Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1411/2025 23.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədovfa Aypara Adil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən əri xx.xx.1975-ci il tarixdə Azərbaycan Respublikasının Bərdə rayonunda doğulmuş, X6 xx.xx.2025-ci ildə Bərdə rayonu Qaradəmirçi kəndində vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onun tərəfindən belə əsaslandırılmışdır ki, o, mərhum həyat yoldaşı X9 ilə xx.xx.2004-cü il tarixdə 12 saylı qeydlə Bərdə rayon Qaradəmirçi kənd icra nümayəndəliyində nikahlarını rəsmiləşdirmişlər. X9 xx.xx.20205-ci il tarixdə Bərdə rayon Qaradəmirçi kəndində uzun sürən asma bronxit xəstəliyindən vəfat etmişdir. Təəssüf ki, mərhum həyat yoldaşının ölümü ilə bağlı xəstəxanadan tibbi sənədlər əldə edə bilmədikləri üçün ölüm haqqında rəsmi sənəd ala bilməmişlər. Maraqlı şəxsnə müraciət etsələr də, məhkəməyə müraciət etmələri onlara məsləhət görülmüşdür. Mərhum ərinin ölümünə dair şəhadətnamənin verilməsi onun üçün hüquq yaradan sənədlərin əldə edilməsi, vərəsəlik və o cümlədən ali təhsil alan növbəti sessiyada baxılması üçün zəruri tələbdir. Məhkəmə iclasında ərizəçi X8 ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahat verərək bildirdi ki, bir ilə yaxındır ki, mərhumla qohumdurlar. Yanvar ayının əvvəlində halı pisləşmişdir. Həkim aparsalar da, xeyri olmamışdır. xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Bərdə rayonu Qaradəmirçi kəndində dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahat verərək bildirdi ki, mərhum anasının dayısı oğludur. xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Bərdə rayonu Qaradəmirçi kəndində dəfn olunmuşdur. Uzun illərdir ki, astma-bronxit xəstəsi olmuşdur. İş materiallarında olan: Seriya AZE ********* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə Bərdə rayonu Türkmən kəndində anadan olmuşdur. Bərdə rayonu Qaradəmirçi kəndində yaşayır. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzdən görünür ki, Ərizəçi tərəfindən X15 100 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. AZ-İ 105251 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Ərizəçi Əbüfət qızı arasında xx.xx.2004-cü il tarixdə 12 nömrəli nikah akt qeydi Bərdə rayonu Qaradəmirçi kənd İƏD üzrə icra nümayəndəliyində bağlanmışdır. AA0879366 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.1994-cu il tarixdə anadan olmuşdur. Seriya AZE 13744342 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. Ölüm haqqında məlumat vərəqəsindən görünür ki, xx.xx.1975-ci il tarixdə doğulmuş xx.xx.2025-ci il tarixdə vəfat etmiş Bərdə rayonu Qaradəmirçi kənd sakini X6 ölüm səbəbi bronxit astma olmuşdur. xx.xx.2025-ci il tarixli 75 saylı arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu RİHB-nın Qaradəmirçi kənd İƏD üzrə nümayəndəliyinini Qaradəmirçi kəndində yaşayır. xx.xx.2025-ci il tarixli 76 saylı arayışdan görünür ki, X1 qəbirstanlığında dəfn olunmuşdur. xx.xx.2025-ci il tarixli Maraqlı şəxs Bərdə rayon sakini X7 ünvanlanmış məktubundan görünür ki, mərhum əri ( X6 ) ölümünü təsdiq edən sənədin olmaması nəzərə alınaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə olunmuş fətəşəkillərdən görünür ki, X4 rayonu Qaradəmirçi kəndində dəfn edilmişdir. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X6 xx.xx.2025-ci ildə Bərdə rayonu Qaradəmirçi kəndində vəfat etməsi faktı ərizəçinin və şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə müəyyən olunduğundan ərizə təmin edilməli, X6 xx.xx.2025-ci ildə Bərdə rayonunda vəfat etməsi faktı müəyyən olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə mərhum atasının ölümü haqqında şəhadətnamənin alınması və sosial məsələlərin həlli ilə əlaqədar olaraq lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Ərizəçi öz tələbini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi:
1. Ərizə təmin edilsin.
2. X6 xx.xx.2025-ci ildə Bərdə rayonu, Qaradəmirçi kəndində vəfat etməsi faktı müəyyən edilsin.
3. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin.
4. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər.
Hakim: Ziya Abdullayev