Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1401/2025 04.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-ci ildə Bərdə rayonu Kələntərli kəndində anadan olmuş mərhum bacısı X4 11 oktyabr 2024cü il tarixdə xəstəlik nəticəsində vəfat etməsi faktının təsdiq edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X12 xx.xx.1980-ci ildə anadan olmuş, 11 oktyabr 2024-cü il xərçəng xəstəliyi nəticəsində vəfat etmişdir. Başları yas mərasiminə qarışıdığından ona ölüm haqqında .şəhadətnamə almamışdır. X17 kənd qəbristanlığında dəfn olunmuşdur. Hazırda ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, orada ona həkim tərəfindən bacısının ölməsi barədə 106 saylı forma verilmədiyindən ona məhkəmə qaydasında faktın təsdiq edilməsi izah edilmişdir. Ölüm faktının müəyyən edilməsinə ona ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Maraqlı şəxs tərəfindən na məhkəməyə müraciət etməsini bildirirlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında ərizəçi X10 ərizəsini müdafiə edərək, bildirdi ki, ölüm haqqında şəhadətnamənin olmaması evlərinin adına sənədləşdirilməsində problem yaratmışdır. Ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına istinad: İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1969-cu ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X12 xx.xx.1980-ci ildə anadan olmuşdur İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hkimiyyəti Başçısının Mirzəxan- Qaraqoyunlu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 977 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Cumalar kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 30 aprel 2025-ci il tarixli arayışdan görünür ki, X10 xx xxxx 1969-cu ildə anadan olmuş, atası X13, anası X15 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1969-cu ildə 19 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Kələntərli kənd Sovetliyi tərəfindən verilmiş 18 oktyabr 1980-ci il tarixli, Vİİ-JQ 369248 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 1 oktyabr 1980-ci ildə anadan olmuş, atası X13, anası X15 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 18 oktyabr 1980-ci ildə 94 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Mirzəxan-Qaraqoyunlu kənd Sovetliyi(icra nümayəndəliyi) tərəfindən verilmiş 28 noyabr 1990-cı il tarixli, V-JQ 356422 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X2 nikahı 28 noyabr 1990-ci ildə qeydə alınmış bu barədə 02 nömrə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra qadına Bəxtiyarova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Təcili və X8 Stansiyası tərəfindən verilmiş ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X9 11 oktyabr 2024-cü il tarixdə saat saat 14:15-də həkiməqədər ölüm diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən X6 ünvanlanmış 10 dekabr 2024-cü ilk tarixli, 3-16-5/8-15-669/2024 nömrəli məktubdan görünür ki, ərizəçi mərhum bacısının ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat Şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir.Ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət etməsi məsləhət görülümüşdür. 08 aprel 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində izahat vermiş X5 bildirmişdir ki, Ərizəçi onun arvadıdır. Onun bacısı Xumar 11 oktyabr 2024-cü ildə vəfat etmiş, Bakı şəhərində dəfn olunmuşdur. Baldızı Xumar Bakı şəhəri, Binə qəsəbəsində yaşamış, orada vəfat etmişdir. Dəfn mərasimində iştirak etməsə də yas mərasimində iştirak etmişdir. 08 aprel 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində izahat vermiş X7 bildirmişdir ki, Ərizəçi onun əmisi oğlunun arvadıdır. Ərizəçinin bacısı Xumar Bakı şəhərində yaşamışdır. Onun qırx mərasimində Bakıya yas yerinə getmişdir. Dəfn mərasimində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X1 bildirmişdir ki, ərizəçini uşaqlıqdan tanıyır. Ərizəçi onun eltisidir. Ərizəçinin bacısı Xumar 2024-cü ilin oktyabr ayında Bakı şəhəri Binə qəsəbəsində vəfat etmişdir. Xumarın uşağına hazırda Xatirənin yanında yaşayır. Məhkəmə iclasında şahid qismində izahat vermiş X16 bildirmişdir ki, ərizəçinin bacısı Xumarı məcburi köçkün kimi Bərdə rayonuna gələndə tanımışdır. Xumarın ölüm tarixi dəqiq yadında olmasa da bir ili tamam olmamışdır. Dəfn mərasimində iştirak etməsə də yas mərasimində iştirak etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum bacısı X4 11 oktyabr 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi qismən təmin edilməli, X4 11 oktyabr 2024-cü ildə vəfat etməsi faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi qismən təmin edilsin. xx.xx.1980-ci il təvəllüdlü X4 11 oktyabr 2024-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-1401/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1401/2025
04.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver