Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1602/2025 04.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X3 29 sentyabr 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X10 ilə anası X8 birgə nikah dövründə anadan olmuş qardaşı X5 18 oktyabr 1969-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, qardaşı X5 29 sentyabr 2024-cü il tarixdə vəfat etmiş və Bərdə rayonu Hacılar kənd qəbristanlığında dəfn olunmuşdur. Onlar baş qarışıqlığından mərhum qardaşına ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Hal-hazırda bir çox sənədlərin hazırlanmasında ondan qardaşının ölüm haqqında şəhadətnaməsini tələb edirlər. Lakin ölüm kağızı olmadığı üçün sənədərini hazırlaya bilmir. O mərhum qardaşı X4 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Həmin Şöbədə isə qardaşı X3 ölümünü təsdiq edən sənədin olmamasını əsas gətirərək ölüm haqqında şəhadətnamə verməkdən imtina edirlər və məhkəməyə müraciət etməsini bildirirlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, bildirdi ki, ölüm haqqında şəhadətnamənin olmaması evlərinin adına sənədləşdirilməsində problem yaratmışdır. Ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X6 bildirmişdir ki, Ərizəçi bibisidir. X1 isə əmisidir. Əmisi fərdi əməklə məşğul olmuşdur. Əmisi xəstə olmuşdur. Əmisi 2024-cü ilin payızında vəfat etmişdir. Əmisi Bərdə rayonu Qaradırnaq kənd qəbristanləğında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində izahat vermiş X11 bildirmişdir ki, şahid X6 onun dostudur. X1 2024-cü ilin payız aylarında vəfat etmiş, vəfat edən zaman yas mərasimində iştirak etmiş, X1 Bərdə rayonu Qaradırnaq kənd qəbristanlğında dəfn olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına istinad: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 21 fevral 2025-ci il tarixli, 01 nömrəli məktubundan görünür ki, Bərdə rayonunun Qaradırnaq kənd sakini X5 29 sentyabr 2024-cü il tarixdə vəfat etmiş və Bərdə rayonu Hacılar kənd qəbristanlığında dəfn olunmuşdur. Ərizəçi Bərdə rayonunun Qaradırnaq kəndində qeydiyyatdadır və hal-hazırda ərazidə yaşamır. Maraqlı şəxs tərəfindən verilmiş 24 fevral 2025-ci il tarixli, Az-İ233211 nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.1966-cı ildə anadan olmuş, atası X10, anası X8 olmaqla, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1967-ci ildə 14 nömrə ilə qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 24 fevral 2025-ci il tarixli, Az-İ80462 nömrəli arayışdan görünür ki, X5 xx.xx.1969-cu ildə anadan olmuş, atası X10, anası X8 olmaqla, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1969-cu ildə 88 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikaı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Bərdə rayon Mərkəzi Xəstəxanası” X20 tərəfindən göndərilmiş 20 fevral 2025-ci il tarixli, 18-1-28/2-384/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X3 ölümü ilə bağlı Bərdə RMX-da hər hansı bir məlumat (xəstəlik tarixi, tibbi şəhadətnamə və s.) aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 24 fevral 2025-ci ilk tarixli, 3-16-5/8-15- 135/2025 nömrəli məktubdan görünür ki, mərhum vətəndaşın (qardaşı X5) ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət etməsi məsləhət görülümüşdür. xx.xx.2025-ci il tarixli ********** nömrəli Mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi oğlunun mərhum qardaşı X3 29 sentyabr 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, X3 29 sentyabr 2024-cü ildə vəfat etməsi faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. 18 oktyabr 1969-cu il təvəllüdlü X3 29 sentyabr 2024-cü ildə tarixdə vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-1602/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1602/2025
04.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver