Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1382/2021 20.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi Müseyib oğlunun iştirakı ilə, Ərizəçi Müseyib oğlunun ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi Müseyib oğlu ərizə ilə məhkəməyə müraciət edərək 29 aprel 2006-cı il tarixdə Bərdə şəhərində anadan olmuş X3 08 mart 2017-ci ildə ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Müseyib oğlu ərizəsini onunla əsaslandırmışdır ki, onun oğlu X8 29 aprel 2006-cı ildə anadan olmuş, 08 mart 2017-ci ildə xəstəlikdən vəfat etmişdir. Oğlu anadangəlmə qüsurlu doğulmuşdur. Onu Bərdə rayon Hacıbəyli kənd qəbirsanlığında basdırmışlar. Lakin həmin vaxtı o oğluma ölüm haqqında şəhadətnaməni başa düşmədiklərindən almamışlar. Hazırda isə oğlunun ölüm şəhadətnaməsinə bəzi sənədlərin düzəldilməsi ilə əlaqədar ehtiyacı var. Bu səbəbdən də onlar Bərdə rayon Qeydiyyat Şöbbəsinə ölüm haqında şəhadətnamənin verilmədi üçün müraciət etmişlər, lakin ölümdən uzun müddət keçdiyi üçün Qeydiyyat Şöbəsi həmin şəhadətnaməni verməkdən imtina edərək, məhkəməyə müraciət etməli olduqlarını bildirmişlər. Məhkəmə iclasında Ərizəçi Müseyib oğluərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi Müseyib oğlunun əmisi X10 şahid qismində dindirilərkən göstərdi ki, ərizəçinin əmisidir. Ərizəçi oğlunun oğlu X9 anadan gəlmə qüsurlu idi. Uşaq 08 mart 2017-ci ildə xəstəlikdən vəfat edib. Onu Bərdə rayonu, Hacıbəyli qəbristanlığında dəfn ediblər. Dəfndə də iştirak edibdir. Məhkəmə iclasında şahidlər X6, X11 şahid X4 izahatına uyğun eyni məzmunlu izahat verdilər. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kəndi İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 130 nömrəli, 27 yanvar 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Cəfərov X7 rayonu, Hacıbəyli kəndində yaşayır. İş materiallarında olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Müseyib oğlu xx xxxxx 1979-cu ildə doğulmuşdur. İş materiallarında olan AZ-İ 900729 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cəfərli RəvanTeymur oğlu 29 aprel 2006-cı ildə Bərdə rayonunda qoğulmuş, atası Ərizəçi Müsyib oğlu, anası X1r. İş materiallarında olan 21 yanvar 2021-ci il tarixli aktdan müəyyən olunur ki, Cəfərov Teymur Müseyib oğlunun oğlu X8 08 mart 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs 03 mart 2021-ci il tarixli, 144-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi Müseyib oğlunun oğlu X5 ölüm haqqında şəhadətnamə almaq üçün müraciətinə məhkəməyə müraciət etməli olduğu məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X2 doğum aktı qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə bəzi sənədlərin düzəldilməsi üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. 29 aprel 2006-cı ildə doğulmuş X3 08 mart 2017-ci ildə ölməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1382/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1382/2021
20.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver