Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1785/2022 06.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum övladları 18 noyabr 1973-cü il tarixdə anadan olmuş X3 04 iyun 1986-ci il tarixdə və 25 fevral 1981-ci il tarixdə anadan olmuş X5 27 fevral 1982-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X15 ilə xx.xx.1970-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 7 uşaqları olmuşdur. Övladlarında beşi qız, ikisi oğlan olmuşdur. Oğlan övladları X10 04 iyun 1986-ci il tarixdə və X16 27 fevral 1982-ci il tarixdə vəfat etmişdir. Hər iki övladı Bərdə rayon Şirvanlı qəbirstanlığında dəfn olunmuşdur. Lakin bu günə qədər ölüm haqqında şəhadətnamə almamışdır. Bu barədə Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1950-ci il tarixdə Ukrayna Dunayevskdə anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 176 saylı Arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş AЭ № 107917 saylı Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 ilə Valentina Abramovna xx.xx.1970-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Bayramov, arvada Bayramov soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Vİİİ-ЖГ № 270345 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.1981ci il də anadan olmuşdur. X2 anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş İİ-ЖГ № 339959 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.1973cü il də anadan olmuşdur. X2 anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 256133 saylı Arayışdan görünür ki, X11 xx.xx.1975-ci il də anadan olmuşdur. X2 anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 162128 saylı Arayışdan görünür ki, X6 xx.xx.1981-ci il də anadan olmuşdur. X2 anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 162128 saylı Arayışdan görünür ki, X6 xx.xx.1971-ci il də anadan olmuşdur. X2 anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 422409 saylı Arayışdan görünür ki, X7 xx.xx.1989-cu ildə anadan olmuşdur. X2 anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 297072 saylı Arayışdan görünür ki, X8 xx.xx.1983-cü ildə anadan olmuşdur. X2 anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 364941 saylı Arayışdan görünür ki, X9 xx.xx.1987-ci ildə anadan olmuşdur. X2 anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş AZ-İİ № 201145 saylı Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 377 saylı xx.xx.2022-ci il tarixli Arayışda qeyd olunur ki, X16 xx.xx.1981-ci il də anadan olmuşdur. Şahidlərin deməsinə görə o, xx.xx.1982-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 376 saylı xx.xx.2022-ci il tarixli Arayışda qeyd olunur ki, X10 xx.xx.1973-cü il də anadan olmuş, xx.xx.1986-ci il tarixdə vəfat etmişdir İş materiallarına əlavə edilmiş qəbir daşının foto-şəklindən görünür ki, X3 doğum tarixi xx.xx.1973-cü il, ölüm tarixi xx.xx.1986-cı il kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi mərhum övladlarının ölüm haqqında şəhadətnamələrini almaq üçün müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022 tarixli qəbzdən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 1** (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X17 bildirdi ki, Ərizəçi onun qonşusudur. Valentina X1 ilə ailəli olmuşdur. Onların 5 qız 2 oğlan övladı vardır. Oğlan övladları Ruslan Bayramov 04 iyun 1986-ci il tarixdə, Namik Bayramov 27 fevral 1982-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X12 və X4 şahid X17 ilə eyni məzmunlu izahat verərək onun dediklərini təsdiqlədilər. Məhkəmə iclasında şahid qismində iştirak edən X13 bildirdi ki, Ərizəçi onun anasıdır. Onlar 5 bacı 2 qardaş olmuşdur. X14 04 iyun 1986-ci il tarixdə, Namik Bayramov isə 27 fevral 1982-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi övladları X3 04 iyun 1986-ci il tarixdə, X5 27 fevral 1982-ci il tarixdə vəfat etmələri faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizəsi təmin edilməli, X3 04 iyun 1986-ci il tarixdə, X5 27 fevral 1982-ci il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 1** manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X3 04 iyun 1986-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. X5 27 fevral 1982-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş 1** manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1785/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1785/2022
06.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver