Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1713/2024 16.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə mürаciət edərək Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə Maraqlı şəxs ilə 02 avqust 2022-ci il tarixdə Bərdə regional “asan xidmət mərkəzi” Qeydiyyat Şöbəsi akt qeydləri kitabında 1039 nömrə ilə qeyd edilərək rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Ər-arvad kimi ailə münasibətləri normal olmuşdur. Daha sonra münasibətləri pisləşmiş, xasiyyəti uyğun gəlməmiş və bu səbəbdən ailə münasibətləri pisləşmiş, xasiyyətləri uyğun gəlməmiş və bu səbəbdən ailə münasibətləri pozulmuşdur. Ər-arvad kimi yaşamaqları mümkün deyildir. Xeyli müddətdir ki, ayrı yaşayırlar. xx.xx.2024-cü il tarixdə aralarında olan nikahın pozulması, uşağın onun himayəsində saxlanılması və aliment tələbinə dair mübahisənin həll edilməsi üçün mediasiya şurasına müraciət etmişdir. Mediasiya prosesində qarşılıqlı razılığa gələrək aralarında bağlanmış xx.xx.2022-ci il tarixdə Bərdə Regional “Asan xidmət mərkəzi” Qeydiyyat Şöbəsi akt qeydləri kitabında 1039 nömrəli rəsmi nikahın pozulmasına, birgə nikahlarından olan xx.xx.2023-cü il təvəllüdlü X2 onun himayəsində saxlanılmasına və uşağın saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin onun xeyrinə ödənilmsi tələbinə dair Maraqlı şəxs qarşılıqlı razılığa gəlmişdir. BU səbəbdən barışıq sazişini imzalamışdır. Maraqlı şəxs mediasiya prosesində bağladıqları xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbəbdən sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçiyə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs göstərdi ki, ərizəçi ilə rəsmi nikahda olmuş, aralarında olan narazılıqlara görə ayrılmışlar. Ayrılarkən birgə nikahlarından olan övladları ərizəçinin himayəsində qalmışdır. Fikrini dəyişmişdir, boşanmaq istəmir, uşaqları var, barışmaq istəyir. Ərizənin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. Belə ki, işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü anadan olmuşdur. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mollalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu, Mollalı kəndində yaşayır. Bərdə Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 mart 2024-cü il tarixli AZ-T 251973 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, görünür ki, tərəflərin birgə rəsmi nikahlarından xx.xx.2023-cü ildə X3 adlı uşaqları anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. X1 iştirakı ilə tərtib edilən xx.xx.2024-cü il tarixli MŞB/MT039/2024-00086 saylı Barışıq Sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs, birinci tərəf-Ərizəçi ilə aralarında olan nikahın pozulmasına, uşağın birinci tərəfin himayəsində qalmasına və ikinci tərəfin uşağın saxlanılması üçün hər ay 235 manat aliment ödəməsinə razılığını bildirməsi barədə qarşılıqlı razılığa gəlmişlər. Barışıq sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ailə mübahisəsi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və X1 iştirakı ilə, xx.xx.2024-cü il tarixdə tərtib edilən Barışıq Sazişləri bağlanmışdır. Barışıq sazişi tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalı olduğu halda Maraqlı şəxs tərəfindən icra edilməmişdir. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişi ilə razı olmadığını, barışıq sazişinin ləğv edilməsini məhkəmədən təkidlə xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа Аzərbаycаn Respublikаsının MPM və ya MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM): 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 50-ci maddəsinə görə, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 58.1-ci maddəsinə görə, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. 58.2-ci maddəsinə görə, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə görə, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. MPM-nin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-ci maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişləri maraqlı şəxsin iradə ifadəsinə zidd olduğundan Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/MT039/2024-00086 nömrəli barışıq sazişlərinin təsdiq edilməsindən imtina edilməlidir. MPM-in: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə görə, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qətetdi: Ərizəçi ilə Maraqlı şəxs olmaqla, “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/MT039/2024-00086nömrəli barışıq sazişlərinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-1713/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1713/2024
16.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver