Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1588/2024 27.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi, Ərizəçi İddiaçı iştirakları ilə, Ərizəçi İddiaçı Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış 11 mart 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə rəsmi olaraq 2017-cu il tarixdə ailə qurmuş, nikahları xx.xx.2017-ci ildə rəsmi qeydiyyata alınmış, birgəyaşayış dövründə 2 (iki) övladları doğulmuşdur: xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllü X8. Aralarında olan narazılığa görə ailə münasibətləri xeyli vaxtdır ki, pozulmuşdur. Belə ki, həyat yoldaşı Maraqlı şəxs onu bir həyat yoldaşı kimi saymır, teztez evdə əsassız söz-söhbətlər yaradır. Onlar uzun zamandır ki, ayrı yaşayırlar. Nikahları formal xarakter daşıyır. Hal-hazırda cavabdeh övladlarına heç bir maddi və mənəvi yardım göstərmir. O, isə övladını təkbaşına saxlamaqda çətinlik çəkir. Buna görə də Mediasiya şurasına müraciət etmiş və cavabdeh onunla ortaq fikrə gələrək nikahın pozulmasını, uşaqlarının onun yanında saxlanılmasını, hər ay hər uşaq üçün 300 manat məbləğində alimentin ödəməyə maddi imkanının olduğunu bildirərək iki uşağın saxlanması üçün cəmi hər ay 600 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. O isə övladları Turan və Ayanın hər həfənin şənbə günü saat 10:00-dan bazar günü 18:00-dək qalmaq şərti ilə ataları Maraqlı şəxs təklifi ilə razılığa gəlmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə Mediasiya təşkilatında öz barışıq sazişi bağlanmışdır. Odur ki, məhkəmədən mediasiya prosesi nəticəsində bağlanmış 11 mart 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş edir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəyə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs üzürsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-cı maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə Bərdə rayon Mustafaağalı kəndində anadan olmuşdur. Bərdə rayon Mustafaağalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Seriya AA******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1990-cı il tarixdə Bərdə rayon Qaratəpə kəndində anadan olmuşdur. Bərdə rayon Arabaçılar kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZ-İİ №222137 nömrəli Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs ilə X6 arasında 15 oktyabr 2017-ci il tarixdə Bərdə regional «ASAN xidmət» mərkəzi Qeydiyyat Şöbəsində 1200 saylı akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AZ-İV №026860 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 14 may 2017-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Maraqlı şəxs, ana qrafasında ana adı İddiaçı kimi qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş AZ-İV №129486 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 17 iyul 2018-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Maraqlı şəxs, ana qrafasında ana adı İddiaçı kimi qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 11 mart 2024-cü il tarixli Barışıq Sazişindən görünür ki;
1. Birinci tərəf- İddiaçı bildirmişdir ki, ikinci tərəf - Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları 15 oktyabr 2017-ci il tarixdə Bərdə regional ASAN Xidmət mərkəzinin Qeydiyyat Şöbəsi akt qeydlər kitabında №1200-ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından 14 may 2017-ci il təvəllüdlü X5 və 17 iyul 2018-ci il təvəllüdlü X8 adlı övladları olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Hal-hazırda birinci tərəf, ikinci tərəfdən ayrılmış və azyaşlı övladları ilə birlikdə ayrı yaşayırlar. Birinci tərəf Mediasiyaya müraciət edərək İkinci tərəf ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasını, birgə nikahlarından olan 14 may 2017-ci il təvəllüdlü X5 və 17 iyul 2018-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılmasını və azyaşlı övladlarının saxlanılması üçün aliment tələbi ilə təklif vermişdir.
2. İkinci tərəf- Məmmədov X7 prosesinə dəvət olunmuş və birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığını bildrimişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirmişdir ki, Birinci tərəf ilə aralarında 15 oktyabr 2017-ci il tarixdə Bərdə regional ASAN Xidmət mərkəzinin Qeydiyyat Şöbəsi akt qeydlər kitabında №1200-li rəsmi nikahın pozulmasına tam razıdır, birgə nikahlarından olan 14 may 2017-ci il təvəllüdlü X5 və 17 iyul 2018-ci il təvəllüdlü X8 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı yoxdur və azyaşlı övladlarının saxlanılması üçün isə hər ay hər uşaq üçün 300 manat olmaqla ümumilikdə cəmi 600 manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyə gücünün çatır və öz öhdəsinə götürür. İkinci tərəf birgə nikahlarından olan 14 may 2017-ci il təvəllüdlü X5 və 17 iyul 2018-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü 18:00-dək qalmaq şərti ilə övladları ilə ünsiyyət hüququnun verilməsi tələbi ilə təklif vermişdir.
3. Birinci tərəf ikinci tərəfin hər həftənin şənbə günü saat 10:00-dan bazar günü 18:00dək qalmaq şərti ilə övladları ilə ünsiyyət olmasına heç bir etirazı olmadığını və onların ünsiyyətdə olmasına heç bir maneçilik törətməyəcəyini bildirmişdir. İkinci tərəfin hər ay hər uşaq üçün 300 manat olmaqla ümumilikdə cəmi 600 manat aliment məbləğinin ödənilməsi təklifi ilə tam razılaşır və qəbul edir.
4. X4 şərtləri izah olundu.
5. Tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi Maraqlı şəxs İddiaçı qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 11 mart 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 21.1 ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Ailə Məcəlləsinin 22.1-ci maddəsinin tələbinə, görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM) 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ərizəsi təmin edilməli, Maraqlı şəxs və İddiaçı arasında mediasiya prosesi nəticəsində bağlanmış 11 mart 2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli, İddiaçı ilə Maraqlı şəxs arasında 15 oktyabr 2017-ci il tarixdə Bərdə regional «ASAN xidmət» mərkəzi Qeydiyyat Şöbəsində 1200 saylı akt qeydi ilə qeydə alınmış nikah pozulmalı, tərəflərin birgə nikahlarından olan 14 may 2017-ci il təvəllüdlü X5 və 17 iyul 2018-ci il təvəllüdlü X8 anaları İddiaçı himayəsində saxlanılmalı, Maraqlı şəxs 14 may 2017-ci il təvəllüdlü X1 və 17 iyul 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, Maraqlı şəxs övladları - 14 may 2017-ci il təvəllüdlü X5 və 17 iyul 2018-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü 18:00-dək gecəni qalmaq şərti ilə görüşüb ünsiyyətdə olmaq hüququ müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 18 mart 2024-cü il tarixdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:
Ərizə təmin edilsin. İddiaçı və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 11 mart 2024-cü il tarixli barışıq sazişi aşağıdakı qaydada təsdiq edilsin: Maraqlı şəxs ilə İddiaçı arasında 15 oktyabr 2017-ci il tarixdə Bərdə regional «ASAN xidmət» mərkəzi Qeydiyyat Şöbəsində 1200 saylı akt qeydi ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahlarından anadan olmuş 14 may 2017-ci il təvəllüdlü X5 və 17 iyul 2018-ci il təvəllüdlü X8 anaları İddiaçı himayəsində saxlanılsın. Tərəflərin birgə nikahlarından anadan olmuş 14 may 2017-ci il təvəllüdlü X1 və 17 iyul 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 18 mart 2024-cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün 300 manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq İddiaçı xeyrinə ödənilsin. Maraqlı şəxs övladları - 14 may 2017-ci il təvəllüdlü X5 və 17 iyul 2018-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü 18:00-dək gecəni qalmaq şərti ilə görüşüb ünsiyyətdə olmaq hüququ müəyyən edilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Qamət Əbilov