Məhkəmə qərarları › İş №2(021)-1767/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1767/2025

30.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1767/2025 30.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum övladı 10 fevral 1976-cı il tarixdə Bərdə rayonunda doğulmuş X9 14 noyabr 1976-cı ildə Bərdə rayonunda vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 12 iyun 1974-cü ildə X11 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından dünyaya gəlmiş 10 fevral 1976-cı il təvəllüdlü X17 14 noyabr 1976-cı ildə vəfat etmişdir. Övladlarının ölümündən sonra dərin acı və sarsıntı yaşamaqları səbəbindən və savadsızlıqda oğlu Vüsalın ölümü barədə ölüm haqqında şəhadətnaməni vaxtında ala bilməmişlər. Belə ki, o oğlunun məzarı olduğundan istənilən vaxt məzar daşının şəklini təqdim edərək ölüm haqqında şəhadətnamə ala biləcəyini düşünmüşdür Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də həmin dövlət qurumundan 3-16-5/8-xx-xx/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubla cavab verilmişdir ki, mərhumun ölümünə dair tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi olmadığı üçün ölüm haqqında şəhadətnamə verilə bilmir. Mərhum övladının ölümünə dair şəhadətnamənin verilməsi onlar üçün hüquq yaadan sənədlərin əldə edilməsi üçün xüsusi ilə onun mülkiyyətlə bağlı notariat orqanında vərəsəlik işlərinin aparılması, miras əmlakının rsmiləşdirilməsi işləri üçün zəruridir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X10 ərizəsini müdafiə edərək, bildirdi ki, ölüm haqqında şəhadətnamənin olmaması evlərinin adına sənədləşdirilməsində problem yaratmışdır. Ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına istinad: İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1944-cü ildə Ağdam rayonu Novruzlu kəndində anadan olmuş, Bərdə şəhəri Təbriz küçəsi ev 10-da qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon ZAQS Şöbəsi tərəfindən verilmiş 12 iyul 1974-cü il tarixli, İ-JQ255697 nömrəli Nikahın Bağlanması haqqında şəhatnamənin surətindən görünür ki, X18 ilə X11 12 iyul 1974-cü ildə nikah bağlamışlar. Bu barədə Nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 iyul 1974-cü ildə 87 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərər Məmmədov, arvada Zeynalova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 14 yanvar 2025-ci il tarixli, AZ-İ 315959 nömrəli arayışdan görünür ki, X17 10.02.976-cı ildə anadan olmuş, atası X18, anası X21 qzı olmaqla bu barədə doğum haqqında akt qeydlöəri kitabında xx.xx.1976-cı ildə 170 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli rayışdan görünür ki, Ərizəçi Bərdə şəhəri Təbriz küçəsi ev 0-da qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikaı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Bərdə rayon X14 Hüquqi şəxs tərəfindən verilmiş 07 mart 025-ci il tarixli, 18-1-28/2-535/2025 nömrəli məktubdab görünür ki, xx.xx.1976-cı il təvəllüdlü X9 ölümü ilə bağlı Bərdə RMX-da hər hansı bir məlumat (xəstəlik tarixi, tibbi şəhadətnamə və sair) aşkar edilməmişdir. İş materialarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bərdə şəhəi Təbriz küçəsi 10/10 yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüquqi ilə Ərizəçi 0,0614 ha həyətyani torpaq sahəsi isə Ərizəçi, X1, X12, X2 ə X3 ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 08 yanvar 2025-ci ilk tarixli, 3-16-5/8-xx-xx/2025 nömrəli məktubdan görünür ki, mərhum X6nun ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat Şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir.ş Ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət etməsi məsləhət görülümüşdür. 22 aprel 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində izahat vermiş X4 bildirmişdir ki, Ərizəçi bacısının əri, mərhum X17 isə bacısı oğludur. Bacısı oğlu 1976cı ilin fevral ayında anadan olmuş, 1976-cı ilin noyabr ayında xəstəlikdən vəfat etmişdir. Onu Bərdə şəhəi Təbriz küçəsində yerləşən qəbristanlıqda dəfn etmişlər. Dəfn mərasimində iştirak etmişdir. 22 aprel 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində izahat vermiş X13 bildirmişdir ki, Ərizəçi qonşudur. ərizəçinin X6 1976-cı ilin fevral ayında anadan olmuş, 1976-cı ilin noyabr ayında xəstəlikdən xəstəxana da vəfat etmişdir. Onu Bərdə şəhəi Təbriz küçəsində yerləşən qəbristanlıqda dəfn etmişlər. Dəfn mərasimində iştirak etmişdir. 22 aprel 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində izahat vermiş X11 bildirmişdir ki, Ərizəçi əridir. Birgə nikahlarından beş uşaqları anadan olmuş, uşaqlardan qızı 6 günlük olanda ölmüş, Oğlu Vüsal isə 10 fevral 1976-cı ildə anadan olmuş 14 nyabr 1976-cı ilə vəfat etmişdir. X7 və Anar isə sağdırlar. Oğlu Vüsal xəstəxanada xəstəlikdən vəfat etmişdir. Onu Bərdə şəhəri Təbriz küçəsində yerləşən qəbristanlıqda dəfn etmişlər. 20 may 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində izahat vermiş X5 bildirmişdir ki, Ərizəçi qonşudur. ərizəçinin 5 övladı olmuşur. Uşaqlardan biri körpə olanda rəhmətə getmişdir. X6 1976-cı ilin fevral ayında anadan olmuş, 1976-cı ilin noyabr ayında xəstəlikdən xəstəxana da vəfat etmişdir. Onu Bərdə şəhəri Təbriz küçəsində yerləşən qəbristanlıqda dəfn etmişlər. Dəfn mərasimində iştirak etmişdir. Ərizəçinin 3 uşağı isə hazırda sağdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum X6nun 14 noyabr 1976-cı il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, X9 14 noyabr 1976-cı ildə Bərdə rayonunda vəfat etməsi faktı müəyyən olunmalı, ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. xx.xx.1976-cı il təvəllüdlü X9 xx.xx.1976-cı ildə tarixdə Bərdə rayonunda vəfat etməsi faktı müəyyən edilsin, ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar