Məhkəmə qərarları › İş №2(021)-1665/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1665/2024

08.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1665/2024 08.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, ərizəçi İddiaçı, maraqlı şəxsin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi İddiaçı Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Maraqlı şəxs ilə 16 mart 2018-ci ildə Bakı şəhər, Nizami rayon Qeydiyyat şöbəsinin akt qeydləri kitabında 49 nömrə ilə qeyd edilmiş rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 07 iyun 2019-cu il təvəllüdlü X10 və 28 mart 2021-ci il təvəllüdlü X11 adlı övladları anadan olmuşdur. Ayrı yaşadıqları müddətdə birgə nikahlarından olan 07 iyun 2019-cu il təvəllüdlü X10 və 28 mart 2021-ci il təvəllüdlü X11 adlı övladları onun yanında qalır və onların bütün maddi və mənəvi ehtiyaclarını o, ödəyir. xx.xx.2024-cü il tarixdə nikahın pozulması, uşaqların himayədə saxlanılması və uşaqla ünsiyyət tələbinə dair mübahisənin həll edilməsi üçün mediasiya şurasına müraciət etmişdir. Mediasiya prosesində, 16 mart 2018ci ildə Bakı şəhəri, Nizami rayon Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında 49 nömrə ilə qeyd edilmiş rəsmi nikahlarının pozulmasına, birgə nikahlarından olan 07 iyun 2019-cu il təvəllüdlü X10 və 28 mart 2021-ci il təvəllüdlü X11 adlı övladlarının onun himayəsində saxlanılmasına və uşaqların hər həftənin bazar günü saat 10.00-dan 17.00-dək anaları ilə ünsiyyətdə olması tələbinə dair Maraqlı şəxs ilə razılığa gəlmişdirlər. Bu səbəbdən barışıq sazişi imzalamışdırlar. Maraqlı şəxs ilə mediasiya prosesində bağladıqları xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbəbdən sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi İddiaçı barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X6 barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəyə baxaraq iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizə tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1972ci il tarixdə anadan olmuşdur. Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-T 009272 nömrəli nikah haqqında şəhdaətnamədən görünür ki, İddiaçı ilə X7 16 mart 2018-ci il tarixdə 49 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikahdan sonra ərə Yusifov, arvada Yusifova soyadı verilmişdir. 5 saylı Bakı Asan Xidmət X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İV 420858 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası isə Maraqlı şəxsdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarix, 1422 nömrə ilə qeydə alınmışdır. 5 saylı Bakı Asan Xidmət X4 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İV 603203 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası isə Maraqlı şəxsdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarix, 3395 nömrə ilə qeydə alınmışdır. X1 və X8 valdeyinlərindən hansının himayəsində qalıb yaşamasının onların mənafeinə uyğunluğu haqqında Bərdə rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, İddiaçı ilə Maraqlı şəxs arasında olan nikah pozularkən onların azyaşlı övladları 07 iyun 2019-cu il təvəllüdlü X10 və 28 mart 2021-ci il təvəllüdlü X11 ataları İddiaçı himayəsində qalıb yaşamaları onların mənafeyinə uyğun və məqsədəmüvafiqdir. Mediasiya prosesinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MŞB/MT-039/2024- 00094 nömrəli arayışdan görünür ki, mediasiya prossesində iştirak edən tərəflər İddiaçı və Maraqlı şəxsdır. İş materiallarında olan 27611 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 100 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan Birinci tərəf İddiaçı, İkinci tərəf Maraqlı şəxs və mediator X12 arasında bağlanmış Mediasiya Şurasının xx.xx.2024-cü il tarixli, MŞB/MT-039/2024- 00094nömrəli Barışıq Sazişindən görünür ki, Birinci tərəf bildirdi ki, ikinci tərəf ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları 16 mart 2018-ci il tarixdə, Bakı şəhəri, Nizami rayon Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında 49 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından 07 iyun 2019-cu il təvəllüdlü X10 və 28 mart 2021-ci il təvəllüdlü X11 adlı övladları olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Hal-hazırda tərəflər ayrı yaşayırlar. Birinci tərəf mediasiyaya müraciət edərək ikinci tərəf ilə aralarında bağlanmış rəsmi nikahın pozulması və uşağın himayədə saxlanılması tələbi ilə təklif vermişdir. İkinci tərəf könüllü olaraq mediasiya prosesində iştirak edərək birinci tərəfin verdiyi təkliflə tanış olaraq razılaşdığını bildirdi. İkinci tərəf mediasiya prosesi zamanı qarşılıqlı təklif verərərk birgə nikahlarından olan 07 iyun 2019-cu il təvəllüdlü X10 və 28 mart 2021-ci il təvəllüdlü X11 adlı övladları ilə ünsiyyətdə olmasını bildirmişdir. X5 şərtləri izah olundu və həmin şərtlərlə qarşılıqlı olaraq barışıq sazişinə razılaşdılar. Tərəflər xx.xx.2018-ci il tarixdə, Bakı şəhəri, Nizami rayon Qeydiyyat Şöbəsinin akt qeydlər kitabında 49 nömrəli rəsmi nikahlarının pozulmasına tam razı olduqların bildirərək qarşılıqlı razılığa gəldilər. Birinci tərəf birgə nikahlarından olan 07 iyun 2019-cu il təvəllüdlü X10 və 28 mart 2021-ci il təvəllüdlü X11 adlı övladların onun himayəsində saxlanılması və uşaqların ikinci tərəf və onun etibarnamə üzrə nümayəndəsi ilə hər həftənin bazar günü saat 10:00-dan, axşam saat 17:00-dək ünsiyyətdə olmasına heç bir etirazı olmadığını bildirərək qarşılıqlı razılığa gəldilər. Tərəflər uşaqların saxlanması üçün hal-hazırda və gələcəkdə heç bir aliment tələbinin olmayacağını öz öhdələrinə götürdülər və qarşılıqlı olaraq razılaşdılar. Tərəflər arasında digər mübahisə yoxdur. Bərdə rayon İHB yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş rəydən görünür ki, komissiya tərəfindən Nilay Yusifli və Sahib Yusiflinin ataları İddiaçı himayəsində qalıb yaşamaları onların mənafeyinə uyğun və məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi İddiaçı Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Ər ilə arvadın hüquqları bərabərdir (Konstitusiyanın 34-cü maddəsi). Konstitusiyanın qeyd edilən normaları insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlarda da əksini tapmışdır. Belə ki, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 23-cü maddəsinin 4-cü bəndinə əsasən Paktda iştirak edən dövlətlər nikah bağlanarkən, nikah vəziyyətində olarkən və onun pozulması zamanı ərlə arvadın hüquq və vəzifələrinin bərabərliyinin təmin edilməsi üçün lazımi tədbirləri görməlidirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra Konvensiya) 7 saylı Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən, nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 19.2-ci maddəsinə əsasən, ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM) 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Həmin Məcəllənin 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; Həmin Məcəllənin 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ərizəsi təmin edilməli, İddiaçı ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli, İddiaçı ilə Maraqlı şəxs arasında xx.xx.2018-ci il tarixdə, Bakı şəhəri, Nizami rayon Qeydiyyat Şöbəsinin akt qeydlər kitabında 49 nömrə ilə qeydə alınmış rəsmi nikah pozulmalı və tərəflərin birgə nikahından doğulmuş 07 iyun 2019-cu il təvəllüdlü X10 və 28 mart 2021-ci il təvəllüdlü X11 adlı övladları İddiaçı himayəsində saxlanılmalı, tərəflərin birgə nikahından doğulmuş 07 iyun 2019-cu il təvəllüdlü X10 və 28 mart 2021-ci il təvəllüdlü X11 adlı övladların Maraqlı şəxs ilə hər həftənin bazar günü səhər saat 10:00dan, axşam saat 17:00-dək ünsiyyətdə olması təmin edilməlidir. Məhkəmə İddiaçı Maraqlı şəxs uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırda və gələcəkdə heç bir aliment tələbinin olmaması ilə bağlı hissəsində sazişin təsdiqindən imtina edir. Belə ki, həmin hissənin sazişin digər hissələrindən ayrılması mümkündür və həmin hissədə sazişin təsdiq edilməsi şəxsin konstitusiya və qanunvericilik ilə qorunan aliment hüquqlarının məhdudlaşdırılmasına səbəb olacaqdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilməli olan 100 manat dövlət rüsumu ödənilmədiyindən məhkəmə hesab edir ki, ərizəçi İddiaçı 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 307-308, 311, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Ərizəçi İddiaçı ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. İddiaçı ilə Maraqlı şəxs arasında xx.xx.2018-ci il tarixdə, Bakı şəhəri, Nizami rayon Qeydiyyat Şöbəsinin akt qeydlər kitabında 49 nömrə ilə qeydə alınmış rəsmi nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş 07 iyun 2019-cu il təvəllüdlü X10 və 28 mart 2021-ci il təvəllüdlü X11 adlı övladları İddiaçı himayəsində və yanında saxlanılsın. 07 iyun 2019-cu il təvəllüdlü X10 və 28 mart 2021-ci il təvəllüdlü X11 adlı övladların anaları Maraqlı şəxs ilə hər həftənin bazar günü səhər saat 10:00-dan, axşam saat 17:00dək ünsiyyətdə olmaları təmin edilsin. İş üzrə ödənilməli olan 100 manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. xx.xx.2024-cü il tarixli barışıq sazişinin 7-ci bəndində göstərilən 07 iyun 2019-cu il təvəllüdlü X10 və 28 mart 2021-ci il təvəllüdlü X11 adlı övladların saxlanılması üçün halhazırda və gələcəkdə İddiaçı Maraqlı şəxs aliment tələbinin olmayacağı ilə bağlı hissədə sazişin təsdiqindən imtina edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar