Məhkəmə qərarları › İş №2(021)-1569/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1569/2023

07.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1569/2023 07.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış 31 yanvar 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 23 fevral 2015-ci ildə rəsmi ailə quraraq evlənmişlər. Birgə nikah dövründə 12 dekabr 2017-ci il təvəllüdlü X6 və 03 iyun 2020-ci il təvəllüdlü X7 adlı iki uşaqları anadan olmuşdur. Aralarında yaranmış narazılığa görə ailə münasibətləri uzun müddətdir pozulmuşdur. Belə ki, həyat yoldaşı Maraqlı şəxs onu bir həyat yoldaşı kimi saymamış, evdə əsassız söz söhbətlər salmışdır. Cavabdehlə birlikdə bir ailə kimi yaşamaqlarını bildirsə də heç bir nəticəsi olmamışdır. Əksinə cavabdeh onunla normal münasibətdə yaşamaq istəməmişdir. Aralarında olan münasibətlərin həll edilməsi üçün mediasiya şurasına müraciət etmişlər və orada onların arasında bağlanmış rəsmi nikahın pozulmasına, birgə nikahdan olan 12 dekabr 2017-ci il təvəllüdlü X6 və 03 iyun 2020-ci il təvəllüdlü X7 adlı övladlarının Maraqlı şəxs himayəsində qalmasına, 2 uşağının saxlanılması üçün qazancının və başqa gəlirlərinin 1/3 hissəsinin ondan tutularaq Maraqlı şəxs xeyrinə verilməsinə dair razılığa gəlmişlər. Bununla bağlı aralarında 31 yanvar 2023-cü ildə barışıq sazişi bağlamışlar. Odur ki, məhkəmədən mediasiya prosesi nəticəsində bağlanmış 31 yanvar 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs X3 məhkəmə iclasında boşanmağa razı olduğunu, lakin ərizəçidən iki az yaşlı övladının saxlanması üçün hər ay hər uşağa görə 200 manat, qızı Sevginin 3 yaşı tamam olana kimi yəni 03 iyun 2023-cü il tarixədək hər ay 100 manat olmaqla cəmi 500 manat alimentin hər ay Ərizəçi tutularaq ona verilməsini xahiş edərək məhkəməyə bu barədə ərizə təqdim etmişdir. Məhkəmə tərəfləri dinləyib iş materiallarını iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizə tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,Ərizəçi xx xxxx 1994-cü ildə doğulmuşdur. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx xxxxxxx 1995-ci ildə anadan olmuşdur. Bərdə rayon İHB-nin Kələntərli kənd icra nümayəndəliyi tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli, 186 nömrəli arayışdan görünür ki, Quliyev X4 rayonu Ağyataq kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu Alaçadırlı kəndində yaşayır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 fevral 2015-ci il tarixli, AZ- İİ114111 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X1 23 fevral 2015-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə Bərdə rayon Qeydiyyat Şöbəsində 23 fevral 2015-ci il tarixli 80 saylı Aktda qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. Bərdə Regional “ASAN-Xidmət” X8 tərəfindən verilmiş 12 iyun 2018-ci il tarixli, AZ- T003206 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 12 dekabr 2017-ci il tarixdə Bərdə rayonunda doğulmuş, atası X9, anası Maraqlı şəxs olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 25 dekabr 2017-ci il tarixdə 2586 nömrə ilə qeyd edilmişdir. Bərdə Regional “ASAN-Xidmət” X8 tərəfindən verilmiş 19 iyun 2019-cı il tarixli, AZ-İV 448369 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 03 iyun 2020-ci il tarixdə Bərdə rayonunda doğulmuş, atası X9, anası Maraqlı şəxs olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 19 iyun 2020-ci il tarixdə 1353 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Mediasiya Şurasının 31 yanvar 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf bildirmişdir ki, 25 fevral 2015-ci il tarixli nikahın pozulmasına, birgə nikahdan olan 12 dekabr 2017-ci il təvəllüdlü X6 və 03 iyun 2020-ci il təvəllüdlü X7 adlı övladlarının ikinci tərəfin himayəsində qalmasına, 2 uşağının saxlanılması üçün birinci tərəfin qazancının və başqa gəlirlərinin 1/3 hissəsinin birinci tərəfdən tutularaq ikinci tərəfin xeyrinə verilməsinə razıdır. İkinci tərəf bildirmişdir ki, birinci tərəf bildirmişdir ki, 25 fevral 2015-ci il tarixli nikahın pozulmasına, birgə nikahdan olan 12 dekabr 2017-ci il təvəllüdlü X6 və 03 iyun 2020-ci il təvəllüdlü X7 adlı övladlarının Maraqlı şəxs himayəsində qalmasına, 2 uşağının saxlanılması üçün qazancının və başqa gəlirlərinin 1/3 hissəsinin birinci tərəfdən tutularaq ikinci tərəfin xeyrinə verilməsinə razıdır. Tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış 31 yanvar 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM) 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə Maraqlı şəxs məhkəmə iclasında ərizə təqdim edərək mediasiya prosesində bağlanmış barışıq sazişinin təyin olunmuş aliment məbləği ilə razılaşmaması ilə bağlı qeyd edir ki, tərəflər mediasiya prosesində razılığa gəlmiş və mediasiya sazişi bağlandığı gün qüvvəyə minmişdir. Maraqlı şəxs barışıq sazişinin bağlanmasından uzun müddət keçməsin baxmayaraq həmin sazişi mübahisələndirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barışıq sazişində müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 31 yanvar 2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli, Ərizəçi və Maraqlı şəxs arasında arasında bağlanmış 25 fevral 2015-ci il tarixdə qeydə alınmış rəsmi nikah pozulmalı, tərəflərin birgə nikahdan olan 12 dekabr 2017-ci il təvəllüdlü X6 və 03 iyun 2020-ci il təvəllüdlü X7 adlı övladları Maraqlı şəxs himayəsində saxlanmalı, Ərizəçi 2 uşağın saxlanılması üçün qazancının və başqa gəlirlərinin 1/3 hissəsinin ondan tutularaq Maraqlı şəxs xeyrinə verilməsinə dair barışıq sazişi təsdiq edilməli, qətnamə alimentə dair hissədə dərhal icra edilməli və alimentin tutulma müddəti məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı gündən etibarən hesablanmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs oğlu arasında mediasiya prosesi nəticəsində bağlanmış 31 yanvar 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Ərizəçi ilə Maraqlı şəxs oğlu arasında xx.xx.2015-ci il tarixli 80 saylı aktla qeydə alınmış rəsmi nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş 12 dekabr 2017-ci il təvəllüdlü X6 və 03 iyun 2020-ci il təvəllüdlü X7 adlı övladları Maraqlı şəxs himayəsində saxlanılsın və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi qazancının və başqa gəlirlərinin 3/1 hissəsi miqdarında aliment məbləği Ərizəçi tutularaq Maraqlı şəxs ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Alimentin tutulma müddəti qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən hesablansın. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar