Məhkəmə qərarları › İş №2(021)-1552/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1552/2023

06.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1552/2023 06.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış 28 yanvar 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə maraalı şəxs- Maraqlı şəxs ilə 19 oktyabr 2011-ci il tarixdə rəsmi olaraq ailə qurmuşdurlar. Birgə nikahlarından 25 mart 2011-ci il təvəllüdlü X8, 06 avqust 2012-ci il təvəllüdlü X7 və 11 noyabr 2018-ci il təvəllüdlü X5 adlı 3 övladları anadan olmuşdur. Uzun müddət normal münasibətlərdə yaşadıqdan sonra onların arasında olan münasibətlər pisləşməyə başlamışdır. Onların xasiyyətləri bir-birlərinə uyğun gəlmir və bu münvalla aralarında tez-tez münaqişələr yaranır. Nəhayət onlar faktiki olaraq ayrılıblar. Onların xasiyətləri uyğun gəlmədiyindən nikahlarını qoruyub saxlamaq və onları normal ər-arvad münsaibətlərinə qaytarmaq mümkün deyildir. Qeyd edir ki, aralarında olan münasibətin həll edilməsi üçün mediasiya şurasına müraciət ediblər və orada birgə nikahdan olan 25 mart 2011-ci il təvəllüdlü X10, 06 avqust 2012-ci il təvəllüdlü X7 və 11 noyabr 2018-ci təvəllüdlü X5 adlı 3 övladları onun himayəsində qalmasına dair razılığa gəlsələr də, mediasiya təşkilatının aralarında olan nikahln pozulmasına səlahiyyəti olmadığından boşanmanın məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburuiyyətində qaldılar. Məhkəmə iclasında Ərizəçi iddia ərizəsinə uyğun izahat verərək ərizəsində göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı Maraqlı şəxs iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1984-cü ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs xx xxxxxx 1988-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu Böyük Qəcər kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 nömrəli, 06 yanvar 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Böyük Qacar kəndində yaşayır. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 nömrəli, 06 yanvar 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Əhmədova X6 rayonu, Böyük Qacar kəndində yaşayır. Mülki işə əlavə edilmiş AZ-707950 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi ilə X1 arasında nikah Bərdə rayonu Şirvanlı kənd İƏD üzrə nümayəndəliyində 19 oktyabr 2011-ci il tarixdə, 59 nömrəli akt qeydi ilə bağlanmışdır, nikahdan sonra arvada Əhmədova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AZ-İİ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 25 mart 2011-ci il tarixdə doğulmuşdur, atası Ərizəçi, anası Maraqlı şəxs Vahid qızıdır. Mülki işə əlavə edilmiş AZ-İİİ 035998 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 06 avqust 2012-ci il tarixdə doğulmuşdur, atası Ərizəçi, anası Maraqlı şəxs Vahid qızıdır. Mülki işə əlavə edilmiş AZ-T 157392 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 11 noyabr 2018-ci il tarixdə doğulmuşdur, atası Ərizəçi, anası Maraqlı şəxs Vahid qızıdır. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 28 yanvar 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, ikinci tərəf yəni Maraqlı şəxs birinci tərəf yəni X11 ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasına, üç azyaşlı övladlarının birinci tərəfin himayəsində saxlanılmasını öhdəsinə götürməsi və aralarında heç bir mübahisə olmaması barədə razılığa gəlmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi X11 Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 28 yanvar 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 214, 216- 220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə X1 arasında Bərdə rayonu Şirvanlı kənd İƏD üzrə nümayəndəliyində 19 oktyabr 2011-ci il tarixdə, 59 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş uşaqları 25 mart 2011-ci il təvəllüdlü X8, 06 avqust 2012-ci il təvəllüdlü X7 və 11 noyabr 2018-ci il təvəllüdlü X2 Ərizəçi yanında saxlanılmasını öz öhdəsinə götürməsi barədə X1 və Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış 28 yanvar 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar