Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1395/2024 11.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs 03 iyun 2011-ci il tarixdə Bərdə rayon Şatırlı kənd İƏD üzrə Nümayəndəliyinin akt qeydlər kitabında 19 nömrə ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 19 iyun 2010-cu il təvəllüdlü X9, 16 noyabr 2013-cü il təvəllüdlü X14 və 09 iyul 2022-cü il təvəllüdlü X10 adlı övladları doğulmuşdur. Ər-arvad kimi ailə münasibətləri normal olmuşdur. Daha sonra münasibətləri pisləşmiş, xasiyyətləri uyğun gəlməmiş və bu səbəbdən ailə münasibətləri pozulmuşdur. Ər-arvad kimi yaşamaqları mümkün deyildir. Xeyli müddətdir ki, ayrı yaşayırlar və Bərdə rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(021)-930/2024 nömrəli qətnaməsi ilə aralarında bağlanmış rəsmi nikahın pozulması, birgə nikahlarından olan 19 iyun 2010-cu il təvəllüdlü X9, 16 noyabr 2013-cü il təvəllüdlü X14 və 09 iyul 2022-cü il təvəllüdlü X10 adlı övladları onun himayəsində saxlanılmış və uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 50 manat olmaqla ümumilikdə cəmi 150 manat sabit pul məbləğində alimentin onun xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixdə 09 iyul 2022-ci il təvəllüdlü X3 "Atalığın müəyyən olunması” tələbinə dair mübahisənin həll edilməsi üçün mediasiya surasına müraciət etdilər. Mediasiya prosesində birgə nikahlarından olan 09 İyul 2022-ci il təvəllüdlü X3 “Atalığın müəyyən olunması” tələbinə dair Maraqlı şəxs ilə qarşılıqlı razılığa gəldilər. Bu səbəbdan barışıq sazişini imzaladılar. Maraqlı şəxs X11 mediasiya prosesində bağladıqları xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbəbdən sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsi ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçini dinləyib, iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizə tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə anadan olmuşşdur. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan 19548 nömrəli ödəniş qəbzindən görünür ki, Ərizəçi 101 manat mediasiya xərcini ödəmişdir. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(021)-930/2024 nömrəli qətnamənin surətindən görünür ki, ərizənin təmin edilməsi, ikinci tərəf Maraqlı şəxs, birinci tərəf Ərizəçi ilə aralarında xx.xx.2011-ci il tarixdə Bərdə rayon Şatırlı kənd İƏD üzrə Nümayəndəliyinin akt qeydləri kitabında 19 nömrə ilə qeydə alınmış rəsmi nikahın pozulmasına tam razı olması, birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X3 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı olmaması və azyaşlı övladlarının saxlanmasına görə hər ay hər uşaq üçün 50 manat olmaqla, ümumilikdə cəmi 150 manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyi öz öhdəsinə götürməsi barədə Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.1986-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyası, Tver vilayəti, Tver şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarix, ********************5 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon İHB-nın Şatırlı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 81 nömrəli arayışdan görünür ki, X1 rayonu, Hacılı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bərdə rayon Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 561 nömrəli arayışdan görünür ki, Xankəndi şəhərindən məcburi köçkün düşmüş Ərizəçi ünvan 1i ünvanında müvəqqəti məskunlaşmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 196691 nömrəli arayışdan görünür ki, X14 xx.xx.2013-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası isə X2r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarix, 59 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X9 19.06.200-cu il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası isə X2r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarix, 41 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Birinci tərəf Ərizəçi, İkinci tərəf Maraqlı şəxs və mediator X15 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/MT039/2024-00068 nömrəli Barışıq Sazişindən görünür ki: Birinci tərəf bildirdi ki, ikinci tərəf ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları xx.xx.2011-ci il tarixdə Bərdə rayon Şatırlı kənd İƏD-i üzrə Nümayəndəliyinin akt qeydləri kitabında 19 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından 19 iyun 2010-cu il təvəllüdlü X9, 16 noyabr 2013-cü il təvəllüdlü X14 və 09 İyul 2022-cü il təvəllüdlü X10 adlı övladları anadan olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan müasibatlər pisləşmiş və Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarxli, 2(021)-930/2024 nömrəli qətnaməsi ilə aralarında bağlanmış rəsmi nikah pozulmuş, birgə nikahlarından doğulmuş 19 iyun 2010cu il təvəllüdlü X9, 16 noyabr 2013-cü il təvəllüdlü X14 və 09 İyul 2022-cü il təvəllüdlü X10 birinci tərəfin himayəsində saxlanılmış və azyaşlı övladlarının saxlanılmasına görə hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment ikinci tərəfdən tutularaq birinci tərəfin xeyrinə ödənilməsi qət edilmişdir. Birgə nikahlarından doğulmuş 09 İyul 2022-cü il təvəllüdlü X3 Rusiya Federasiyasında anadan olması və doğum haqqında şəhadətnamədə birinci tərəfin soyadı yazılmasına görə Azərbaycan Respublikasında şəxsiyyət vəsiqəsinin alınamasına görə problem yaşanmışdır. Buna görə də birinci tərəf Mediasiyaya müraciət edərək bildirdi ki, birgə nikahlarından doğulmuş 09 ivul 2022-cü il təvəllüdlü X3 “Atalığın müəyyən edilməsi" tələbinə dair təkif vermişdir.
2. İkinci tərəf Mediasiya prosesinə dəvət olunmuş və etibarnamə üzrə nümayəndəsi (X12. Seriya: AZE 08093395; Fin kod: 15ZCOVZ) mediasiya prosesində iştirak etdi. İkinci tərəf, birinci tərəfin verdiyi təkliflə tam razılaşdığını bildrimişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirdi ki, Birinci tərəf ilə birgə nikahlarından olan 09 iyul 2022-cü il təvəllüdlü X3 atalığının müəyyən olunmasına heç bir etirazı yoxdur və təkliflə tam razılaşır. X7 şərtləri izah olundu. Tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM) 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməklə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin bir hissəsi təsdiq edilməli, Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarxli, 2(021)-930/2024 nömrəli qətnaməsi ilə Ərizəçi himayəsində saxlanılmış tərəflərin birgə nikahlarından doğulmuş 09 iyul 2022-cü il təvəllüdlü X3 atalığı müəyyən edilməklə uşağın atasının Maraqlı şəxs olması müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, maraqlı şəxsdən tələb edilmədiyindən ödənilmiş 101 manat mediasiya xərci ərizəçinin özünə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rümunu ödəməkdən azad edilirlər. Ərizəçi məcburi köçkün olduğuna görə dövlət rüsumu ödəməkdən azad edildiyindən məhkəmə hesab edir ki, ödənilməli olan 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 307-308, 311, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarxli, 2(021)-930/2024 nömrəli qətnaməsinə əsasən Ərizəçi himayəsində saxlanılmış tərəflərin birgə nikahlarından doğulmuş 09 iyul 2022-cü il təvəllüdlü X10 adlı övladlarının atalığı müəyyən edilsin və uşağın atasının Maraqlı şəxs olması müəyyən edilsin. Ödənilməli olan 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Ərizəçi tərəfindən ödənilmiş 101 manat mediasiya xərci ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Fuad Babaşov