilkin satış qiyməti ekspert rəyi ilə müəyyən edilmiş məbləğ götürülməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan Bərdə rayon Babək küçəsində 3/3 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 103.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və 0.05 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehin və digər şəxslərin çıxarılması və evin boşaldılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur, ipoteka predmetinin boşaldılması deyil. Lakin, bu halda iddia ərizəsində müəyyən olunur ki, bank tərəfindən iddia tələbində ipoteka predmetindən çıxarılma nəzərdə tutulduğundan iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, digər şəxslərin çıxarılması dedikdə iddiaçının nümayəndəsi digər şəxslərin kim olmasına dəqiqlik gətirməmiş, iş materiallarında hər hansı bir şəxsləri çıxarılma ilə bağlı öhdəlik götürülməsi də müəyyən olunmamışdır. Odur ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Məhkəmə hesab edir ki, ipoteka predmetinə istifadə hüququnun itirilməsi və əmlakın banka təhvil verilməsi hissəsində iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı kimi "xxxx" ASC ipoteka predmeti olan əmlaka istifadə hüququnun itirilməsi barədə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin mənzildən çıxarılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də ki “İpoteka haqqında” Qanunda bankın bu məzmunda iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquq ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Bu səbəbdən də, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinin digər şəxslərin də istifadə hüququnun itirilməsi hissəsində iddiaçının nümayəndəsi digər şəxslərin kim olmasına dəqiqlik gətirməmiş, həmçinin yuxarıda qeyd edilən mövqe bir daha nəzərə alınaraq iddia tələbi həmin hissədə də təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, satışdan əldə olunan vəsait kifayət etmədiyi halda qalan hissədə ümumi qaydada icra edilməsi tələbi müstəqil iddia predmeti ola bilməz. Belə ki, həmin məsələ “İcra haqqında” qanunla tənzimləndiyindən icra qaydasında həll olunan məsələdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin iddiası qismən təmin edilməli, Cavabdeh kredit müqaviləsi üzrə 10520.73 ABŞ dolları əsas, 8.815,94 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu, 1534.15 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 20,920.82 ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutulan məbləğ Cavabdeh mülkiyyətindəki Bərdə rayon Babək küçəsində 3/3 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 103.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və 0.05 ha torpaq sahəsinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 54000 (əlli dörd min) manat müəyyən olunmalı, mənzil açıq hərracdan satılmalı, əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi əmlakın mülkiyyətçilərinə qaytarılmalı, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh həmin ipoteka predmetindən çıxmazsa, o, məcburi qaydada çıxarılmalı və mənzili boşaltmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 217.42 manat məbləğində rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 150 manat Cavabdeh tutularaq "xxxx" MMC -yə ödəniməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə 10520.73 ABŞ dolları əsas, 8.815,94 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu, 1534.15 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 20,920.82 ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə alınaraq İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh mülkiyyətindəki Bərdə rayon Babək küçəsində 3/3 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 103.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və 0.05 ha torpaq sahəsinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 54000 (əlli dörd min) manat müəyyən edilsin. Həmin əmlak açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulsun və artıq qalan məbləğ mülkiyyətçilərə qaytarılsın. İpoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh həmin fərdi yaşayış evindən və çıxmazsa, o, məcburi qaydada çıxarılsın və həmin fərdi yaşayış evini boşaltsın. Qalan hissədə iddia tələbi təmin olunmasın. Cavabdeh iş üzrə ödənilmiş 217.42 manat dövlət rüsumu , ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı alınaraq İddiaçı ASC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 150 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qamət Əbilov