Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1769/2025 30.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 və Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X6 24 yanvar 2025-ci ildə Bərdə rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X8 onun anasıdır. A.Həsənova 1942-ci ildə anadan olmuş, 24 yanvar 2025-ci ildə özünə qəsd etməklə intihar etmişdir. A.Həsənova Bərdə rayonu Uğurbəyli kəndində dəfn edilmişdir. Sosial məsələlərin həlli ilə bağlı anasının ölümü haqqında şəhadətnamə tələb olunur. X1 ölümünü qeydiyyata aldıra bilmirlər.X5 ölməsi faktının müəyyən olunmasını başqa qaydada həll edə bilmirlər. X5 ölməsi faktı Bərdə rayon Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 67 saylı arayışda da öz əksini tapmışdır. X5 ölümü haqqında şəhadətnamə alınması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə ərizə ilə etdiyi müraciətə cavab verilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktının təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş ülan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat Şöbəsində onun ərizəsinin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Hazırda sosial məsələlərin həlli ilə bağlı X5 ölüm faktının müəyyən olunması zərurəti yaranmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına istinad: İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1966-cı ildə Bərdə rayon Təzəkənd kəndində anadan olmuş, Bərdə rayonu Uğurbəyli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 06421094 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 xx.xx.1942-ci ildə Bərdə rayon Təzəkənd kəndində anadan olmuş, Bərdə rayonu Uğurbəyli kəndində qeydiyyatdadır. İş materillarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 07 fevral 2025-ci il tarixli, AZ-İ123341 nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.1966-cı ildə anadan olmuş, atası Həsənov Tahir anası X9 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 20 dekabr 1960-cı ildə 190 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 67 nömrəli, 07 fevral 2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ərazinin Uğurbəyli kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Prokurorunun böyük köməkçisi vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas X2 21 fevral 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 24 yanvar 2025-ci il tarixdə saat 14:44 dəqiqədə Bərdə rayon Polis Şöbəsinin növbətçi hissəsindən Bərdə rayonu Uğurbəyli kənd sakini 1942-ci il təvəllüdlü X5 özünü asaraq intihar etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat araşdırılıb hüquqi qiymət verilməsindən ötrü “prokurorluğa daxil olmuş cinayətlə haqqında məlumatların qeydiyyatı” kitabında 134c-25-ci sırada qeydə alınaraq icrası ona həvalə edilmişdir. Toplanmış 13 c-25 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilımişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 67 nömrəli, 07 fevral 2025-ci il tarixli arayışdan görünür ki, ərazinin Uğurbəyli kəndində yaşayan X8 24 yanvar 2025-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 27 fevral 2025-ci il tarixli, 1887 nömrəli arayışdan görünür ki, xx.xx.2025-ci il il tarixdə, xx.xx.1942-ci il təvəllüdlü X7 Bərdə rayonu Uğurbəyli kəndinə Bərdə TTYS-nə çağırış olunmuşdur. Özünə qəsd (asma) həkimə qədər ölüm diqanozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 189 nömrəli, 23 aprel 2025-ci il tarixli arayışdan görünür ki, Bərdə rayonu Uğurbəyli kəndində yaşamış mərhum X8 xx.xx.2025-ci ildə vəfat etmiş və vafatından sonra təsərrüfatında onunla birgə fakitiki olaraq yaşayan və qeydiyyatda olan ailə üzvü Ərizəçi qalmışdır. İş materillarına əlavə edilmiş məzar daşının foto şəklindən görünür ki, məzar daşının üzərində X5 xx.xx.1942-ci ildə anadan olduğu, xx.xx.2025-ci ildə vəfat etdiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 nömrəli məktubdan görünür ki, mərhum anası X5 ölümünü təsdiq edən sənədin olmaması nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət etməsi məsləhət görülümüşdür. 21 may 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində izahat vermiş X11 bildirmişdir ki, Ərizəçi ilə qonşudurlar. Ərizəçinin anası 24 yanvar 2025-ci il tarixdə özünü asaraq intihar etmişdir.Onu Bərdə rayonu Uğurbəyli kəndində yerləşən qəbristanlıqda mərhum oğlu və qızının məzarının yanında dəfn etmişlər. Dəfn mərasimində iştirak etmişdir. 21 may 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində izahat vermiş X3 bildirmişdir ki, Ərizəçi dayısı, mərhum X8 isə nənəsidir. Böyük dayısı və anası vəfat etmişdir. Dayısının və anasının vəfatından sonra nənəsi X8 hər zaman yaşamaq istəmədiyini bildirmişdir. 24 yanvar 2025-ci il tarixdə özünü asaraq intihar etmişdir. Nənəsini yaşadıqları Bərdə rayonu Uğurbəyli kənd qəbristanlığında mərhum anaslı və dayısının məzarlarının yanında dəfn etmişlər. Dəfn mərasimində iştirak etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum anası X5 24 yanvar 2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, X5 24 yanvar 2025-ci il ildə vəfat etməsi faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. xx.xx.1942-ci il təvəllüdlü X5 24 yanvar 2025-ci il tarixdə Bərdə rayonunda vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-1769/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1769/2025
30.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver