Məhkəmə qərarları › İş №2(021)-1460/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1460/2024

14.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1460/2024 14.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X19 Qasım oğlunun sədrliyi, Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, ərizəçi İddiaçı və maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi İddiaçı (bundan sonra ərizəçi və ya İddiaçı) maraqlı şəxs Cavabdeh (bundan sonra maraqlı şəxs və ya Cavabdeh) qаrşı “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə mürаciət edərək aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, maraqlı şəxs Cavabdeh ilə nikahları 17 fevral 2010-cu il tarixdə Bərdə Rayon Qeydiyyat Şöbəsinin Akt qeydlər kitabında 85 nömrə ilə qeyd edilmişdir. Birgə nikahlarından 04 yanvar 2011-ci il təvəllüdlü X10, 21 iyun 2012-ci il təvəllüdlü X8 və 01 sentyabr 2020-ci il təvəllüdlü X9 adlı övladları doğulmuşdur. Ər-arvad kimi ailə münasibətləri normal olmuşdur. Daha sonra münasibətləri pisləşmiş, xasiyyətləri uyğun gəlməmiş və bu səbəbdən ailə münasibətləri pozulmuşdur. Ər-arvad kimi yaşamaları mümkün deyildir. Xeyli müddətdir ki, ayrı yaşayırlar. xx.xx.2024cü il tarixdə aralarında olan nikahın pozulması, uşaqların anasının himayəsində saxlanılmasına və uşaqların saxlanılması üçün aliment tələbinə dair mübahisənin həll edilməsi üçün mediasiya şurasına müraciət etmişlər. Mediasiya prosesində 17 fevral 2010cu il tarixdə Bərdə Rayon Qeydiyyat Şöbəsinin akt qeydlər kitabında 85 nömrə ilə qeyd edilmiş rəsmi nikahlarının pozulmasına, birgə nikahlarından olan 04 yanvar 2011-ci il təvəllüdlü X10, 21 iyun 2012-ci il təvəllüdlü X8 və 01 sentyabr 2020-ci il təvəllüdlü X9 adlı övladlarının anasının himayəsində saxlanılmasına və uşaqların saxlanılması üçün hər ay hə uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin ödənilməsi tələbinə dair maraqlı şəxs Cavabdeh ilə qarşılıqlı razılığa gəlmişlər. Bu səbəbdən barışıq sazişini imzalamışlar. Maraqlı şəxs Cavabdeh mediasiya prosesində bağladıqları xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbəbdən sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh göstərdi ki, ərizəçi ilə 2010-cu ildə evlənmiş, birgə nikahlarından üç uşaqları doğulmuşdur. Aralarında yaranan narazılığa görə ayrılmışlar. Ərizəçi aralarında olan nikahın pozulması ilə əlaqədar olaraq Mediasiya şurasına müraciət etmiş, ərizəçi ilə razılığa gəldiklərinə görə 23 fevral 2024-cü il tarixdə aralarında barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə Bərdə rayonu Qullar kəndində anadan olmuşdur, Bərdə rayonu Qullar kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1985-ci ildə Bərdə rayonu Qazaxlar kəndində anadan olmuşdur, Xocavənd rayonunda qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli 360 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Qullar kəndində yaşayır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 fevral 2010-cu il tarixli AZ-İ 556711 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X3 17 fevral 2010cu ildə 85 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Bağırova soyadı verilmişdir. Bərdə rayon Şirvanlı kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 26 avqust 2011-ci il tarixli AZ-İİ 736682 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 04 yanvar 2011-ci ildə Zəhra adlı uşaqları anadan olmuşdur. 04 yanvar 2011-ci il təvəllüdlü X6 “ata” qrafasında atası cavabdeh İddiaçı, “ana” qrafasında anası X3 qeyd edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli arayışdan görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 21 iyun 2012-ci ildə Zərifə adlı uşaqları anadan olmuşdur. 21 iyun 2012-ci il təvəllüdlü X4 “ata” qrafasında atası cavabdeh İddiaçı, “ana” qrafasında anası X3 qeyd edilmişdir. Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 dekabr 2020-ci il tarixli, AZ-İV 529165 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 01 sentyabr 2020-ci ildə Əbəlfəz adlı uşaqları anadan olmuşdur. 01 sentyabr 2020-ci il təvəllüdlü X2 “ata” qrafasında atası cavabdeh İddiaçı, “ana” qrafasında anası X3 qeyd edilmişdir. X1 iştirakı ilə tərtib edilən 23 fevral 2024-cü il tarixli MŞB/MT039/2024-00037 saylı Barışıq Sazişindən görünür ki, İkinci tərəf-Cavabdeh, birinci tərəf-İddiaçı ilə aralarında 17 fevral 2010-cu il tarixdə Bərdə Rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 85 nömrəli rəsmi nikahın pozulmasına tam razı olması; -Birinci tərəf- İddiaçı, ikinci tərəf- Cavabdeh ilə birgə nikahlarından olan 04 yanvar 2011-ci il təvəllüdlü X10, 21 iyun 2012-ci il təvəllüdlü X8 və 01 sentyabr2020-ci il təvllüdlü X5 ikinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazının olmaması və hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment ödəməyə razı olması barədə qarşılıqlı razılığa gəlmişlər. Barışıq sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi İddiaçı ailə mübahisəsi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və X1 iştirakı ilə, 23 fevral 2024-cü il tarixdə tərtib edilən Barışıq Sazişinə əsasən tərəflər arasında barışıq sazişi bağlanmışdır. Barışıq sazişi tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalı olduğu halda maraqlı şəxs Cavabdeh tərəfindən icra edilməmişdir. Bu səbəbdən də ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 23 fevral 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа Аzərbаycаn Respublikаsının MPM və ya MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM): 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 50-ci maddəsinə görə, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 58.1-ci maddəsinə görə, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. 58.2-ci maddəsinə görə, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə görə, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. MPM-nin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-ci maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə görə, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. İkinci tərəf-Cavabdeh, birinci tərəf-İddiaçı ilə aralarında 17 fevral 2010-cu il tarixdə Bərdə Rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında qeyd edilmiş 85 nömrəli rəsmi nikahın pozulmasına tam razı olması; Birinci tərəf- İddiaçı, ikinci tərəf- Cavabdeh ilə birgə nikahlarından olan 04 yanvar 2011-ci il təvəllüdlü X10, 21 iyun 2012-ci il təvəllüdlü X8 və 01 sentyabr2020-ci il təvəllüdlü X5 ikinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazının olmaması və hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment ödəməyə razı olması barədə İddiaçı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanmış 23 fevral 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar