Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1754/2021 22.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı İddiaçı Rafiq oğlunun, Cavabdeh Zülfüqar qızının iştirakı ilə, İddiaçı Cavabdeh Zülfüqar qızına qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh Cavabdeh Zülfüqar qızının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı birgə nikah dövründə götürlümşüm kredit ödənişləri üzrə pul tələbi və ilkin iddianın rədd edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiаçı Bağırlı Samir Rafiq oğlu Cavabdeh Zülfüqar qızından ərizənin təsviri hissəsində sadalanan birgə nikah dövründə əldə etdikləri adına Bərdə şəhəri, Gəncə küçəsi döngə 4də yerləşən 33 A nömrəli fərdi yaşayış evinin ½ hissəsinə mülkiyyət hüququnun tanınmasına, evin naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X5 qarşılıqlı iddia üzrə cavabdehdən onun xeyrinə birgə nikah dövründə götürlümüş kredit ödənişləri üzrə cəmi 13.811 manat pulun və 30 manat dövlət rüsumunun tutulması və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X11 iddia tələbini onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə cavabdeh Cavabdeh Zülfüqar qızı ilə 10 noyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 19 aprel 2014-cü il təvəllüdlü Xədicə və 04 dekabr 2018-ci il təvəllüdlü Məryəm adlı uşaqları olmuşdur. Cavabdehlə aralarında olan narazılıqlardan sonra Ağdam Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli, 2(013)- 988/2020 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Qeyd edir ki, birgə nikah dövründə yəni, 23 oktyabr 2019-cu il tarixdə cavabdeh Cavabdeh adına Bərdə şəhəri Gəncə küçəsində döngə 4-də yerləşən 33 A nömrəli fərdi yaşayış evi almışlar. Sözügedən evə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən Cavabdeh Zülfüqar qızının adına ********** qeydiyyat nömrəli çıxarış da verilmişdir. Hesab edir ki, birgə nikah döövründə əldə etdikləri həmin əmlakın dəyəri ½ hissəsi, aşağıda sadalanan qa nunların müddəalarına görə cavabdehdən alınaraq ona ödənilməlidir. Bundan başqa İddiаçı Bağırlı Samir Rafiq oğlu məhkəməyə iddianı dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bərdə şəhəri Gəncə küçəsində döngə 4-də yerləşən 33 A nömrəli fərdi yaşayış evinə ½ nisbətdə payının müəyyən edilərək həmin hissəyə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Zülfüqar qızı qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddiçı bu iş üzrə cavabdeh olan Samir Bağırlı ona qarşı məhkəmədə birgə nikah dövründə əldə etdikləri evin ½ hissəsinə mülkiyyət hüqunun tanınmasına evin naturada bölünməsinə dair qətnamə qəbul edilməsinə dair iddia qaldırmışdır. Qeyd edir ki, onlar cavabdehlə həmin evi 03 oktyabr 2019-cu ildə almışdırlar, həmin evə dair alqı-satqı müqaviləsi onun adınadır, həmin evi almaq üçün o, 27 sentyabr 2019-cu ildə həm Kapital bankdan, həm də Azərbaycan Beynəlxalq Bankından ayrı-ayrılıqda kredit götürmüşdür. Həmin kreditlərin məbləği Kapital bank üzrə illik 24% olmaqla 24 aya 4950 manat, Azərbaycan Beynəlxalq bankından götürdüyü kreditin məbləği isə 48 ay müddətinə illik 20 % olmaqla 7900 manat olubdur. Cavabdehlə birgə nikahları 16 iyul 2020-ci il tarixdə Ağdam Rayon Məhkəməsinin 2(013)- 988/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Nikahları pozulduğu gündən 27 may 2021-ci il tarixə kimi Kapitalbank üzrə olan kredit borcuna görə 3156 manat və Azərbaycan Beynəlxalq Bankına olan kredit borcu üzrə isə nikahın pozulduğu gündən 27 may 2021-ci il tarixə qədər 2880 manat kredit ödəmişdir. Hal-hazırda isə Kapital banka 1055 manat, Azərbaycan Beynəlxalq Bankına isə 6720 manat kredit ödənişləri qalmaqdadır. Ancaq göründüyü kimi, cavabdeh bu faktlara dair iddia ərizəsində heç bir məlumat qeyd etməməklə işin faktiki hallarını təhrif etməyə və əsl mahiyyətini məhkəmədən gizlətməyə çaalışmışdır. Məhkəmə iclasında iddiaçı X9 iddia ərizəsində qeyd edilənlərə uyğun məzmunda izahat verərək məhkəmədən iddianın təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək, rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh zülfüqar qızı iddianı qəbul etməyərək rədd edilməsini, qarşılıqlı iddianı isə müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ilkin iddia tam, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Mülki işə əalvə edilmiş AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1988-ci il tarixdə doğulmuşdur. Mülki işə əlavə edilmiş AA 332475 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Mülki işə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh Zülfüqar qızı 24 noyabr 1991-ci ildı Neftçala rayonunda doğulmuş və Ağdam rayonu Qiyaslı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Ağdam rayonu Dörd yol qəsəbə İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 05 fevral 2021-ci il tarixli, 237 nömrəli arayışdan görünür ki, İddiaçı Ağdam rayonu İHB-nin Birinci Dördyol qəsəbəsində 773 nömrəli evdə müvəqqəti qeydiyyata durmaqla yaşayır. Mülki işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reystirindən çıxarışın surətindən müəyyən olunur ki, Bərdə şəhəri Gəncə küçəsik döngə 4, ev 33 A-da fərdi yaşayış və 0.14 ha torpaq sahəsi Cavabdeh Zülfüqar qızının mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Ağdam Rayon Məhkəməsinin 1(013)-988/2020 nömrəli, 16 iyul 2020-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı oğlu ilə X6 arasında 11 oktyabr 2012-ci il tarixdə Neftçala rayon İcra Hakimiyyəti başçsının Cəngən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 24 nömrə ilə qeydə alınmış nikahın pozulması, 19 aprel 2014-cü ildə anadan olmuş Xədicə və 04 dekabr 2018-ci il tarixdə anadan olmuş Məryəm adlı uşaqlar yetkinlik yaşına çatanadək anası Bağırlı Səbinə Zülfüqar qızının himayəsində saxlanılması qət edilmişdir. Mülki işə əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, Cavabdeh Zülfüqar qızı Ağdam rayonu Qiyaslı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş 03 oktyabr 2019-cu il tarixli, AN-İ ******* nöəmrəli alqı satqı müqaviləsinin surətindən müəyyən olunur ki, X7 Bərdə şəhəri Gəncə küçəsi döngə 4, 33 A saylı ünvanda yerləşən mülkiyyətində olan evi Cavabdeh Zülfüqar qızına satmışdır. Mülki işə əlavə edilmiş 27 sentyabr 2019-cu il tarixli, GTKR1498533A137 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinin surətindən müəyyən olunur ki, Cavabdeh Zülfüqar qızı Kapitalbank ASC-dən illik 24.7 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 24 ay müddətinə 4950 AZN kredit götürmüşdür. Mülki işə əlavə edilmiş 27 sentyabr 2019-cu il tarixli BPM **********26 nömrəli kredit müqaviləsinin və ödəniş cədvəlinin surətindən müəyyən olunur ki, Cavabdeh Zülfüqar qızı Azərbaycan Beynəlxalq Bankından illik 20% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 48 ay müddətinə 7900 AZN kredit götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı X11 Cavabdeh Zülfüqar qızına qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək birgə nikah dövründə əldə etdikləri ½ hissəsinə mülkiyyət hüququnun tanınmasına, evin naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Zülfüqar qızı X10 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xeyrinə birgə nikah dövründə götürlümüş kredit ödənişləri üzrə cəmi 13.811 manat pulun və 30 manat dövlət rüsumunun tutulması və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Bağırlı Samir Rafiq oğlu iddia ərizəsində qeyd edilənlərə uyğun məzmunda izahat verərək məhkəmədən iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmiş, Cavabdeh Zülfüqar qızı məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinə uyğun məzmunda izahat verərək qarşılıqlı iddia ərizəsinin təmin, iddianın isə rədd edilməsini xahiş etdi. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında “maddi nemətlər”-də mülkiyyət (əmlak) hüquqlarının hüdudları daxilində dəyərləndirilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Göründüyü kimi, iddiаçı iddiа tələbinin əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etmişdir. Yəni iddianın predmetini təşkil edən ünvan 2 ünvanında yerləşən evi birgə nikah dövründə aldıqlarını, cavabdeh qarşılıqlı idddianın predmetini təşkil edən kreditlərin də birgə nikah dövründə götürdüklərini sənədlərlə sübut etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, hər iki tərəf iddia və qarşılıqlı iddia ərizələrində istinad etdiyi halları sübut etmişdir. Lakin buna baxmayaraq məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabeh tərəfindən "xxxx" ASC-dən kredit 28 sentyabr 2019-cu ildə 4950 manat, "xxxx" ASC-dən isə kredit 27 sentyabr 2019-cu il tarixdə 7900 manat məbləğində kredit götürülmüş və mübahisəli mənzil 03 oktyabr 2019-cu il tarixdə alınmışdır. Mübahisəli mənzil alındıqdan sonra tərəflər birgə nikahda olaraq birgə təsərrüfat aparsalar da onların nikahlarına 16 iyul 2020-ci il tarixdə xitam verilmişdir. Belə olan halda 16 iyul 2020-ci il tarixə Cavabdeh Zülfüqar qızının "xxxx" ASC-yə həmin tarixə olan borcu 3688,16 manat, "xxxx" ASC-yə ola borcu isə 9135,20 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddiаçı Bağırlı Samir Rafiq oğlu Cavabdeh Zülfüqar qızından ərizənin təsviri hissəsində sadalanan birgə nikah dövründə əldə etdikləri ½ hissəsinə mülkiyyət hüququnun tanınmasına, evin naturada bölünməsi barədə iddiası təmin və Cavabdeh Zülfüqar qızının iddiaçı Bağırlı Samir Rafiq oğlundan qarşılıqlı iddia üzrə cavabdehdən onun xeyrinə birgə nikah dövründə götürlümüş kredit ödənişləri üzrə cəmi 13811 manat puln və 30 manat dövlət rüsumunun tutulması və ilkin iddianın rədd edilməsi barədə qarşılıqlı iddiası qismən təmin edilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Şərh olunanlara əsasən və Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh Zülfüqar qızına qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair ilkin iddiası təmin edilsin. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bərdə şəhəri, Gəncə küçəsi döngə 4-də yerləşən 33 A nömrəli fərdi yaşayış evinin ½ hissəsinə pay hüququ müəyyən edilməklə həmin hissəyə mülkiyyət hüququ tanınsın. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zülfüqar qızının qarşılıqlı iddiası qismən təmin edilsin. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ümumi kredit məbləğinin (3688,16+9135,20=12823,36) yarısı, yəni 6411,68 manat tutularaq ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zülfüqar qızına ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1754/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1754/2021
22.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver