Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-160/2023 26.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi barədə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2014cü il 12 dekabr tarixli kredit müqaviləsi üzrə 15777.69 ABŞ dolları əsas, 17901.96 ABŞ dolları faiz, 784.40 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 12 dekabr 2019-cu il tarixdən 08 aprel 2022-ci il tarixədək 5% əldən çıxmış fayda 1833.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 36297.55 ABŞ dolları borcun, 275.12 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 və Cavabdeh2 məxsus olan Bərdə şəhəri, Bakı küçəsində yerləşən, 4 otaqlı, 82.2 kv.m sahədən ibarət 3 nömrəli evin 5 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 və Cavabdeh2 məxsus olan Bərdə şəhəri, Bakı küçəsində yerləşən, 4 otaqlı, 82.2 kv.m sahədən ibarət 3 nömrəli evin 5 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Bərdə şəhəri, Bakı küçəsində yerləşən, 4 otaqlı, 82.2 kv.m sahədən ibarət 3 nömrəli evin 5 nömrəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, 12 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən X17 "xxxx" İKB ASC-nin Bərdə filalında illik 25%-lə 60 ay müddətinə 17900 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq X8 mlükiyyətində olan Bərdə şəhəri, Bakı küçəsində yerləşən, 4 otaqlı, 82.2 kv.m sahədən ibarət 3 nömrəli evin 5 nömrəli mənzili 12 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 12 dekab 2014-cü il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ğdəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 cərimə hesablayıb borcludan tələb edir. 08 aprel 2022-ci ilədək X12 12 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 15777.69 ABŞ dolları əsas, 17901.96 ABŞ dolları faiz, 3137.58 ABŞ dolları cərimə borcu, 12 dekabr 2019-cu il tarixdən 08 aprel 2022-ci il tarixədək 5% əldən çıxmış fayda 1833.5 ABŞ dolları olmaqla ümumilikdə cəmi 38650.73 ABŞ dolları borcu vardır. X12 12 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 3137.58 ABŞ dolları təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 784.40 ABŞ dolları məbləğində tələb olunur. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 1350 nömrəli 04 mart 2022-ci il tarixli arayışında bildirilmişdir ki, 06 iyu 2017-ci il tarixdə vəfat etmiş X12 hüquqi varisləri Cavabdeh1, Cavabdeh2 Bərdə şəhəri, Bakı küçəsi ev 3, mənzil 5-də yaşayırlar. Buda onu göstərir ki, Cavabdeh1, Cavabdeh2 faktiki olaraq X17 vəfat etdikdən sonra yəni 06 iyun 2017-ci il tarixdən əmlaka sahib lik etməyə və əmlakı idarə etməyə başlamışlar. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1, Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinı tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır, müddətin keçməsinə baxmayaraq cavbdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. 12 dekabr 2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan qoyulduğu öhdəlikləri yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan kimi göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyini icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2014-cü il 12 dekabr tarixli kredit müqaviləsi üzrə 15777.69 ABŞ dolları əsas, 17901.96 ABŞ dolları faiz, 3137.58 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 12 dekabr 2019-cu il tarixdən 08 aprel 2022-ci il tarixədək 5% əldən çıxmış fayda 2083.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 38900.73 ABŞ dolları borcun, 275.12 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 və Cavabdeh2 məxsus olan Bərdə şəhəri, Bakı küçəsində yerləşən, 4 otaqlı, 82.2 kv.m sahədən ibarət 3 nömrəli evin 5 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 və Cavabdeh2 məxsus olan Bərdə şəhəri, Bakı küçəsində yerləşən, 4 otaqlı, 82.2 kv.m sahədən ibarət 3 nömrəli evin 5 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Bərdə şəhəri, Bakı küçəsində yerləşən, 4 otaqlı, 82.2 kv.m sahədən ibarət 3 nömrəli evin 5 nömrəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2014-cü il 12 dekabr tarixli kredit müqaviləsi üzrə 18778.44 ABŞ dolları əsas, 17901.96 ABŞ dolları faiz, 3137.58 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 12 dekabr 2019-cu il tarixdən 08 aprel 2022-ci il tarixədək 5% əldən çıxmış fayda 2899.25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 42717.23 ABŞ dolları borcun, 275.12 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 və Cavabdeh2 məxsus olan Bərdə şəhəri, Bakı küçəsində yerləşən, 4 otaqlı, 82.2 kv.m sahədən ibarət 3 nömrəli evin 5 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 və Cavabdeh2 məxsus olan Bərdə şəhəri, Bakı küçəsində yerləşən, 4 otaqlı, 82.2 kv.m sahədən ibarət 3 nömrəli evin 5 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Bərdə şəhəri, Bakı küçəsində yerləşən, 4 otaqlı, 82.2 kv.m sahədən ibarət 3 nömrəli evin 5 nömrəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən X16 illik 25 faizlə 60 ay müddətinə 17900 ABŞ dolları borc almışdır. İş materiallarında olan 12 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən X5 mlükiyyətində olan Bərdə şəhəri, Bakı küçəsində yerləşən, 4 otaqlı, 82.2 kv.m sahədən ibarət 3 nömrəli evin 5 nömrəli mənzili ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İş materiallarında olan 08 aprel 2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, X11 12 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 15777.69 ABŞ dolları əsas, 17901.96 ABŞ dolları faiz, 784.40 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 12 dekabr 2019-cu il tarixdən 08 aprel 2022-ci il tarixədək 5% əldən çıxmış fayda 1833.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 36297.55 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarında olan 02 avqust 2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, X11 12 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 15777.69 ABŞ dolları əsas, 17901.96 ABŞ dolları faiz, 3137.58 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 12 dekabr 2019-cu il tarixdən 08 aprel 2022-ci il tarixədək 5% əldən çıxmış fayda 2083.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 38900.73 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarında olan 14 avqust 2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, X11 12 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 18778.44 ABŞ dolları əsas, 17901.96 ABŞ dolları faiz, 3137.58 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 12 dekabr 2019-cu il tarixdən 08 aprel 2022-ci il tarixədək 5% əldən çıxmış fayda 2899.25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 42717.23 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarında olan AZ-İ 869155 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 23 aprel 2017-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1350 saylı, 04 mart 2022-ci tarixli arayışdan müəyyən olunur ki, mərhum X4 şəhəri, Bakı küçəsi 3/5 saylı evdə yaşayıb, vəfatından sonra bu ünvanda ailə üzvləri anası Cavabdeh1 və oğlu Cavabdeh2 yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh2 20 sentyabr 2013-cü ildə Bakı şəhəri, Yasamal rayonunda doğulmuşdur, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, X17 24 oktyar 1986-cı ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh1 xx xxxxxx 1953-cü ildə Bərrdə rayonunun Güloğlular kəndində doğulmuşdur, Bərdə şəhəri, Nizami küçəsi ev 112, mənzil 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən müəyyən olunur Cavabdeh1 və Cavabdeh2 banka olan bütün borcunu gecikdirilmiş ödəniş məbləğini banka qaytarmasa, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcək və banka borclu olduğu məbləği, hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması, əks təqdirdə bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən iş üzrə 14 fevral 2023-cü il tarixli, 2(021)-160/2023 saylı qərardadla məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 iyun 2023-cü il tarixli, 9/2871 nömrəli ekspert rəyi ilə X12 12 dekabr 2014-cü il tarixli, 12-G-1-0-1611-14 saylı kredit müqaviləsinə əsasən 12 dekabr 2019-cu il tarixə əsas borcu 18778.44 ABŞ dolları, faiz borcu 15789.5 ABŞ dolları, 12 dekabr 2019-cu il tarixdən sonra illik 5%-lə 08 aprel 2022-ci il tarixə əldən çıxmış fayda 1832.05 ABŞ dolları, ümumilikdə cəmi 36399.99 ABŞ dolları təşkil edir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 4 ünvan dövlət reysterində X12 mülkiyyətinə qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 4 mənzilə "xxxx" İKB ASCyə ipoteka hüququ verilmişdir. Mülki işə əlavə edilmiş Bərdə regional Asan Xidmət Mərkəzində Notariat ofisi tərəfində verilmiş 380/2022 saylı, 20 fevral 2022-ci il tarixli məktubdan müəyyən olunur ki, 24 aprel 2017-ci ildə vəfat etmiş X12 vəfatından sonra qalmış miras əmlakın onun vərəsələri tərəfindən qəbul və ya imtina edilməsi barədə müracit etmələri, o, cümlədən onun barəsində vərəsəlik işinin açılmasına dair Bərdə regional Asan Xidmət Mərkəzində Notariat ofisi üzrə Avtomatlaşdırılmış “ Elektron notariat” informasiya sisteminin məlumat axtarış bazasında məlumat aşkar olunmamışdır. Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 31 mart 2022-c il tarixli aktdan müəyyən olunur ki, "xxxx" tərəfindən verilmiş (qaimə nömrəsi 0599383) Cavabdeh2 (Bərdə şəhəri, Nizami küçəsi ev 112, m2) göndərilmiş məktub “ imtina edilir” qeydi ilə geri qaytarılması aktılaşdırılmışdır. Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 31 mart 2022-c il tarixli aktdan müəyyən olunur ki, "xxxx" tərəfindən verilmiş (qaimə nömrəsi 0599384) Cavabdeh2 (Bərdə şəhəri, Nizami küçəsi ev 112, m2) göndərilmiş məktub “ imtina edilir” qeydi ilə geri qaytarılması aktılaşdırılmışdır. Mülki işə əlavə edilmiş 11 mart 2022-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, X9 və Cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məlumat verilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizənin surətindən görünür ki, ipoteka predmeti olan Bərdə şəhəri, Bakı küçəsi 3/5 saylı mənzilə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan X9 və Cavabdeh2 göndərilmiş bildirilişin ünvana çatdırılmasını diqqətə çatdıraraq tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş Cavabdeh1 tərəfindən verilmiş etiraz ərizəsində iddiaya qarşı etiraz edərək, Yelobank ASC-nin ona və azyaşlı nəvəsi Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddianın rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iş üzrə 02 avqust 2022-ci il tarixli, 2(021)-1937/2022 saylı qərardadladla məhkəmə əmtəşünaslıq ekspertizası təyin edilmişdir. Mülki işə əlavə edilmiş X15 Mərkəzi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli, YDQMN 021-030/2023 saylı rəyinə əsasən Bərdə şəhəri, Bakı küçəsində yerləşən, 4 otaqlı, 82.2 kv.m sahədən ibarət 3 nömrəli evin, 5 saylı mənzilinin qiymətləndirilmə tarixinə bazar dəyəri 42.400 manat, likvid dəyəri 33.900 manat təşkil edir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 275.12 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzindən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC tutmanın ipoteka predmetinə yönəldilməsi haqında bildirişin qeydə alınmasına görə 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon İcra Hakimiyyəti başçısının 81 saylı 28 iyun 2019-cu il tarixli sərəncaməndan müəyyən olunur ki, Cavabdeh2 nənəsi Cavabdeh1 qəyyumluğuna verilmişdir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC 30 manat məbləğində xidmət haqqı ödəmişdir. Hazırki iddia tələbinin predmetini aşağıdakı tələblər təşkil edir:
1. X12 "xxxx" ASC-yə olan 18778.44 ABŞ dolları əsas, 17901.96 ABŞ dolları faiz, 3137.58 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 12 dekabr 2019-cu il tarixdən 08 aprel 2022-ci il tarixədək 5% əldən çıxmış fayda 2899.25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 42717.23 dolları borc, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması;
2. X1 və Cavabdeh2 məxsus olan Bərdə şəhəri, Bakı küçəsində yerləşən, 4 otaqlı, 82.2 kv.m sahədən ibarət 3 nömrəli evin, 5 saylı mənzilə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun ümumi qaydada tutulması;
3. İpoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan X6 və Cavabdeh2 Bərdə şəhəri, Bakı küçəsində yerləşən, 4 otaqlı, 82.2 kv.m sahədən ibarət 3 nömrəli evin, 5 saylı mənzil satılqdıqdan bir ay sonra istifadə hüquqlarının itirilməsi, cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi. Məhkəmə mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi 12 dekabr 2014-cü il tarixli, 12-G-1-0-1611-14 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq X14 illik 25 faizlə 60 ay müddətinə "xxxx" İKB ASCilə bağlanış kredit müqaviləsnə əsasən 17900 ABŞ dolları məbləğində kredit verilmişdir. Yuxarıda göstərilən müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün "xxxx" İKB ASC ilə ipoteka qoyan X17 arasında bağlanmış ipoteka müqaviləsi RX Seriyalı, ******* nömrəli çıxarışla təsdiqlənmişdir. 12 dekabr 2014-cü il tarixli, 12-G-1-0-1611-14 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq X12 iddiaçıya 18778.44 ABŞ dolları əsas, 17901.96 ABŞ dolları faiz, 3137.58 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 12 dekabr 2019-cu il tarixdən 08 aprel 2022-ci il tarixədək 5% əldən çıxmış fayda 2899.25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 42717.23 ABŞ dolları borcu vardır. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi, əsas məbləğə və faiz borcuna münasibətdə iddia tələbi və ekspert rəyini nəzərə almaqla qismən təmin edilməli və Cavabdeh1 və Cavabdeh2 12 dekabr 2014-cü il tarixli, 12-G-1-0-1611-14 saylı kredit müqaviləsinə əsasən 15777.69 ABŞ dolları, faiz borcu 15789.5 ABŞ dolları, cərimə borcu 237.58 ABŞ dolları, 12 dekabr 2019-cu il tarixdən sonra illik 5%-lə 08 aprel 2022-ci il tarixə əldən çıxmış fayda 1832.05 ABŞ dolları, ümumilikdə cəmi 33636.82 ABŞ dolları öhdəlik icra olunan zaman Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddianın dəbbə puluna aid hissəsinə münasibət bildirərək onu qeyd etməyi zəruri hesab edir ki, dəbbə pulu məbləği tənasübsüz şəkildə yüksək məbləğdə qeyd edildiyindən həmin məbləğ azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İş materiallarından görünür ki, Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1350 saylı, 04 mart 2022-ci tarixli arayışdan müəyyən olunur ki, mərhum X4 şəhəri, Bakı küçəsi 3/5 saylı evdə yaşayıb, vəfatından sonra bu ünvanda ailə üzvləri anası Cavabdeh1 və oğlu Cavabdeh2 yaşayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı kredit müqaviləsinə əsasən 3137,58 ABŞ dolları məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 237.58 ABŞ dolları məbləğində pul öhdəlik icra olunan zaman Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə tutulmalıdır. İddianın tutmanın Bərdə şəhəri, Bakı küçəsində yerləşən, 4 otaqlı, 82.2 kv.m sahədən ibarət 3 nömrəli evin, 5 saylı mənzilnə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, tərəflər arasında bağlanmış 12 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən X14 verilmiş kredit və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi mülkiyyət hüququ ilə X14 məxsus Bərdə şəhəri, Bakı küçəsində yerləşən, 4 otaqlı, 82.2 kv.m sahədən ibarət 3 nömrəli evin, 5 saylı mənzili ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin ona Bərdə şəhəri, Bakı küçəsində yerləşən, 4 otaqlı, 82.2 kv.m sahədən ibarət 3 nömrəli evin, 5 saylı mənzilə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsində qeydə alınmışdır. Məhkəmə həmçinin qeyd edir ki, X15 Mərkəzi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli, YDQMN 021-030/2023 saylı rəyinə əsasən Bərdə şəhəri, Bakı küçəsində yerləşən, 4 otaqlı, 82.2 kv.m sahədən ibarət 3 nömrəli evin, 5 saylı mənzilinin qiymətləndirilmə tarixinə bazar dəyəri 42.400 manat, likvid dəyəri 33.900 manat müəyyən edilmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Həmin Qanunun 39.3.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus olan Bərdə şəhəri, Bakı küçəsində yerləşən, 4 otaqlı, 82.2 kv.m sahədən ibarət 3 nömrəli evin, 5 saylı mənzilə yönəldilməli, mənzilin likvid dəyəri 33.900 manat müəyyən edilməklə həmin mənzil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməli və satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi Cavabdeh1 və Cavabdeh2 qaytarılmalıdır. Məhkəmə iddia tələbinin ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh1 və Cavabdeh2 tutduğu yaşayış sahəsinin ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması və evə istifadə hüququnun itirilməsinə aid hissədə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməli və ipoteka qoyan Cavabdeh1 və Cavabdeh2 ipoteka predmeti olan Bərdə şəhəri, Bakı küçəsində yerləşən, 4 otaqlı, 82.2 kv.m sahədən ibarət 3 nömrəli evin, 5 saylı mənzili satıldıqdan sonra 1 (bir) ay müddətində həmin mənzili boşaltmaqla tərk etməlidir. İddia tələbinin cavabdehlərin Bərdə şəhəri, Bakı küçəsində yerləşən, 4 otaqlı, 82.2 kv.m sahədən ibarət 3 nömrəli evin, 5 saylı mənzilinə olan istifadə hüququnun itirilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra əvvəlki mülkiyyətçinin istifadə hüququnun xitam verilməsi hüququna yeni mülkiyyətçi məxsus olduğundan iddia tələbi bu hissədə təmin edilə bilməz. Həmçinin iddia tələbinin ipoteka predmetinin İddiaçı ASC-nə təhvil verilməsi hissəsində də iddia tələbi təmin edilə bilməz. Belə ki, həmin ipoteka predmeti açıq hərracdan satılması nəzərdə tutulduğundan, yeni mülkiyyətçinin kənar şəxs ola bilmə ehtimalını nəzərə alaraq məhkəmə iddia tələbini bu hissədə də əsaslı və qanuni hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, təyin edilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 350 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 12 dekabr 2014-cü il tarixli, 12- G-1-0-1611-14 saylı kredit müqaviləsinə əsasən 15777.69 ABŞ dolları, faiz borcu 15789.5 ABŞ dolları, cərimə borcu 237.58 ABŞ dolları, 12 dekabr 2019-cu il tarixdən sonra illik 5%lə 08 aprel 2022-ci il tarixə əldən çıxmış fayda 1832.05 ABŞ dolları, ümumilikdə cəmi 33636.82 ABŞ dolları (otuz üç min altı yüz otuz altı dollar səksən iki sent) borc öhdəlik icra olunan zaman Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə, 275.12 manat dövlət rüsumu və daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Bərdə şəhəri, Bakı küçəsində yerləşən, 4 otaqlı, 82.2 kv.m sahədən ibarət 3 nömrəli evin, 5 saylı mənzilinə yönəldilsin. Mənzil açıq hərracdan satılsın. Mənzilin ilkin satış qiyməti 33.900 (otuz üç min doqquz) manat müəyyən edilsin. Qeyd olunan əmlak satıldıqdan sonra 1 (bir) ay müddətində Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayı evini boşaltmaqla evi tərk etsinlər. Satışdan əldə olunan pul vəsaiti hesabına ümumi borc məbləği İddiaçı ASC-yə ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilsin. Satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyan Cavabdeh1 və Cavabdeh2 qaytarılsın. Aparılmış ekspertiza tədqiqatlarının 250 (iki yüz manat) manat dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilsin və 100 (yüz) manat ekspertiza xərci Cavabdeh1 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************), 250 (iki yüz əlli) manat X15 Mərkəzi MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Elsun Əhmədov