Məhkəmə qərarları › İş №2(021)-1762/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1762/2025

21.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1762/2025 21.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı X2 xx.xx.2016-cı il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə tərəfindən onunla əsaslandırılmışdır ki, övladı X7 xx.xx.2006-cı ildə anadan olmuşdur. Ona AZ-İ 749227 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Lakin anası ilə boşandıqdan sonra uşaq onun himayəsində saxlanılmışdır. Onlar ona baxa bilmədikləri üçün ƏSMN-nin Ağıldankəm uşaqlar üçün 3 saylı internat evi xx.xx.2013-cü il tarixdə hazırda həmin internat evi ƏSMN-nin tabeliyində sosial xidmət agentliyinin 1 saylı 18 yaşınadək əliliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssəsi kimi qeydiyyata alınmışdır. xx.xx.2016-cı ildə isə övladının vəziyyət ağır olduğu üçün həmin müəssədən götürdükdən sonra övladı vəfat etmişdir. Ona ölüm haqqında şəhadətnamə almamışlar. Ölümünün təsdiq edilməsi üçün qeydiyyat şöbəsinə müraciət etsələr də, onlara məhkəməyə müraciət etmələrini məsləhət görmüşlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, məhkəmədə ərizənin təmin edilməsini xaiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahat verərək bildirdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin övladı xəstə olmuşdur. Uşağın anası uşağa baxmadığından imtina edərək ailəsindən boşanmışdır. Zaur övladına bir müddət baxdıqdan sonra, uşağa xüsusi qulluq lazım olduğundan onu sosial xidmət müəssisəsinə vermişdir. Övladının vəziyyəti yaxşı olmadığından evə gətirmişdir. Sonra uşaq vəfat etmişdir. Uşaq İmamqulubəyli kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahidlər X4 və X9, X5 şahid X12 ilə eyni məzmunlu izahat vermişlər. İş materiallarında olan: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. xx.xx.2025-ci il tarixli 67 nömrəli arayışdan görünür ki, Kəlbəcər rayon qaçqını Ərizəçi Bərdə rayonu İmamqulubəyli kəndində yaşayır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Bərdə rayonu İmamqulubəyli kəndində qeydiyyatda olan və yaşayan Ərizəçi oğlu X7 xx.xx.2006-cı ildə anadan olmuşdur. xx.xx.2016-cı ildə vəfat etmişdir. Mərhum İmamqulubəyli kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, X7 xx.xx.2006-cı ildə anadan olmuşdur. xx.xx.2016-cı ildə vəfat etmişdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikasının ƏN Maraqlı şəxs Ərizəçi ünvanlanmış məktubundan görünür ki, ona övladının ölümünü təsdiq edən sənəd alması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Bərdə rayon Məhkəməsinin 2(021)-889/2009 saylı qətnaməsindən görünür ki, iddia təmin edilməsi, Ərizəçi ilə X3 arasında bağlanmış xx.xx.2005-ci il tarixli 79 saylı nikah akt qeydinin pozulması qət edilmişdir. AR ƏƏSMN tabeliyində SXA 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin arayışından görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X6 xx.xx.2013-cü il tarixdə 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinə (müəssisənin əvvəlki adı: Ağıldankəm uşaqlar üçün 3 saylı internat evi) daxil olmuş və xx.xx.2016-cı il tarixdə aqonal vəziyyətdə valideyninə təhvil verilmişdir. AZ-İ 749227 nömrəli doğum haqqında şəhadətnaməsini surətindən görünür ki, X7 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. Atası Ərizəçi, anası X1r. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X2 xx.xx.2016-cı ildə vəfat etməsi ərizəçinin və şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə müəyyən olunduğundan ərizə təmin edilməli, ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə mərhum atasının ölümü haqqında şəhadətnamənin alınması və sosial məsələlərin həlli ilə əlaqədar olaraq lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X2 xx.xx.2016-cı ildə vəfat etməsi faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar