Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1458/2024 12.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qarayeva Pərvanə Əhməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİM: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək 01 sentyabr 1999cu il tarixdə anadan olmuş vəfat etmiş qızı X1 22 mart 2019-cu il tarixdə ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhumə qızı X3 01 sentyabr 1999-cu il tarixdə Bərdə rayonu, Əliyanlı kəndində anadan olmuşdur. X9 az ömür sürmüş, uzun müddət xəstəlikdən əzab çəkmiş və 22 mart 2019-cu il tarixdə xəstəlikdən vəfat etmişdir. X10 Bərdə rayonu, Əliyanlı kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin fakt Bərdə rayon, İHB-nin Kələntərli kənd İƏD üzrə İcra nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 433 nömrəli arayışı ilə təsdiq olunmuş və faktı şahidlər də təsdiq edə bilərlər. Yas ərəfəsində və bundan sonrakı illərdə qızının ölüm faktını qeydiyyat şöbəsində qeyd etdirməmiş və onun barəsində ölüm haqqında şəhadətnamə almağa lüzum bilməmişdir. Hazırda mərhumə X10nın ölümü ilə bağlı heç bir qeyd yoxdur. Bu səbəbdən də bəzi problemlər yaranmışdı. Belə ki, Xanım Əliyevanın ölümü qeydə alınmadığı üçün ondan miras qalan əmlaklara vərəsəlik şəhadətnaməsi almaq mümkün deyildir. Bu problemi aradan qaldırmaq üçün vəfat etmiş qızı X1 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamə verilməsi məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxsndə qızının ölümü barədə şəhadətnamə verilməsindən imtina edilərək, xx.xx.2024-cü il tarixli 3-16-5\8-15- 111\2024 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Mərhum vətəndaşın (qızınız) ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyiniz məsləhət görülür. O, göstərilən səbəbdən vəfat etmiş X10nın ölüm faktının qeyd edilməsini və ölüm haqqında şəhadətnaməni başqa yolla əldə edə bilmədiyindən məcbur olub məhkəməyə müraciət etmişdir. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən xüsusi icraat qaydasında mərhum X10nın ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, ərizəçinin qohumudur. Ərizəçi qızı Xanım 22 mart 2019-cu ildə xəstəlikdən vəfat edib. Onun dəfn və yas mərasimində o, da iştirak etmişdir. Lakin ölümü qeyd edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, ərizəçi həyat yoldaşıdır, qızı Xanım 01 sentyabr 1999-cu ildə doğulmuşdur, uzun müddət xəstəlikdən əziyyət çəkmişdir və 22 mart 2019-cu ildə vəfat edib. Lakin başları qarışıq olduğundan ölüm haqqında şəhadətnamə almamışlar. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 13188926 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 06 mart 1963-cü ildə ünvan 1ində doğulmuş, Bərdə rayonu, Əliyanlı kənd ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 13 avqust 1969-cu ildə doğulmuşdur. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxxx 1970-ci ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayonu Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 434 nömrəli, 04 mart 2024-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Əliyanlı kəndində yaşayır. İş materiallarında olan 3-16-5/7-69-H-350/2-2024 nömrəli arayışdan müəyyən olunur ki, X3 01 sentyabr 1999-cu ildə doğulmuşdur, atası Ərizəçi, anası X2r. İş materiallarında olan Bərdə rayonu, Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 433 nömrəli, 04 mart 2024-cü il tarixli arayışdan müəyyən olunur ki, Əliyanlı kəndində yaşamış mərhumə X3 valdeyinlərinin dediklərinə görə 2019-cuil tarixində vəfat edib, Bərdə rayonu, Əliyanlı kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan qəbrin foto-şəkilindən müəyyən olunur ki, X3 22 mart 2019-cu ildə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli, 3-16- 5/8-15-111/2024 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X1 22 mart 2019-cu ildə ölməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ölüm faktının müəyyən olunması ərizəçinin lazımi sənədləri başqa qaydada ala bilməməsi üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 01 sentyabr 1999-cu ildə doğulmuş X1 22 mart 2019-cu ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-1458/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1458/2024
12.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver